Oyna gülüm, oyna!


Bu gün artan əsəbilik, isteriya dövründə yaşayırıq. Həyatımız sürətli, günlərimiz qeyri-təbii ritmdə keçir. Müasir insan yaşamasıyçün çox lazımlı həyat ritmini itirib. Hal-təbdən çıxaran bu dəli həyat ritminin hardan gəldiyini, niyə get-gedə artdığını inanıram ki, hamı düşünür. Elə bil itirilmiş rahatlıq qayıtmasa nəsə olacaq.
Fikir verin, biz ağlamalı, fikrə dalmalı, düşündürməli olan musiqilərə də elə bil mator qoşmuşuq. Cəmi bir necə onillik əvvəl «Niyə belə əsirsən, külək. Niyə ümidimi kəsirsən külək» söyləyən nakam sevgidən bəhs edən bu mahnıda hamını ağlamaq tutardı. Ünlü sənətçilər bu mahnının içində bir muğamat da deyərdilər. İndi bu hava toylarda ən çox oynanılan mahnıya çevrilib. Yaxud «İtirdim, itirdim, mən səni bu gün itirdim» söyləyən müğənni tamaşaçı qabağanda əl-qol açıb, çırtıq çalıb oynayır. Tempi dəli həyatımıza uyğun gəlməyən bütün ağır mahnıları cavan müğənnilər daha tez tempdə, daha cəld, dingildədən remiks versiyada ifa edir. Elə bil biz söz vermişik ki, bütün dünyanın dərdlərinin acığına, torpaqlarımızda toy-busat quran ermınilərin gözçıxdısına, günümüzü göy əskiyə bükən problemlərimizin əksinə hər səslənən şeyi oynayacağıq. Yeri gəldi, ya gəlmədi, fərq etməz. Elə bərk səs-küy salacağıq ki, şəhidlərimizin sümükləri qəbirdə dingildəyəcək, bir ayağı gorda olan qocalarımız da cavanlarımız kimi «ləbbeh» deyib çəpik çalacaq! Bizə «Hansı gününüzə oynayırsız?» soruşan olmayacaq. Bizə dərddən oynayırlar da deməyəcəklər. Dünya «havlanıblar» deyib bizdən əlini tamam üzəcək. Bir nəfər olsaydı əlindən tutub həkimə aparmaq olardı. Psixiatra necə deyim ki, xalqımız ritmindən çıxıb? Ritminə qayıtmaqçün dərdinə dərman lazımdı?
Bilirəm, yeni həyat ritmini cavanların üstünə yıxmaq istəyəcəksiz, müasir qərbyönlü musiqilərin məhvedici təsirindən danışacaqsız. Bu ritmlərin mənşəyini təbiətdə axtaraq. Hamı bilir ki, meymunlar arasında öz rəqiblərinə döyüşdə qalib gəlmiş yalnız birisi sürünün dişilərinin və əldə olunmuş yeməklərin hamısına sahib çıxır. Yerdə qalan erkəklər ağaclara dırmaşıb haqsızlığa etiraz əlaməti kimi çubuqla ağacı döyəcləyərək xüsusi ritmlər səsləndirirlər. Bu ritmləri yazıb tədqiq edən alimlər onları gənclərin bayıldığı müasir musiqi ritləriylə üst-üstə düşdüyünü tapıblar. Rep, ağır-yüngül rok, hətta caz sevənlər heç ağlına da gətirmir ki, etiraz ritmlərini, natamamlıq duyğularını səsləndirməklə cəmiyyətə etiraz edirlər. Bəlkə ona görə özünü tutmuş , cəmiyyətdə yerini tapmış şəxsiyyət rep, rok və sair müasir musiqinin «dediklərini» anlaya bilmir.
İnsan ritmi təkgə musiqidən almır. Özünü həm də mistik adlandıran bir fars şairi evinin mərkəzində yerləşən sütunun başına dolaşanda ona vəhy gəlirmiş. Belə ruhi vəziyyətdə olarkən onun dediklərini ətrafdakı insanlar yazırmış. Yaranan şerlər kamil poeziya sayılırdı. Belə üsulla mürəkkəb məsələlərdə çıxış yolu tapan vəkil də vardı. O, öz oxu ətrafında bir-neçə dəfə fırlanandan sonra yerində deyilmiş arqumenti o dəqiqə tapırdı. Bəziləri fikrini deməyə söz tapmayanda barmaqlarını stola döyəcləyir, bu vaxt ağlına ideya gəlir. Fikir yumağında dolaşanda otaqda gəzişməyi sevənlər tezliklə çıxış yolu tapır. Deməli insan bədəni elə bir mexanizmdi ki, daim hərəkətdə olmalıdı. Özünü kainatla rezonansa girməkçün vasitəyə çevirən insanlar musiqini başqa cür eşidir. Sufilərin hal adlandırdığı ruhi vəziyyətlər belə yaranır. Onlar ekstaza düşüb inildəyən dərvişə, rəqs eləyən dərvişə çevrilirlər. Bir əlini göyə, o birini yerə çevirib «alıram və ötürürəm, özümə heç nə» deyərək rəqs edir və yaşayırlar.
Musiqi ritmindən savayı həyatda hər kəsin ürəyinin döyüntüsü, yalnız özünə məxsus olan ritmi var. Qaçhaqaç ritmindən çıxmaq da olar. Kimsə sütun ətrafında fırlanmaqla, yerində addımlamaqla, fasiləsiz rəqs eləməklə, kədərli musiqidən qol-qanad açmaqla suallara cavab axtarırsa və bu sənin ürəyinin səsinə uyğun gəlmirsə ümumi, fasiləsiz yallıya qoşulmaq vacib deyil. Bəlkə vaxt gəldi, suallarımızın cavabını dəli kimi ortaya düşüb oynadığımız o qədər də dəli olmayan ritmdə, rəqsdə tapa bildik?

 



Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?