Səcdəgahlar


«Qərbin gücü və tribunası var, dünyaya deyiləcək sözü qalmayıb.
Şərqin isə sözü var, gücü və tribunası yoxdur»


Dünya mətbuatını izləyərkən bir qanunauyğunluğu görməmək olmur. Sıralanan xəbər başlıqlarından heç olmasa biri müsəlmanlar və İslam dini ilə bağlı bir xəbərdir. El bil ki, xristian dünyası İslamı indilərdə kəşf edib və onun böyüyən kölcəsi qarşısında özlərini aciz hiss edir. «Müsəlmanlar da fərqlidir» deməliyik, çünki onların dünya görüşü qədər xarici görkəmi və davranışı da seçilir.
Allahına təzim etməkçün xristian kilsəyə getməyə məcburdusa müsəlman namazını ürəyi harda istəsə qıla bilər. Bu günlərdə Peterburq metrolarının birində bir müsəlman ətrafındakı adamların varlığına varmadan Allah qarşısında borcunu oradaca yerinə yetirib. Ayaqqabılarını çıxarıb, dırmaşıb taxta oturacağın üstünə və ətrafını eyninə almadan Allaha səcdə edib. Bu səhnəni ağlasığmaz bilib videoya çəkənlər və İnternetə yerləşdirənlər də, onu qınayıb yersiz hərəkət etdiyini deyən, tərəfini saxlayan da vardı. Amma bu adi dua etmə mərasimi hamıya, hətta müsəlmanlara da qəribə göründü. Ətrafdakılardan soruşanda birisi «Nə olsun, əlində pivə butılkasıyla xalxın arvadına sataşmır ki!» dedi. Metro sakinlərinin tolerantlığı kişiyə namaz qılmağa mane olmadı. Amma Spasski metro stansiyasındakı skamyanın üzü qibləyə olduğunu da iddia etmək çətindi. Bu xəbərin ardıyca İngiltərə müsəlmanlarının hərəkətlərindən agah olmaq olar. «Britaniya üçün şəriət» şüarını əllərində tutub küçələrə çıxmış müsəlmanlar indi İngiltərənin bəzi rayonlarında şəriət qanunlarının bərqərar olmasını, məsələn, müsəlman olmayan aptek işçisindən başını bağlamağı tələb edirlər. Əslində onlar özünü o qədər də pis aparmır, uzaqbaşı çimərlik kostyumunun, ya da açıq-saçıq qadın paltarlarının reklamının üstünə bir vedrə qara rəng atırlar. İngilislər isə kənarda durub bu proseslərə ağzıaçıq baxır və heyrətlərini gizləmirlər. Britaniya bayrağını hicab kimi başına salmış ingilis vətəndaşı olan qadına da çox qəribə baxırlar. Dünya qəribə dinlərlə doludur və onlar daha artıq təəccüb doğurmalıdır yəqin…
Şvatambar dininin ardıcılları heç paltar geyinmir ki, təsadüfən bir həşərata zərər verməsinlər. Onlar xüsusi tənzif sarğıdan nəfəs alırlar ki, cücü-mücü nəfəs borusuna düşüb məhv olmasın. Onlar yolla gedərkən ayaqlarının altını süpürə-süpürə hərəkət edir ki, hər hansı canlının ölümünə səbəb olmasın. Amma onlar sələmçiliklə məşğul olur və lazım gələrsə borcluların az qala gözünü basıb çıxarırlar və pullarını nəyin bahasına olursa-olsun geri alırlar.
Braziliyadakı hindu qəbilələri parazitləri ilahiləşdirir Onlar inanır ki, dünyanı yaratmış ruhlar insan bədənində gizlənərək «daxili səs» vasitəsilə insana məsləhət verib yol göstərir. Afrikanın Sirius ulduzuna sitayiş edən qəbilələri də elə bil ki, qəribə görünmürlər. Onlar inanır ki, yarıilan, yarıinsan olan Nom-mo «uçan gəmidə» gəlib yerdə həyat yaradıb.
Müsəlmanların çıxışlarından heyrətlənən ingilislər 2001-ci ilidə əhalinin siyahıya alınmasında ölkədə 390 min caday olduğunu biləndə heç təccüblənmədi də. Məşhur fantastik filmlər serialının ekranlara çıxışından sonra xüsusi sülh yaradan irqin-cadayların olmasından bütün dünya xəbər tutdu. Sən demə Kanadada 20 min, Avstraliyada 70 min, hətta Rusiyada 5 min adam cadaylığı din kimi qəbul edib. Heç kimin dodağı qaçmadı ki?
Kurt Vonnequtun «Pişik üçün beşik» romanında bokanizm terminalogiyasının izahı verilir. Dahi bokanist deyir ki, bütün dinlər yalandı, elə bokanizmin özü də. Disordianizm dini xaosu ilahiləşdirir. Bu dinin ən yayılmış mifində Bozsifət Qruadanın mifindən danışılır. Bu mifə əsasən yumor hissi olmayan bu varlıq insanları inandırmağı çalışır ki, səliqəli, ciddi həyat tərzi yaşamın bünövrəsidir.
İnsanlar nəinki dinlərini, bəzən milliyyətlərini də çaşdırırlar. 2002-ci ilin siyaşıya alınmasında məlum olodu ki, Rusiyada kiçik qruplarla skiflər, xəzərlər, peçeneqlər yaşayır. Onlar hələ də öz dinlərini əllərində bayraq ediblər. Kimsə Marsdan gəlmiş məxluqlardan törəndiyini iddia edir. Kimsə Sakit okeanın dibində yaşayan Ktulxu əjdahasısnın uzaqdan-uzağa insan şüuruna təsir etməsinə inanır. Görkəmcə o, «Karib dənizinin quldurları» filmindəki Krakenə oxşayır və yeriyəndə seliklə fırçıldayır.
Okeaniya adalarında isə Karqo kultu hələ də yaşamaqdadı. 2-ci Dünya Savaşında amerikalı əsgərlə bu adalarda quruya çıxmış və yerli camaatı yeməklərinə qonaq etmişlər. Ona görə də aborigenlər konserv bankalarına sitayiş edir və göydən bir də yemək gələcəyinə inanır. Pastafariallarınsa allahı Uçan Makaron Monstrı adlanır. Bu din 2005-ci ildə Kanzas ştatında məktəblərdə təkamül nəzəriyyəsinin qarşılığı kimi həyatın «Şüurlu məqsəd»dən yaranmasından danışan dərsin keçirilməsinə etiraz kimi təşkil edilib. Pastafarianlar inanır ki, pivə vulkanı və striptiz fabriki ilə cənnətə düşmək olar.
Bütün bu qəribəlikləri etinasızlıqla qarşılayan dünya bircə müsəlmanların həyat tərzini sakit və layiqincə qəbul edə bilmir.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?