Qazanılmış istirahət


Məzuniyyətdən gec qayıtsan müdirini,
tez qayıtsan isə arvadını xəbərdar elə


Yaz günəşinin istisi yavaş-yavaş yandırıcı, istidən ləhləyənlər qızınanlardan daha artıq olduqca istirahət haqqında fikirlər oğrun-oğrun beyinin ən vacib hissələrini işğal etməyə başlayır. Xüsusilə də şəhər şəraitində, stress vəziyyətində, daimi qaçhaqaç ritmində yaşadıqca məzuniyyət və istirahət bərpaedici funskiyasını işə salmasa adam qısa müddətdə əriyib heçə dönər.
Yay başlamış yayılan statistikaya inansaq stressdən qurtulmaqçün adamların 46 faizi televizora baxır. Kiməsə axmaq mənasız verilişlər relaks effekti verir. Ya da ağlamalı həyat heyayətlərini dinləyib, seriallarda həyatı imitasiya edən yaşam tərzinə baxıb ekran qarşısındakılar göz yaşı axıtmaqla olan həyatlarına şükr edib səhərisi gün işə normal insan şəklində gedə bilirlər. 43 faiz musiqini dinləməklə, 19 faizi spirtli içki ilə gərginliyini çıxarır. 16 faiz adama yemək, 15 faizinə isə dərmanlar rahatlıq gətirir. Qalan hissədən 12 faizi idmanla, 9 faizi sekslə, 2 faizi isə meditasiya ilə gərginlikdən çıxıb normaya qayıda bilir. Yerdə qalan cəmi 2 faiz isə sadəcə məzuniyyət götürür.
Bu statiskanın rəqəmləri bir az o yan, bir az bu yan ola bilər. Amma mahiyyətcə çoxunun qətiyyət istirahət etmədiyi fikrini təsdiqləyir. Yaxud cəmi 2 faiz adam üçün məzuniyyət istirahətdir. Qalanları məzuniyyət götürüb təmir edir, müalicəyə başlayır, uşağına, ya da nəvəsinə baxır, ev yığışdırır, külfət dolandırır və s. işlər görür. Yəni istirahət etməkdən başqa hər bir işi görür. Əgər ingilis ədibi Elbert Xabbardın fikrinə inansaq «Məzuniyyətdən təzəcə qayıtmış adamın məzuniyyətə daha artıq ehtiyacı olur».
Avstraliyada ilk baxışdan bizə qəribə görnəcək bir adət var. İllik məzuniyyətdən savayı hər kəsə 10, 15, ya da 20 ildən bir əlavə «tətil» verilir. Bu tətil 13 həftəlik olur. Avstraliyanın tarixini bilməyənlərə bu qəribə görünə bilər. Əlavə tətil Britaniyadan gəlmiş emiqratların arabir uzaq vətənlərinə səyahəti üçün nəzərdə tutulmuşdu. İndi təyyarələr zamanın sürətini artırsa da adət hələ ki, qalır.
Rus musiqisində «Qüdrətli dəstə» adlı milli qrupun yaradıcısı kimi tanınan Borodin ixtisasca kimyaçı idi. O, musiqini yalnız xəstəlik və məzuniyyət zamanı yaza bilirdi. Ona görə də dostları, xüsusilə də musiqidə həmfikirləri Borodinə adət üzrə sağlamlıq və istirəhət deyil, nasazlıq və məzuniyyət arzulayırdı. Həmin bu məzuniyyət zamanı bəstəkarın nə dərəcədə «istirahət» etdiyini təsəvvür etmək üçün əsərlərinin siyahısına baxmaq kifayətdir.
Norvecin əmək məsələləri üzrə tibbi komissiyası vətəndaşların iş vaxtını təhlil edərək şirkət rəhbərlərinə qəribə təklif veriblər. Siqaret çəkməyənlərin məzuniyyətini 3 gün artırmaqla sosial ədalətsiyzliyyi bərpa etmk fikirləri var. Çünki siqaret çəkən adamlar il boyu həmin bu 3 günü zərərli adətlərinə sərf edərkən qalanları işlə məşğul olur.
İkinci Dünya savaşı zamanı alman komandanlığı «kofemülle» adlandırılmış təyyarəni vuran adama fəxri xaç və məzuniyyətlə mükafatlandırırdı. Bu bombardmançı təyyarə səsinin ciyiltili olmasından kofe üyüdən adlandırılmışdı. Avropaya kömək adıyla gəlmiş Amerika əsgərləri isə kinoteatrda keçirdikləri vaxtı «2 saatlıq evə səfər» adlandırırdı. Daha bir hərbi məzuniyyəti isə «Kliment Voroşilov» adlı tankın məhv edilməsi üçün vəd verilmişdi. O vaxtın əsgərlərinin yaddaş kitabçasında yazılmışdı ki, tankı bir vedrə benzin töküb yandırmaqla saxlamaq mümkündü. Bu, demək olar ki, mümkünsüz tryuka görə alman əsgərlərinə 2 həftəlik evə səfər vəd edilmişdi.
Məzuniyyət üçün ən məşhur ərizəni general Krilson yazıb. O, 4-cü Henrixə məktubunda cəmi 3 sözdən ibarət müraciət edir: «Hökmdar, cəmi 3 söz: pul, ya məzuniyyət». Henrix isə ona 4 sözlə cavab verir: «Krilson, 4 söz: nə birincini, nə ikincisini».
Məzuniyyət sərfəli də ola bilər. Məsələn, hər məzuniyyət götürmüş amerikalı istəsə xüsusi qaydada sığortalana bilər ki, bu da ona bəzən gəlir gətirər. Ən pis halda 7 dollar itirəcək, yaxşı halda isə 280 dollar qazana biləcək. Məzuniyyətə çıxan amerikalılar hava şəraitinə görə də çığortalanırlar. Yəni onun məzuniyyət götürdüyü hər gün hava yaxşı olsa bir dollar itirəcək, pis olsa hər gününə görə 40 dollar alacaq.
Məzuniyyətlərin içində daha birisi var ki, dövlət onu xüsusi qaydada haqqını ödəyir. Bu analıq məzuniyyətidir. Keçən əsrin 80-ci illərində SSRİ-nin voleybol komandası bütün dünya üzrə qarşasına çıxan hər komandanı böyük hesab fərqilə udurdu. Amma o, 1982-ci ildə iflasa uğradı. Çünki komandanın 6 foleybolçusu eyni vaxtda analıq məzuniyyətinə getdi.
Bu yaxınlarda isə İtaliyada 60 yaşlı Atos Baqatin mühakimə edilərək 900 günlük məzuniyyət cəzasına məhkum edildi. 28 il ərzində o, bir dəfə də olsun deyə məzuniyyət götürmədiyindən həmkarlar komitəsi onu məhkəməyə verərək belə bir cəzaya məruz qoydu.
Uzun sözün qısası, mən də məzuniyyət istəyirəm. Məcburi, icbari, ya da xoşuna. Lap havayı, haqqı ödənilməyən də ola bilər. Qismət olsa məzuniyyətimdə mən uzanıb tavanımdakı naxışları daha dərindən tədqiq edəcəyəm.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?