1 il, 4 ay və 5 sutka…
Tualet mədəniyyəti tarixindən seçmələr

Bu mövzuda yazmamaq da olardı. Daha doğrusu milli mentalitetin yazılmamış qanunlarını pozmayıb bu mövzuda hamı kimi mehribancasına, səmimiliklə susmaq olardı. Çünki orta statistik azərbaycanlı evinin sonbeşiyinə aftafadan istifadə qaydalarını öyrədib təmizlik barədə şifahi tərzdə nəsildən-nəslə ötürülən seriya məruzələrini edəndən sonra missiyasını bitmiş sayır və bu mövzuya adam arasında toxunmağı özünə layiq bilmir. Yəqin ki, belə düşünən insan haqlıdı, bundan danışmazlır, xüsusilə də yazmazlar. Azərbaycanda ictimai tualetlər elə gündədir ki, həqiqətən də bu mövzuda susmaq daha layiqli mövqedir.
Yaydı, evdə oturmaq olmur, adam çıxıb gəzmək, yeniləşən şəhərin necə sürətlə böyüdüyünü görmək, bəzən prosesdə şəxsən iştirak etmək istəyir. Təzə təmirdən çıxmış «Fontanlar meydanı», ya da Milli parkımız, yəni bulvarı gəzirsən, əcnəbi ağaclara, şəhərə qonaq yeni dizayn üsullarına, yeni tikinti materillarına baxırsan. Əlbəttə, təmirdən sonra ictimai tualetlər hələ ki, qonaqları bir kilometrdən qoxuyla salamlamır. Qiymətlərin artımı bir daha sübut edir ki, burda ciddi dəyişikliklər baş verib. 20 qəpiklik tualetin 40 qəpiyə olması bu faktı bir daha təsdiqləyir.
Alimlər hesablayıb ki, insan ömrünün 11862 saatını bizim danışmaq istəmədiyimiz məkanda keçirir. Yəni insan burada nə etdiyini də, hanşı şəraitdə keçirdiyini də gizləməyə çalışır. Üst-üstə bu, 1 il, 4 ay və 5 sutka eləyir. Lap bir igidin ömrüdür. Ömrümüzün bu qısa məqamını da liyiqli şəkildə keçirə bilərdik. Məsələn, Polşada məşhur siyasətçilərin portretləri olan tualet kağızını dükandan almaq olar. Yəqin onlar bundan çox da incimirlər. Siyəsətçilər burda müxtəlif pozalarda təsvir edilib. Dünyanın gedişin təsiri olan bu adamlar kağız üzərində qumdan saraylar tikir, vannada şellənirlər. Stresini tualetdə atmaq istəyənlər yəqin ki, bu kağızdan istiyadə edir. İmkan olsaydı Azərbaycan üçün aktual olan mövzularda tualet kağışı sifariş edərdik. Amma heyif, biz aftafanı kağızı dəyişə bilmərik, hətta belə ləzzətə görə də. Adını tualet kağızına yazmaq ilk dəfə 1857-ci ildə amerikalı İosif Qayettinin ağlına gəlib. Amma hələ eramızın 589-cu ilində çin alimi Yan Çjituy elmi əsərində insanları müdriklərin adı olan vərəqələrdən istifadə etməkdən çəkindirmək istəyirdi. Amerikanın «Old Farmer’s Almanac» qəzeti isə qəzet oxunandan sonra kağızın taleyindən o qədər də narahat deyil, təki qəzeti satılsın. Çünki xüsusi yerlərdə qəzetdə deşik açılıb ki, onu sonradan məlum məqsədə görə istifadə etmək mümkün olsun. İkrahlı təbəssümü xahiş edirəm üzünüzdən silin. Tualet kağızının istehsal sürətini təsəvvür etmək istyirsizsə 6 metr eni olan yolda saatda 110 km sürətlə getdiyinizi gözlərinizin önünə gətirin. İlin 365 günü, sutkada 24 saat durmadan bu sürətlə tualet kağızı istehsal edilir. Dünyada «Rss stroom reader» adlanan qurğu var. O tualet kağızı və printer funksiyalarını özündə birləşdirib. Siz səliqəli tualetinizdə həyat barədə fəlsəfi düşüncələrə dalarkən o, son xəbərləri çap edib qaynar-qaynar ixtiyarınıza verir. Sonrasını özünüz bilərsiz, oxuyarsız, yoxsa…
Şəhərimizdə tikilən tualetlərin smeta dəyəri ilə maraqlanmamışam. Amma nədənsə Berlindəki Avropanın ən bahalı tualetinin qiymətindən xəbərim var. Cəmi 750 min avroya başa gəlib. Bundan sonra özümüzküləri israfçlıqda ittiham etmək heç ağlıma da gəlməz. Adıçəkilən tualetdə həzin musiqi çalınır və kişi pisuarında qolf üçün bayraqcıq yeprləşdirilib. Dizaynerin fikricə bu «Yaxşı nişan almağa» kömək edəcək.
Çin istehsalı olan «Magic Mirror» tualetlərini isə şəhərdə tapmaq asan deyil. Nə qədər ki, insan displeydən uzaqdır giriş qapısı özünü reklam lövhəsi kimi aparır. Yaxınlaşan kimi şəkil yoxa çıxır. Yaponlar isə tualetlərini vibrasiyalı sabunla təhciz edirlər. Sabunu əlinə alan kimi o titrəməyə başlayır. Onu əlində saxlamağa çalışan adim əgər alındısa bir neçə saniyə içində sabunlanır. Əgər alınmadısa üst-başı, ətrafı da sabun içində olur. Pekində güllə keçirməyən tualetlər var, amma yerli camaat onu bəyənmir.
«Ideal Home Show» sərgisində nümayiş edilən unitazların iPod pleyerinə qoşulmaq imkanı var və elmin ən son nailiyyətlərinə uyğun keyfiyyətli sterio səsgücləndiriciləriylə təhciz edilib. «İnex» firmasının unitazları gecələr işıq saçır və sahibinə musiqi seçmək imkanı da verir. «AquaOne Technologies» kompaniyası isə tənha adamlar üçün akvariumlu unitazlar icad edib. Plastik akvarium baçoka keçirilir. Amma istehsalçı hesab edir ki, balıqları ora buraxmazdan əvvəl zoomağaza işçiləriylə məsləhət etmək lazımdır. Onlar sizə səsdən qorxmayan balıqları seçməkdə kömək etsinlər.
Bu mövzuda şəhərdə tikilən yeni tualetləri gəzib gələndən sonra da yazmaq olardı. Yəqin ki, orda belə yenilikləri görməyəndən sonra bir qədər ümidqırıqlığı keçirib hamı kimi bu mövzuya toxunmaq istəməzdim.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?