Qadınlıq simvolu
Yaxud «Portoğal qabığı»nın effektivliyi

Yay gələn kimi qadınları daha bir dərd alır. Çimərlik kostyumu seçib istədiyin kimisini ala bilmək müasir qadınlarçün hansısa ümummilli bir problemin beynəlxalq səviyyədə həllindən daha vacibdir. Necə edəsən, həm abırlı görünəsən, amma kimsə düşünməsin ki, geyimi nənənin sandığından çıxarıb havaya verib sonra əyninə keçirmisən. Ay Allah, bu selüliti kim kəşf elədi axı! Çox yox, 50 il əvvəl qadınlarlar necə də xoşbəxt yaşayırmış. Onların nə selüliti, nə köklük problemi, nə də arıqlamaq qayğısı vardı. Təsəvvür edirsiz, keçən əsrin kişisi totuq arvadının bir az fikir çəkdiyini görüb əlini masaya çırpıb deyərmiş: «Mənə belə qəbuldu, vəssalam!».
İndi selülitin adını gah «portoğal qabığı effekti» qoyur, gah da müxtəlif diyetaları reklam eləməknən bizdə komplekslər yaradırlar. Elə bil ki, 21-ci əsr bundan böyük problem tanımır. Guya orqanizmdə bundan utanmalı, xəcalətli bir şey yoxdu və bununla amansızcasına mübarizə eləmək lazımdı. Gəlin keçmiş əsrlərə boylanaq. Xüsusilə də selülitin nəinki olmadığı, hətta gözəllik atributu olduğu zamanlara bir ayaq verək. Axı nə vaxtsa selülit gözəllik simvolu olub.
Əsrlər bir-birini əvəzlədikcə gözəllik simvolu da buna uyğun dəyişir. Bu heç kim üçün sirr deyil. Məsələn, keçən əsrdə gözəl sayılacaq qadın indiki zamanda utandığından çimərlikdə paltarını çıxarmaz. Hətta keçən əsrin seksuallıq simvolu Merilin Manro da uzaqbaşı hansısa ucuzvari serialda gömbul «xalaşka» rolunu ala bilərdi. O, məşhur jurnallarda çılpaq şəkil çap elətdirmək istəsəydi mütləq «Xanım, heç olmasa 10 kiloqram arıqlamalısınız» iradını eşidərdi. Bu keçən əsrdə belə idisə heç İntibah dövründən danışmalı deyil.
Müasir pepsi dövrünün uşaqları təsadüfən Ermitaj, Luvr, Prodo muzeylərinə düşsəydi İntibah dövrünün qadınlarını görüb onların müasir jurnal üzlüklərindəki qadınlardan radikal fərqini həmən duyar və yəqin ki, mütləq təəccüblənərdi. Axı Rembrant və ya Tisianın sevə-sevə yaratdığı qadınların nəinki sallaq qarnı, hətta böyürlərində «qalife» əlavəsi və açıq-aydın selüliti vardı. Bunu rəssamın uğursuz natura seçimim ilə bağlamaq düzgün deyil. Yəni ki, əlinin altında olan qadından natura kimi yararlanıb. Rəssam bilərəkdən belə qadınları seçirdi. Axı onlardan ortastatistik çoban qızının portretini yox, antik allahların obrazlarını yapacaqdı. Deməli, bu qadınlar gözəllik etalonu idi və əbədiləşdirilməyə ən layiqli naturalar sayılardı. Onlar ideal idi. Bu fenomeni azah eləmək çətin deyil. O vaxtlar da insanlar kalorini hesablayardı, amma onun artıqlığı daha yaxşı sayılardı. Hər çörək qırıntısının qiymətli olduğu vaxtlarda kök insan avtomatik olaraq daha xoşbəxt, daha uğurlu və varlı sayılardı. Ona görə də İntibah dövrünə uyğun görünən xanımlar ümidqırıqlığı keçirmək əvəzinə fəxr eləyə də bilər, axı onlar gözəllik etalonuna uyğun gəlirlər. Nə olsun ki, bir neçə əsr bundan əvvəlkinə. Məncə o vaxtlar kişilər gözəlliyin qədrini daha yaxşı bilərdi.
Gəlin bir müqayisələr aparaq. Rubensin «Güzgü qarşısında Venera»sındakı xanım arxasını bizə çevirməkdən utanmır. Elə həmən müəllifin «Levkippin qızlarının oğurlanması» tavlosundakı iki qadın o qədər tosqundur ki, iki qolu zorlu kişi onları atın tərkinə çıxara bilmir. Rembrantın «Danaya»sı uzanmış vəziyyətdə elə görünür ki, elə bil hamilədir. Hətta Tisianın «Venera və Adonis» tablosundakı gözəllik ilahəsi də «portoğal qabığı» ilə örtülüb. Rubensin «Üç pəri» rəsmindəki gözəllərin indi üzünə baxan da olmazdı. Bir neçə yüz il il əvvəl mələklər də gömbul idi. Əllərindəki oxu insanlara yönəldib qanadlarını yanına salıb məsum baxışlarla baxan buruqsaçlı mələklər də toxluq və uğur simvolu sayılardı.
Müasir alimlər də təsdiqləyir ki, kök xanımlar daha sağlamdı. Ətli-canlı xanımların qadın harmonları yüksək olur və hətta selüliti də onlar yaradır. Selülit isə bilirsiz ki, yalnız qadınlarda olur. Hətta ən kök normal kişinin heç vaxt selüliti ola bilməz. Burdan məntiqi nəticə çıxır ki, selülit qadınlıq simvoludur. Selülitə qarşı yönəldilmiş kompaniyanı qadınlığa qarşı mübarizə saymaq olar. Nə qədər ki, cinslər var selülit də olacaq. «Bütün dünyanın qadınları selülitə qarşı birləşin!» şüarı da feminist qadınların uydurmasıdır.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?