Dəyər və dəyməz


Bu dünyada hər şeyin öz dəyəri var. Qiyməti, istehsal xərci, qazancı, yəni cibinə qoya biləcək bir şey. Üstəlik ortaya atılandan sonra (piştaxta sözünü bilərəkdən işlətmirəm, hər şey piştaxtada satılmaz) xalqın, mütəxəssislərin verəcəyi mənəvi dəyəri, bəzən isə dəyməzi müəyyənləşir. Bədii yaradıcılıq nümunələrinin – musiqi, şeir, sənətin qiymətini və dəyərini araşdıraq. Cəsarət edib jurnalist yazısını da bu siyahıya salmaq niyyətindəyəm, bir növ tərəfkeşlik eləyirəm. Sadaladıqların çörək deyil ki, almazdan əvvəl bir o üz-bü üzünə çevirib baxasan – altı yanmayıb ki, yaxşımı bişib, verdiyim pula dəyər ya dəyməz? Musiqidi, şerdi, sənətdi – bu bərədə maşşallah-namxuda korluq çəkmirik. Efirimiz rəngarəng, günümüz səsli-küylüdü, qəzetlərimizdə barmaq basmağa ağ yer tapmazsan.
Mənəvi aclığa qapılanlar, «eşitmək istəmirəm, görmək istəmirəm, oxumağa bir şey yoxdu» deyib bir növ diyeta tutanlar etiraz eləməyə tələsməsin. Harda görünüb ki, Çin istehsalı olan paltarı ucuzvari dükandan almağına sevinə-sevinə evinə gəlib alaçiy, nöyüt tamı gələn çörəyini mənşəyi məlum olmayan yağda bişirilmiş şorbasına batırıb yeməklə mədəsinin üsyanını boğa bilən bir insan qəlbinin üsyanını yatırmaqçün keyfiyyətli və dəyərli bir şey istəsin? Çin bacarsaydı bizimçün musiqi də, şeir də istehsal eləyər, öz heroqlifləriylə çap olunmuş qəzetləri hər səhər isti-isti yatağımıza gətirərdi. Muğamlar, xalq havaları deyib musiqimizə çox arxayın olmayın. Çin musiqisi cingildəyən, səslənən oyuncaqların içində artıq evlərimizdə, uşaqlarımızın qulaqlarındadı. Hadisələrə bu bucaqdan baxanda bir qədər duzsuz, şit yerli mənəvi qidamız heç də pis görünmür. Hər şeyin dəyərini siz verirsiz. Qəzetlərdə yazılanlardan hiddətlənən tanışlarımdan birinə «Niyə redaksiyaya məktub yazıb etiraz eləmirsən?» soruşanda «Mənim ürək sözüm çap olunan qəzet səhifəsini kimsə əlinə alıb ayaqyoluna aftafasız gedəcəksə niyə yazım? » demişdi. Necə bilirsiz, yazmağa dəyməz?
Musiqi əsərlərinin maddi dəyəriylə maraqlanıb Mədəniyyət Nazirliyinin preyskurantına göz gəzdirdim. Orda qiymətlər təxminən belədi: opera – 20 000 man, balet – 15 000 man, operetta – 10 000 man, oratoriya – 4 000 man, simfoniya – 7 000 man, kontata – 3 000 man, simfoniyetta – 3 000 man, uvertüra, rapsodiya, fantaziya, poema – 2 000 man., konsert – 2 400 man, süita 1 600 man, kvartet – 2 000 man, sonata – 600 man, romans – 240 man, mahnı – 500 man, tamaşaya musiqi – 2 000 man, baletin librettosu – 2 000 man. Fikir verdiz, illər uzunu yaranan murəkkəb musiqi janrlarına baxanda kefi saz olan vaxtı hər bir adamın zümzüməylə yarada biləcəyi mahnının qiyməti çox yüksək qoyulub. Mahnı yəqin çörək kimi bir şeydi, hər gün işlədildiyindən onun yaradıcılarına qəpik-quruş gətirməlidi, ya yox. Amma bazarda, mahnını qiyməti bundan çox bahadı. Ona görə də mahnı yazanlar (onların hamısına bəstəkar deməyə dilim gəlmir) mahnnı piştaxta altından aranjesiylə birgə, yəni tam qablaşdırılmış halda 4-5 dəfə baha satırlar. Nazirliyimiz buna görə fikir çəkmiyəcəkdi ki, qoy qazansınlar. Son illərdə bu preyskuranta uyğun qiəmətlə musiqisi alınan bir bəstəkara da rast gəlməmişəm. Bu, çirkli kağız parçasında qiymətləri yazıb stolun üstünə atmış pis restorana çox bənzəyir. Yaxşı qulluq istəyənlərçün qiymətlər ayrıdı. Məsələn, seçki kompaniyası ərəfəsində yaranan 3-4 mədhnamə mahnı üçün deyilənə görə Eldar Mansurov 10 000 dollar həcmində qonorar alıb. Belə də olur. Dəyərini bilənlər versin!
Bu boyda rəqəmlərin qarşısında yazdığım yazının dəyəri və qonorarı haqqında düşünməməyə çalışıram. Yeri gəlmişkən, «Ekspress» qəzeti mənim yazdığımı halal malı kimi öz saytında niyə yerləşdirib, bəlkə qonorar-zad verəcəkmiş? Yazdıqlarımın dəyərini qiymətləndirən olsaydı 99-cu ildən, yəni keçən əsrdən bəri mənə olan borgunu verərdi. İndi özünüz deyin, yazmağa dəyər, ya dəyməz?!

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?