Qarşıdurma, yoxsa rusdillilərin blokadası?
Televiziyadakı «ujas»larının fonunda düşüncələr


Bu yaxınlarda printerə katric almaq məqsədiylə dükanlardan birinə girib «Kanon»çün ləvazimatı soraqladım. Təbii ki, kanon sözünü elə oxuduğunuz kimi dedim. Satıcı oğlan deyəsən mənim «nadanlığıma» ürəyində bir neçə kəlmə yağlı söz ünvanlayıb gözlərini süzdürərək «kə’non?» deyib guya mənim səhfimi düzəltdi. Mən də anlayıram ki, kanon ingilis dilində belə oxunmalıdır. Amma mən öz vətənimdə ana dilində satıcıya müraciət edə bilərəm və utanmaqsız-filansız öz ləhcəmdə danışa da bilərəm. Nədənsə ingilis dilinin dilimizə soxulması heç kimi narahat eləmir.
Bu gün hamı rus dilinin qarasıyca danışır. İndi rus dillilər, burada həm rusca danışanlar, rusca yazanlar, eləcə də məlumatını ruscadan almaq istəyənlər söz «pulemyotlarının» hədəfindədir. Mənə maraqlıdır, sabah ingilis dili həyatımıza rus dili qədər soxulsa həmin odlu-alovlu danışanlar dilin təmizliyi məsələsini gündəmə gətirəcəkmi , ya yox? Yoxsa həmən gün, yəni ingilisdillilərin «at çapacağı» günə qədər onlar artıq bu xarici dili də öyrənib rahatlaşacaq? Mənə hər şey bir qədər başqa rakursda görünür.
Rus dilinin yığışdırılması məsələsini ortaya atıb çeşidli yazılar yazıb diskussiyalar açan jurnalistlərin mövqeyi aydındı. Yeri gəlsə atdan da, lap itdən də yazanlar niyə ki, bu cür gözəl mövzuda intellekt nümayiş etməsin, oxucusunu əldə saxlamaqçün söz fantanını işə salmasın ki? Ürəklənib rus dillilərin çox olmasını, bazarda buna hələ də tələbatın yüksək olmasını, intellekt səviyyəsindəki fərqi ağzına gətirməyə cürət eləyənlərin o saat ağzından vururlar ki, dilinə hörmət eləmirsən. Elə mənim özümə də belə irad tutulsa bir də ağzımı açmaram. Çünki heç kim dilini qurban vermək istəməz.
Rusdillilər adlanan böyük bir təbəqə var. Hazırda onlar Azərbaycanın intellekt baxımdan, bütün sahələrdə hazırlıq və məlumatlılıq baxımından cəmiyyətin qaymaqlarıdır. Hələ ki, bu belədir. Təhsildə aparılan «reformalar» nəticəsində yaranan yeni nəsil hələ ki, bu təbəqəni üstələyə bilmir, yəqin ki, yaxın gələcəkdə heç bacarmayacaq da. Bu rusdilli təbəqə təhsilini rusca alsa da, rus dilində danışıb düşünsə də mahiyyətcə rus deyil. Onlar azəri türkcəsində danışanlardan bəlkə də artıq vətənin gələcəyini düşünür və bu yolda nəsə eləməyə hazırdır. Belə təssürat oyanır ki, rus kanallarının yığışması, rusdilli qəzet və saytları hücumlar rus dilinə yox, məhz bu təbəqəyə yönəldilib.
Niyə hər şeyi əlahəzrət Zamanın ixtiyarına buraxmayaq ki? Onsuz da rus dili yavaş-yavaş həyatımızdan uzaqlaşır. Rusdillilərin ünvanına iyrənc sözlər tolazlayıb qarşıdurma yaratmaqdan nə çıxacaq ki? Onsuz da hamı bilir ki, məktəblərdə rus bölməsi azərbaycan bölməsindən güclüdür. Çünki dərs ləvazimatı Moskvadan gətirilirdi, bizimkiləri isə burda yazırdılar. Çox həvəssiz, hətta utanmağı gizlətmək cəhdləriylə deməliyik ki, mətbuatda da vəziyyət oxşardır.
Mən bu yaşacan savadlı adamın nadana gülüb ələ salmağına rast gəlməmişəm. Amma köntöy, səviyyəsiz insanların hətta qrup şəklində birləşib oxuyan adamlara şəbədə qoşub gülməsini o qədər görmüşəm ki… Birtəhər razılaşmalı olacaqsız, amma türk seriallarından bayılıb hönkürtüylə göz yaşı tökməyənlər də var, Azərbaycan mətbuatının xəbərlərinə etibar eləməyənlər də, intellektual adlandırılan verilişlərə baxandan sonra çimçəşib qaşınmaya düşənlər də. Azərbaycan televiziyası kiminçünsə «ujas» filmləri kimi dəhşətli bir şeydirsə, deməli o daha keyfiyyətli verilişlərin dadını bilir.
Bu günlərdə maraqlı bir xəbər eşitdim. Tanışlarımdan biri həmişə oxuduğu rus qəzetlərinin yoxa çıxmasından narahat olub. Qəzet satan etiraf edib ki, rus kanallarını bağlayandan sonra rus qəzetlərinin nəinki təzə, hətta köhnə nömrələrini da alıb aparırlar. Bu o deməkdir ki, azad saydığımız ölkədə kiminsə, özü də rus olmayan vətəndaşının azadlığı məhdudlaşdırılıb.
Peyk antennalarının quraşdırılması hamının cibinə uyğun deyil. Amma antennaları olanlar arsında da «ujas» xəbər kimi bir şaiyə dolaşmaqdadır. Deyirlər evləri gəzib antenna sahiblərindən rus kanallarına baxmaqçün lesenziya istəyəcəklər. Olmasa onu da kəsib atacaqlar. Sonuncu ip ucunu itirmək qorxusu olmasaydı şaiyə də yaranmazdı. Qorxan gözə çöp düşər deyərlər. Görək hələ başımıza nələr gələcək?!.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?