Yatmayan elita
Yuxular sənə Əbədiyyatdan danışır…


«Sirrlər» qapını döyərkən sən yuxuda olursan…


Bayır soyuq. Yaz gəlmək bilmir. Qaz plitəsinin üstündəki dəmir sızıldayır və otağı yavaş-yavaş qızdırır. Yuxu haqqında fikirlər artıq köşənin ərazisini zəbt eləyib. Yuxudan yaxmaqdan başqa çarə qalmayıb.
Deyirlər Yer kürəsinin də özəyi valaylayır. Yəqin onun da yuxusu var. Yazığın başını qoymağa yeri də yoxdu. Bir saniəlik dayansa üstündə addımlayan insanlar qiyyə çəkib çığıraşacaq və o saat Allahı dəng eləcəyəklər. Odur ki, fırlanır. Alimlər duyuq düşüb deyir ki, kürəmizin oxunu dəyişmək fikri var. İnsan dilinə çevirsək elə bil ki, o biri böyrü üstə çevriləcək. Neynək, yəqin bir qırağında cərəyanlar yaxşı işləmir, onu qıdıqlayır. Çevriləcək, üstündəki zir-zibilini silkələyib başını balışın o biri tərəfinə qoyub yəqin ardını yatmaqda davam edəcək. Yəni ki, fırlanmağında olacaq.
Deyirlər ki, insanlar arasında da yatmayan bir elita təbəqəsi var. Onlara 4-5 saat bəs eləyir ki, özünü adam kimi hiss etsin. Somnoloqlar deyir ki, özünü yaxşı hiss etməyə adama 7 saat yuxu yatmaq bəsdi. Bir qədər az, bir qədər çox yatmaq erkən ölümlə nəticələnir. Yuxulu adamlar üstündə təcrübələr 1985-c ildən bəri aparılır. 10308 ingilisin yuxusuna girişmiş Fransisko Kappusio anlayıb ki, 8 saatdan artıq yatsan növbəti 11-17 ildə Əzrayılın sizin qapınızı döyəcəyi ehtmalı 2 dəfə artır. Ölməsəz sağ qalsaz çəkini artıra, təzyiqinizi yüksəldə, hətta şəkər xəstəsi də ola bilərsiz. 5 saatdan az yatan adamınsa ürək-damar sistemi bu sayıqlığa dözməyəcək. Belə çıxır ki, «8 saat yat, 8 saat işlə, 8 saat istirahət et» şüarının illər boyu gözümüzə soxan alimlərin gərək yuxusuna qənim çıxıq. Bir bağlama xəstəlik yaradan həm yatağanlıq və həm də yuxusuzluq adamın axırına çıxacaq. Ortabab 7 saat üzərində dayanmağımız lazım.
İşi peşəsi onun-bunun yuxusunda eşələnmək olan alimlər indi deyir ki, xeyir ha, 4-5 saat yatmaqla da keçinmək olar. Amma bu sıravi vətəndaşların işi deyil, elitanın qisməti və həyat tərzidi. Onlar belə insanları öz aralarında, bir növ zarafat kimi «yatmayan elita» adlandırır. Yatmayan elitanın sirri nədə olar görən? Təcrübəni Koliforniyalı ana və qız üzərində aparıblar. Həmin ailədə gecə yarıdan çox kemiş yerinə girib sübh tezdən oyanmaq adi haldı. Nə kofe içirlər, nə əzilmiş pomidor kimi gəzir, nə də əsəbi olub ətrafdakıları it kimi qapırlar. Bu qadınların DNT analizi göstərib ki, hDEC2 genində mutasiya baş verib. Həmin bu genin izinə düşüb axtarıblar və nəticədə məlum olub ki, hər 100 nəfərdən 1-3 nəfərdə bu mutasiya var. Yuxumun gözümdən tökülməyindən bildim ki, mən mutant deyiləm. Siz özünüz bilərsiz.
Napoleon Bonapart yuxunu lazımsız bir iş sayardı. Özü də deyirdi: «Napoleon 4 saat, qocalar 5 saat, əsgərlər 6 saat, qadınlar 7 saat, kişilər 8 saat yatır. Yalnız xəstələr 9 saat yata bilər». Klivlend Universitetinin alimləri hardansa dartıb bir sənəd çıxarıblar ki, guya fransız sərkərdəsi yalnız gənc qızlara doyunca yatmağı məsləhət bilərdi. Qadın üzrə mütəxəssis sayıla biləcək Napoleon uzun illərin müşahidəsi nəticəsində qadına 8 saatlıq yuxunun çox vacib olduğunu deyib.
Qay Yuli Sezar sutkada 2-4 saat yatardı. Hərbi yürüşlərdə o, əsgərlərlə bərabər açıq hava altında yatmaqdan çəkinməzdi. «Dəmir ledi» ləğəbi ilə tanınan Marqeret Tetçer də sutkada 5 saatdan az yatırdı. Dediklərindən: «Mən heç vaxt 4-5 saatdan artıq yatmamışam. Başqa cür ola da bilməz, çünki mənim həyatın mənim işimdir. Bəzi insanlar işləyir ki, yaşaya bilsin. Mənsə yaşayıram ki, işləyə bilim. Bəzən cəmi saat yarımlıq yuxu yatıram. Yuxunu qurban verirəm ki, səhərisi gün başımda abırlı saç düzümü olsun».
Leonardo da Vinçi yuxusuna haram qatırdı ki, ilham pərisini tuta bilsin. Bildiyiniz kimi ilhəm pəriləri nədənsə gecələr gəlir. Bəlkə də beyinin iş qabliyyəti gecələr 6-10 dəfə artdığındandı. Leonardo iş gününü elə bölüşdürmüşdü ki, cəmi 2-4 saatı yatır, qalan vaxtını yardıcılığa sərf edirdi. İlham pərisini tutmaq üçün yuxusunu da bir neçə hissəyə bölürdü. Yəni 15 dəqiqə yatır, 4 saat işləyirdi. Sonra yenə də qısa bir mürgüləmə. Bu rejimdə illər uzunu işləsə də sağlamlığına ciddi zərər vurmamışdı. Salvador Dali də yatmaqdan qorxurdu. Çünki rəsm çəkmək ehtirası rahat buraxmırdı. Rəssam yanında metal məcməyi qoyurdu və iki barmağı arasında dəmir qaşığı elə tuturdu ki, sürüşsə məcməyinin üstünə düşsün. Yuxu güc gələn kimi qaşıq düşüb danqıldayır və onu oyadırdı. Amma qaşıq əlindən düşənəcən yatdığı zaman bəs edirdi ki, tam qüvvəsilə yenidən işinə girişsin.
Tomas Edison da güclü yatan deyildi. İndi ona görə milyonlarla insanlar da yata bilmir. Şam işığında, nöyüt lampasının közərtisində insanlar 10 saatdan artıq yatırdı. Yuxusu qaçmış Tomas Edison elektrik lampanı kəşf edəndən sonra hamının yuxusu qaçdı və 7 saata qədər azaldı. Uinston Çörçil də gecə 3-də yerinə girib səhər 7-yə qədər cəmi 4 saat yatırdı. Amma nahardan sonrakı bir saatlıq mürgüləməsini pozmağı heç kimə icazə vermirdi.
İndi bundan sonra utanıram yazam ki, yenə də yuxum gəlir. Eybi yox, mən elitadan olmasam da olar…

 


 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?