Ana-bala müharibəsi
Çinlilər deyir ki, biz uşaqlarımızı düz tərbiyə etmirik


Bu yaxındarda Çin mənşəli amerikalı qadın Emi Çua «Aslan Ananın döyüş mahnısı» adlı kitabı çıxıb. Keçən həftə təqdimatı olan bu kitab artıq Amerika cəmiyyətini təlatümə gətirib. 48 yaşlı Emi öz həyatı və ailəsinin nümunəsində uşaq tərbiyəsi məsələlərinə baxışlarını sentimentsiz və bəzəksiz təsvir edib. Onun 2 qızı var, 18 yaşlı Sofiya və 15 yaşlı Lulu. Ananın sözlərin görə kiçik qızı yaman şeytandı. Təmbəllik edir, cinlənəndə çığırır, hisrlənəndə pianonun klavişlərinin gəmirir. Bütün bunlara səbəb odur ki, anasının təkidiylə çinlilərin hamısı kimi birinci olmağa can atmır. Çinlilər ailədə uşaqların tərbiysi məsələsində ilk günlərdən uşaqlara lider olmaq arzusunu aşılayırlar. Bunun üçünsə çox çalışmaq lazımdı. Oxumaq, bilik toplamaq, bir sözlə at kimi çapmaq. Ona görə də 3 yaşlı uşaq fortepiano arxasında zəhlətökən çalışmaları təkrarlamaqdan imtina edə bilməz. Uşaq müqavimət göstərərsə mütləq cəzalanmalıdır. Əgər lazımsa bayırda şaxta olsa belə çinli ana uşağını cəza olaraq evdən bayıra tullaya bilər. Çinlilərin bir məsəli anaların dilindən düşmür: «Ananın sözünə baxmayan uşaq evdə qala bilməz! Ya yaxşı uşaq olursan, ya da qapı arxasıqda qalacaqsan!». Çinlilərin bu tərbiyə üsulları həqiqətən də bizimki il burun-buruna ziddir. Bizdə uşaq nə qədər yaramaz olsa da onu evdən qovmağa bir ana da ürək etməz. Çinlilərdə uşaq və ana arasında sanki müharibə gedir və bu müharibədə həmişə yalnız və yalnız analar qalib gəlir.
Müəllif yazır ki, sözəbaxanlıq çin tərbiyə sisteminin əsasıdır. Avropa demokratizmi çin aillələrində heç yaramır. Çünki itaətkarlıq nəticədə fövqəlinsan yetişdirə bilər və o, bütün şəraitlərə, bütün çətinliklərə asanlıqla uyğunlaşar. Sevgi və şirnikləndirmə üzərində qurulmuş tərbiyə sistemi uşaqları axmaq və vecsiz plankton kimi böyüdür. Çinlilər uşaqları sonunda nəticəyə görə işləmək tələbiylə tərbiyə edir. Yəni ki, bayram münasibətilə uşaq anasına açıqca çəkib onu o qədər də yaxşı bəzəməyibsə çinli ana onu geri qaytarıb «Sən daha yaxşı bacarırsan» deyə bilər. Bizdə uşağın könlünü sındırmamaq üçün bu görkəmsiz açıqcanı gen-boluna tərifləyər və üstəlik onu hardasa gizləyib illər uzunu saxlayarlar. Axı azərbaycanlı balası nadir hallarda anasına öz əlləriylə hədiyyə hazırlayar.
Əgər çinli balası saatlarla yeknəsək çalışmaları yerinə yetirmək istəmirsə ana onun oyuncaqlarını yandırmaqla hədələyir. Bu sözü artıq demiş çinli ana tələbi yerinə yetməsə oyuncaqlara «Hayıfdı, bu qədər pul verib almışıq» deyib qorumaz. Onu uşağın gözü qarşısında yandırar. Kitabdan sitat: «Əgər uşaq məktəb teatrında, ya da musiqi məşğələlərində birinci olmaq iqtidarında deyilsə aktyorluğa baş qoşmasın, ya da piano çalmaq istəməsin. Əlbəttə, bu qəddar səslənir. Ona görə də mənim qızım Karneqi-xollun səhnəsində çıxış edir, sizinki isə yox. Heç nə ləzzət xətrinə edilmir. Nəticə göz qabağında olmalıdır. Uşaqlar xoşuna işləməyi sevmirlər. Ona görə də valideynin vəzifəsi onların çılaşdırmaqdı». Müəllif özü də bu sərt tərbiyə sisteminin yetirməsidir. Mühacir olsalar da Emmi ABŞ-da nüfuzlu təhsil ala bilib və Yel Unsversitetində hüquq üzrə professordur. O, bu kitabı yazanda artıq bilirdi ki, onu Amerika və Avropada tənqid edəcəklər.
Çinin bütün təhsil-tərbiyə sistemi nəticəyə yönəldilib. Onlar məktəbdə 12 il oxuyurlar. Birinci sinfə gələndə onlar ilk test imtahanından keçirlər. Adi çinli ailəsində ilk siniflərdən başlayaraq bir neçə müəllimlə dərsdən əlavə məşğul olurlar. Çünki ali təhsil almaq üçün böyük müsabiqələrdə bəzən bir yerə 200-300 nəfər iddialı olur. Çinli balası xaricdə oxuyası olsa da o, heç vaxt tədris müəssisəsinin qayda qanunlarını pozmur. Çinlilər öz uşaqlarını ilk günlərdən qalib olmağa hazırlayır. Baxmayaraq ki, ailədə aman-zaman bir uşaq olur onun nazını çəkmək, ərköyün etmək kimsənin ağlına gəlmir.
Psixoloqlar deyir ki, çinlilər fərd kimi hündürlüyə yox, eninə inkişaf etməyə can atırlar. Yəni ki, avropalı dərzi peşəsini siçibsə o, işində yetkinləşən kimi sex müdiri, zavod direktoru və nəticədə yüngül sənaye naziri olmağa can atır. Çinli isə öz dərzilik məharətinin təkmilləşməsi üzərində işləyir ki, sonra onu gələcək nəsillərə ötürə bilsin.
Belə çıxır ki, çinlilər yaxşı mütəxəssis yetişdirən zaman biz xoşbəxt və gələcəyi düşünməyən arsız adamlar böyüdürük. Çinlinin yaxşı peşəsi olursa bizim çoxlu dostlarımız olur. Onlardan fərqli olaraq biz çin malı geyinərək xoşbəxt ola da bilirik. Belə məntiqlə yanaşsaq biz çinlilərdən zəhmətkeşliyi, onlasa bizdən arsızlığı öyrənməlidirlər. Axı deyilənə görə çinlilərin ürəyi çox zəif olur və ürəkdən ölənlər çinlilər arasında çoxdur. Yəqin ürəkləri Çin malıdır, ona görə…

 


 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?