Milyonlar gətirmiş 10 axmaq fikir


Atalar «100 fikir bir manat borcu ödəmir» deyirlər. Görürsən ki, pul qazanmağın bir yolunu tapırsan, amma dostlarına danışan kimi səni hoydu-hoyduya tuturlar. Gülürlər və səni çox sadəlöhv sayırlar. Amma dünyada hamının axmaq saydığı fikirlərlə milyonlar qazananlar da var. «Bishelp»in tərtib etdiyi siyahıda əvvəlcə ən perspektivsiz sayılan, amma nəticəsi gözlənilməz olan ideyaların siyahısı verilib. Yəqin ki, insanlarda möcüzəyə inam hədə ki, səngiməyib. Bəlkə də həmin səbəbdən indi onların bank hesabı beyinlərindəki ideyaların sayına yaxınlaşır.
Adıcəkilən sırada Santa Klausun poçtası ideyası birinci durur. Bu qəribə ideyanı reallaşdırmaq üçün Şimal qütbündə, məsələn, Alyaska ştatında bir şəhərdə poçt qutusu götürmək lazımdı. Sonra Santa Klaus roluna girib valideynləri inandırmaq olar ki, cəmi 10 dollar verməklə uşağını sevindirə bilərsən. Balaca xəyalpərəst ən şimal nöqtədən ona gələn məktubu oxuyub onun həqiqətən də Santadan gəldiyinə inanacaq. İlk baxışdan primitiv görünən bu ideya sanki alınmayacaq, yaxud kifayət qədər uğurlu olmayacaq deyə düşünürsən. Amma 2001-ci ildən bu biznesini işə salan Bayron Riz artıq 200 min məktub göndərib. Hər məktubu 10 dollara vurub qazancı hesablamaq çətin olmaz. Ona görə də o, deyə bilər ki, milyonçu olmaq çətin deyil. Axı onları qazanmaqçün heç evdən çıxmalı olmamışdı.
İtlər üçün gün eynəkləri də ilk baxışdan perspektisiz görünür. Yəni, «İtlər günəşdən qorunmaq istərmi?», «Buna görə sahibləri pullarından keçərmi?» kimi suallar ilk əvvəl cavabsız qalır. Bu axmaq biznes ideyanın sahibləri artıq milyonçudurlar və hələ də gün eynəklərini bütün dünyanın itlərinə, daha doğrusu onlarn sahiblərinə uğurla sırıyırlar.
«LaserMonks.com» - bu, Sistersian abbatlığında müəyyən profilli bir şöbədir. Bu monastırda cəmi 8 monax qalır. Müqəddəs Məryəm monastrı Medtsondan 90 mil şimal-qərb tərəfə, Monro qraflığının təpələrində yerləşir. Sual oluna bilər, orda nə ildə məşğul olmaq olar ki? Onlar, yəni əsil monax paltarı geyib, monax həyatı sürən tərkidünyalar printerlər üçün kartric doldururlar. Onların illik gəliri 2,5 milyona qədər çatır.
Orta məktəbdə olanda sinif oğlanları parta altında bir-birinə çılpaq qız rəsmləri olan kartları gizlicə uzadır və qızlara göstərməməklə acıq verirdilər. Kartların mövzu rəngarəngliyini görəndən sonra adam inana bilmir ki, idman hərəkətləri çəkilmiş kartlar da o cür uğur qazana bilər. İlk baxışdan kartda idman hərəkətləri çap edib satdırmaq dəhşətli dərəcədə axmaq ideya kimi səslənir. Özü də hər kart dəsti 18 dollar 95 sent olarsa kim bu pulu xərcləyər ki, donuq pozalara baxıb idman eləsin. Amma fitnes üzrə instruktor Fil Blek keçən il vergi deklorasiyasında 4,7 milyon dollar gəlir məbləği göstərib.
Müəlllif çantaları firmasının sahibi Kristi Reyn uşağı hələ balaca olanda körpənin bələk əskilərini ayrıca çantada gəzdirməli olurdu. 34 yaşlı ana həmişə qadın çantasınınn balaca olduğuna və əskilərə görə ayrıca çanta götürməyə məcbur olduğu üçün əziyyət çəkirdi. Öz çantasına onları birtəhər dürtəndə isə əskilər əzilirdi. Reyn əlində o qədər də böyük olmayan, gözəgəlimli, əyin-başının üslubunu pozmayan çanta tumaq istəyirdi. Ona görə də əri ilə birlikdə uşaq bələkləri üçün xüsusi çantalar yaratdılar və 2004-cü ilin noybrından bəri bu işlə məşğul olurlar. İlk baxışdan sadəlöhv görünən bu ideya bir il sonra 2005-ci ildə 180 min gəlir gətirdi. Hazırda Kristinin «Diapees&Wipees» adlı firması 22 müxtəlif üslübda çanta istehsal edir. Onların dünya üzrə 120 onlayn dükanı var ki, burada hər çanta 14, 99 dollara canına yel dəyməmiş göydə qapılır.
Toyuq sümüyü ilə çəkişmisiz? Bəzən o boyla toyuğu 3-4 adam yeyir, amma çəkişmək, daha doğrusu həmin sümüyü tapmaq bir nəfərə qismət olur. Qalanları «Eybi yox, gələn dəfə mən taparam» deyib özünə təskinlik verir. «Lucky Wishbone Co.» adlı firma çəkişmək üçün plastmas sümüklər təklif edir. Bu ideya səslənən kimi «Hansı normal adam yalançı sümüklə çəkişər ki?» demək istəyirsən. Amma hazırda bu firma günə 30 min «sümük» istehsal edir. Onlar hərəsi 3 dollardan satılır. Satışın da faizi yüksəkdir. Keçən il sümük satışının qədəri milyonu ötmüşdü.
Sayt üçün domen adı tapmaq üçün adam heç başqasına müraciət edərmi? Adama elə gəlir ki, belə elanla çıxış etsən heç kim müraciət etməz. Amma «PickyDomains» firmasının siyahısında yüzlərlə növbə gözləyənlər var. Onlar yadda qalan, asan internet ünvanı almaq üçün zəhmətlə qazanılmış pullarına qıyırlar.
«Million Dollar Homepage» tərcümədə «Milyon piksellik əsas səhifə» deməkdir. Burda hər pikselin qiyməti bir dollardır. İlk baxışda insan başına gəlmiş ən axmaq ideyaya, eləcə də perspektisiz onlayn ticarətə bənzəyir. Amma 21 yaşlı Alexs Tyu artıq milyonçudur.
Siz QİÇS-ə yoluxmuş adamla görüşə gedərdiz? «PositivesDating» saytının yaradıcıları Pol Qreyvs və Brendon Koçlin düşünür ki, bu mümkündür. Ona görə də QİÇS-ə yoluxmuş insanlar üçün tanışlıq saytı yaradıblar. Bir il sonra 2006-cı ilin gəliri 110 min dollar olsa da sonrakı 2 ildə gəlir milyonluq həddi arxada qoydu.
P.S. Hərə öz beynindəki axmaq ideyalara daha rəhmdil olsa milyonçuların da sayı artar.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?