Real uydurmalar
Yiyəsiz qalmış personajlar nağıla çevrilir


Uşaqlıqda biz inanırdıq ki, nağıl personajları əslində olublar. Nəinki, olub, hətta sadalanan qəhrəmanlıqları ediblər ki, nağıllara düşüblər. Sonralar biz böyüdük və anladıq ki, hamısı uydurmadır. Nağıllar yazı masasında, ağ kağızda ən adi qələmlə yazılır. Onda marağımızı itirdik. Nağıl yarada bilmədiyimizi etiraf etməsək də hər nağıl eşidəndə, uzaqbaşı dodağımız qaçır. Nağılların «Uydurmadır» deyib hamısının üstündən xətt çəkəndə heç kim düşünmədi ki, bu personajların çoxu həyatda da olublar. Nağıllar yiyəsiz qalaraq sonradan xalqın malına çevrilib və qəhrəmanların kimliyi unudulub.
Buratino haqqında nağıldakı Duremar əslində həyatda da olub. Jak Bulemard adlı fransız həkimi 19-cü əsrin sonralırda Moskvada çox məşhur idi. Bu ekzotik şəxsiyyət zamanında lətifə və zarafatlar üçün çoxlu bəhanələr verirdi. O, zəli ilə müalicəni çox sevir və zəlidən qorxanları inandrmaq üçün öz üzərində təcrübələr göstərirdi. Zəliləri özü tuturdu və ona görə də ağcaqanadlardan qorunmaq üçün uzun ləbbadə geyərdi. Rus uşaqları fransız familini dəyişdirib Duremar kimi deyərək onu ələ salırdılar. Bir suyu Pinokkioya oxşayan Buratino haqqında film çəkiləndə bu obraz ora əlavə edildi.
Robin Qud adında da personaj olub. Amma Robin varlılardan qopardığı pulları kasıblara vermirdi. O, adi soyğunçu idi. Şahzadə Merilin də onu maraqlandırmırdı. Çünki əvvəla o, şahzadə deyil, çoban qız idi. İkincisi, yəqin ki, ən vacibi o idi ki, Robin müasirlərinin dediklərinə görə homoseksual idi və nə şahzadələrə, nə də çoban qızlara baxırdı. Robin Qud əfsanəsində onun yanında olan daha bir obraz, monax Tuk ata əslində Robin Quddan yüz il sonra yaşayıb. Xalq sevimli personajlarının birlikdə olmasını istəyərək onları bir əfsanəyə salıb.
Əlinə kitab alıb macəralar oxuyan uşaqların beyinlərinə hakim kəsilmiş «Xəzinələr adası» da əslində olub. Kubaya məxsus olan Karib dənizində yerləşən bu adalar elə də adlanır. Adanın xəritəsini götürüb Pinos adası ilə müqayişə etsək böyük uyğunluqlar taparıq. «Batmış cəmilər adası» da əslində var. Yeni Şotlandiya yarımadasının şərq sahilləri boyunca Seybl adası var. Bu ada 10 ildə 20 kilometr sürətiylə hərəkət edir. Bu xasiyyətinə görə dənizçilər onu «Məhv olmuş gəmilər adası» adlandırır. Burda dayazlığa düşmüş gəminin məhv olması qaçılmazdır. Çünki qarşı-qarşıya axan iki cərəyanın burulğanı gəmini özünə çəkib bataqlıqdakı kimi buraxmır. 100 il ərzində burda 500-dən artıq cəmi batıb qalıb.
7 qnomun evində xanımlıq edən Ağca xanım da əslində olub. 1553-cü ildə qerman qrafı Filippin xanımı doğuş zamanı vəfat edir. Doğulan qızın adını Marqaret qoyurlar. Qraf ikinci dəfə evlənir. Analığı həqiqətən də qızı zəhərləyir. Amma ona zəhərli alma yox, su baldırğanı dəmləməsini verir. Amma şüşə tabutda uzanmış Ağca xanımı nağıldakı kimi şahzadənin öpüşü oyada bilmir. Qatil analıq isə qızı öldürdüyünə görə türmədə çürüyür. 7 qnoma gəlincə onların da real olduğunu deyirlər. Mif və nağılların tarixini araşdıran professor Zanderin bu yaxınlarda çap olunmuş tədqiqatında deyilr ki, çox balaca boylu şaxta işsiləri barədə danışırlarmış. O, kitabında bunu sübuta yetirən sənədlər nümayiş edib. Balacaboy işçilər Qessen şaxtalarında işləyirmişlər.
Qaniçən Drakulanın da real prototipi olub. Drakulanın yaradıcısı yazıçı Brem Stoker əslində real hadisələri təsvir edirdi. Vlad Yepinış adlı qraf 15-ci əsrdə Unqrovlaxiliyada yaşayırdı. Amma o, qəddarlığı ilə ad çıxarsa da hərfi mənada qan içmirdi.
Daha bir qatil, Otello da real personajdı. Maurisio Otello adında italyan olub. O, 16-cı əsrdə balkanlarda gedən müharibədə Venesiya qoşunlarına başçılıq edib. Şekspir onun qısaldırılmış adını Mauronu mavr sözü ilə qarışdıraraq əsərində onu qaradərili həbəş kimi verib. Amma əhvalatın qalan detallarını eşitdiyi kimi qələmə alıb.
Arvadlarını öldürməklə ad çıxarmış Göy Saqqal isə əslində onları öldürmək fikrində olmayıb. Bu obrazın prototipi fransız marşalı Jil de Re olub. Onun çoxlu yox, cəmi bir arvadı olub, o da ərindən sonra bir xeyli yaşayıb. Marşalın pis reputasiyası apardığı əlkimya təcrübələrindən qidalanır. O, təcrübələr apararkən qəribə qurban ritualları icra edirdi ki, bu da camaatda vahimə yaradırdı. Amma onun məqsədi qızıl almaq idi. Adını bəddam etsə də de Ri qızıl əldə edə bilmədi, borca düşdü. Borc aldığı kreditorlar ondan şikayət edəndən sonra inkvizisiya işə qarışaraq Göy Saqqalı təbbi ki, edam etdilər. Yerdə qalan işi, yəni bədbəxt de Riyə arvadların qatili böhtanını yapmaq vəzifəsini xalq öz üzərinə götürdü.
Xalqın yaradıcı potensialı belə əfsanələrdə çox aydın görünür. Kim bilir, bəlkə bir az sonra hökümətin qorxusudan həbs etdirdiyi jurnalist, ya da villalarda yatan ağlagəlməz xəzinələr, ya da şərlənmiş, varidatı əlindən alınmış adamlar prototipə çevrildi və yeni nağıllar yaratdı?

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?