İkiqat
saltosuz
Köşələrdə ağıllı məna axtaranlar üçün
Biosfer sakinlərinin həyat təcrübəsindən seçmələr
Oxuyursan. Bəzən çox ağıllı, mənalı yazılar oxuyursan. Sonra unudursan.
2 gün əvvəl oxuduğunun müəllfini xatırlaya bilmirsən. Beynin lazımlı-lazımsız
frazalarla dolur. Bəzən aşıb daşır. Onların müəllifini axtarmaq özünə
zülm vermək kimidir. Yaxşı yazar qənaətcil olub bu frazanın hərəsinə
bir köşə yazardı. Heç vaxt qənaətcil olmamışam…
Ağıllı və qamətli görünmək istəyirsənsə gombulların və qocaların yaxınlığında
fırlan.
Heç cür ağlımı başıma yığa bilmirəm, ya onlar məşğuldu, ya da mən.
Həyat tualet kağızı kimidir. Elə bilirsən ki, uzundu, amma onu boş işlərə
sərf edirsən.
Yığışdırılmış ev və dadlı şam yeməyi – xarab olmuş kompüterin fəadlarıdır.
Hamı sənə həsəb aparırsa, amma işinə soğan doğramağa əlləri çatmırsa
buna xoşbəxtlik demək olar.
İnternet həyat kimidir: iş-gücün yoxdu, amma çıxıb getmək də istəmirsən.
Ətrafındakı havanı kimsə korlamasa onu hiss etmirsən.
Artıq çəkisi olmayan adamlar qəbirsanlıqda yatır.
Əgər pasportdakı şəklinə oxşamağa başlayırsansa deməli məzuniyyətə çıxmağın
vaxtıdı.
Ağıl qadın sinəsi kimidir. Olması yaxşıdı, amma gözə soxmazlar.
Bəzən üzüqoyulu çirkaba yıxılmamaz üçün közə kül üfürmək lazım gəlir.
Şərlə mübarizədə həmişə müşahidəçi qalib gəlir.
İki axmaq mübahisə edirsə bu çarpışmada həqiqət həqiqətən də ölə bilər.
Hər kişinin həyatnda elə anlar olur ki, corabın yenisini almaq onu yuduzdurmaqdan
ucuz başa gəlir.
İnsan yaşamaq istəyirsə tibb burada gücsüzdür.
İnetrnetdə az otursan uşaqların sağlam olar.
Arvad qumbara kimidir, atırsansa özündən çox uzağa atmalısan.
Həyata çox da ciddi yanaşmayın. Onsuz da burdan sağ çıxan olmayıb.
İnsanlar, birləşin! Sıfır heç nədi, amma iki sıfır yan-yana nəyəsə oxşayır.
Sevgi də sinir hüceyrələri kimdir, bərpa edilmir.
Nəzərə alın ki, ali beyinlər ideyaları müzakirə edir. Ortabablar hadisələri,
yerdə qalanı isə insanları.
Subayların çox yaşaması barədə söhbətlər uydurmadır. Onlara elə gəlir
ki, həyat hədsiz uzundur.
Bir nəfərin fikrini oğurlamaq plaqiatdı, çoxlarının fikrini mənimsəməksə
elmi tədqiqat.
Bədbəxt olmaq necə də asanmış.
Sinoptiklər də minaaxtaranlar kimidir, cəmi bir dəfə səhv edirlər. Amma
bu səhv hər gün olur.
Ağıllı sifət alıb susmaq çətin deyil. Bu pozada səni görüb qiymət verəcək
adamı tapmaq çətindi.
Zaman bütün xəstəlikləri sağaldır. Amma özünün yaratdığı xəstəliklərə
gücü çatmır.
Təmbəllik bütün bəlaların başıdır. Başa isə hörməti olanı çıxarırlar.
Axmaq dünyanı alt-üst etmək istəyir, müdrik onu düzəltmək. Yalnız dahilər
mümkün olmayana qatlaşır- dünyanı rahat buraxırlar.
Zəncirlənmişlər arasında qanaqlanmışlar olmur.
Bəzən özümüzü qucaqlamağa da əlimiz çatmır!
Danışmağı öyrənən kimi dinləmək bacarığını itiririk.
Azadlığın ən birinci əlaməti odur ki, kiminsə işinə zibil qatmaq fikrin
artıq yoxdu.
Ağıllı bacardığını, axmaq olanını satar.
Biliklərin artdıqca onları sərf etməyə vaxtın azalır.
Kişilər gözəl qadınlarla əxlaqsız hərəkətlər etməyi, qadınlarsa əxlaqsız
kişilərlə gözəl münasibətləri istər.
Toyuq hini qanunlarıyla yaşasan (yanındakını dimdiklə, aşağıdakının
başına batır və yuxarı dırmaş) az keçməz sənə toyuq, ya da xoruz deyərlər.
İllər keçdikcə tabuta qədər uzanacaq məhəbbəti yaşamaq şansın artır.
P. S. Ağıllı kəlamları bir köşəyə toplayandan sonra yazıya sonluq vermək
lap çətin olur. Çünki yazdıqlarını tamamlayacaq daha da ağıllı bir şey
yazmalısan. Bu artıq başının üstündən ikiqat salto tullanmaq kimi çətin
məsələdi. Bəlkə nə vaxtsa alındı?..