Qrafik vətən
Şəhərə çinli gözüylə bax!
Yaxud «Not made in China»


Gedəsi yerim yoxdu. Nə bayramlarda, nə adi günlərdə… Necə deyərlər mən elə öz kəndimdəyəm. Turizm şirkətlərinin reklamları ürəyimi titrətmir. Qalacam burda və şəhərimin tozunu udmaqda davam edəcəm. Bu da mənim qismətimdi…
«Bakı, gözəl şəhər, meyhriban diyar» deyib zəngülə vurası da deyiləm. Kimi aldadıram ki? Bilirəm ki, səsimə zü tutanım olmayacaq. Ha de ki, şəhərimin adı var şəhər arasında! Bundan sonra lap üç dənə nida qoy. Başını dik tut, istəsən dünyanı da vecinə alma. Təki dünya səni vecinə alsın. Şəhərimiz gün-gündən gözəlləşir, müasirləşir!!! Nə olsun, mən hər gün palçıq tapdalayıram, evdən çıxası olanda. İnternetdə, şəkillərdə hər şey gözəl görünür. Bakının perspektivli görüntüləri, enli küçələri, işıqlı yolları və hətta gülərüz insanları.
Hərdən mənə elə gəlir ki, bu görüntüləri yalnız biz görürük. Xaricilər baxır, dodaqaltı gülümsəyir (axı kompüter qrafikası onlarda bəlkə də onilliklərdir yalan danşır) və mənim sevimli şəhərimin göyçək şəkillərinə bir daha baxmırlar. Əgər şəhərimin super olduğuna inansaydı birinci çinlilər buraları əldən-ayaqdan salardı. Bütün dünya bilir ki, kopya çıxarmaqda çinliyə çatmaq mümkün deyil. Təzə nə çıxdısa çinli onu kopyalaıb üstünə «Made in China» yazıb yapışdırır. Hətta bir rus dizaynerinin internetdə yazısını oxumuşdum. O, Çində yeni kolleksiyasını sifariş verib ölkəyə dönməyə bəndmiş gəlib onları mağazaların vitrinində satışda görüb. Çinli bəyəndisə deməli bunun nəsə dəyəri var. Onlar sənaye mallarını, pal-paltarı kopyaladığı kimi şəhərləri də, abidələri də kopyalayırlar.
Çində ucqar keçmişdə balıqçı kəndi olan bir yer var. Adı da Xuaksidir. Hazırda bu kənd Çinin ən varlı kəndidir. Şanxaydan 160 km kənarda yerləşən bu kənddə dünya memarlıq abidələrinin əksəriyyəti toplanıb. Bu kopyalar kiçildilmiş, oxşadılmış, balacalaşdırılmış bənzərlər deyil. Burda Parisin Triumfal arkası, Sidneyin məşhur Opera teatrı, Vaşinqtonun Ağ evi, Tyananmen Pekin meydanının darvazaları, Böyük Çin səddi və başqa gözgəlimli yerlərin real həcmdə kopyaları var. Turistlər bu kopyalarda gecələyə də bilərlər. Yəni ki, dünyanı gəzmək eşqindən qovrularlar qənaətcil olub Çinin bircə kəndinə gedə bilər. Vəssalam. Bu da olar uczvari, Çin turizmi. Bir növ qənaət edib «vosmoyun bazarı»ndan aldığın 3 manatlıq kofta kimi. Ürəyi istəyən vertolyota minib Xuaksini gəzə bilər. Bu vertiolyotları kənd bu yaxınlarda əldə edib. 74 mərtəbəli «Səmanın yeni kəndi» adlı meydançadan da hər şey aydın görünür. Cəmi 50 il bundan qabaq çox kasıb olan Çin kəndi 1998-ci ildən aksiyalar buraxır və indi hər kəndlinin öz aksiya payı da var. Keçən il bu kənd 8 milyard qazanıb. Amma dünya atraksion parklarının tikintisinə cəmi 23 milyon xərcləmişdi.
Özünü daşa-divara çırpsan da burda Bakının bir dalanı, bir tinindən əsər-əlamət yoxdu. Heə YUNESKO-nun himayəsiində olan Qız qalamız da oğurlanmayıb. Çinli yaxşını gözündən qırağa buraxmaz. Bunu onlar elə bil ki, anadangəlmə bilirlər. Çində başqa bir yerdə Avstriyanın Xalştadt adlı şəhərinin tam kopyası var. Dünyanın ən görməli yeri kimi Zalsburq yaxınlığında olan bu şəhər YUNESKO-nun müdafiəsi altındadır. Bu şəhərciyin kopyasını çixarmaqçün çinli turistlər illər uzunu bura dəstə-dəstə gələrək hər daşının, hər tininin yüzlərlə şəklini çəkib aparıblar. Əvvəllər heç kim bu üzügülər çinlilərin əsil məqsədini bilmirdi. Xalştadın kopyası artıq bitmə ərəfəsində olarkən indilərdə avstriyalılar bundan xəbər tutublar. Dünyanın daha bir gəzməli yeri indi Çinin Quandun əyalətində əmələ gəlib. İndi Avstriyanın məşhur şəhərinə səfər edən çinliləri heç sevmirlər və onlara şpion kimi baxırlar. Amma artıq gecdi. Çinlilər qarışqa kimi şəhərin küçələrində eşələnib hər qarışını ölçüb biçib, hər yerin miqyasını, rəngini, kəndin hər evini yadda saxlayaraq irəli baxan planlarını gizlincə həyata keçiriblər. Avstriya kəndinin 900 nəfərlik sakinləri indiyədək çinlilərdən incikdir. Deyirlər, onlar heç olmasa halallıq almalıydı. Amma mən istərdim ki, Bakını hardasa kopalayardılar. Halallığını indiden verərdim, bir kənd sakini kimi. Tərs kimi şəhərdəki çinli alverçiləri də süpürüb deportasiya elədilər.
Kopyalamaq ehtirasını çinlilərə kimsə qadağan edə bilməz. Onlara kimsə yol göstərmir, qulağına pıçıldamır. Onların anadangəlmə gözəllik duyğusu var. Bakının gözəl və təmiz olduğunu bizə yox, çinliyə anlata biləsən…

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?