Padşahlar nağıl bağışlar
Deyirlər «Bəy verən atın dişinə baxmazlar»


Günlərin bir günü kraliçə Viktoriya dilini dinc saxlaya bilməyib belə demişdi: «Allah eləməsin, öləndən sonra da cəhənnəmdə də diplomatiya ilə məşğul olum!». Həqiqətən də diplomatiya asan iş deyil. Yaxşı diplomat olmaq üçün yəqin bir neçə nəsil təmkinli, ağıllı, savadlı, ağzının danışığını bilən, oturuşunu-duruşunu və s. atributları vertuozcasına bacaran adamların bir-birini əvəzləməsi lazımdı. Yoxsa kimsə, nə vaxtsa ağzından bir quş qaçıracaq və onun səhvinə görə bütün millət biabır olacaq. Diplomatiyanın ən ləzzətli bir hissəsi hədiyyə vermək bacarığıdır. Bu hədiyyə məsələsi hətta nağıllarda, əfsanələrdə də yer alıb. Görürsən ki, bir padşah o birinə görünməyən gözəllikdə bir ləl-cəvahirat göndərir. Bu addımın sətiraltı məqamı odur ki, onun möhkəmcə işi düşüb, ya da lap dəqiqi, işi fırıqdı.
Çarlar və krallar arasında hədiyyə vermək mərasimi adətən siyasi xarakter daşıyır. Qonşularını müttəfiqliyə meyl etdirmək üçün hakimlər ən çətin, hətta kritik vəziyyətlərdə silaha yox, hədiyyəyə əl atırdılar. Hədiyyə isə çox maraqlı, heyrətamiz olmalı idi ki, işi düzəlsin. Məsələn, Moskva ilk dəfə şirləri İvan Qrozdnı zamanında görüb. Şirləri ingilis kraliçəsi Yelizaveta pəşkeş eləmişdi. Çar şirlərini Kremlin divarları yanında olan xəndəkdə saxlamağı əmr etmişdi. Yəqin ki, moskvalılar ora toplaşıb şir nəriltisi gələn çalaya boylanmağa çalışanda orda ingilis kralçəsi barədə deyil, şir qədər vahiməli olan çarları barədə fikirləşirdilər. Uzaq ölkələrin heyvanı sayılan fili də ruslara hədiyyə ediblər. Hindistan filini Rusiyaya fars şahı bağışlamışdı. O, bu hədiyyəsiylə Rusiyanı Osmanlı imperiyasıyla müharibəyə qatmaq, yəni ki, saqqızını oğurlamaq istəyirmiş. Moskvada filin arxasıyca o qədər avara-uvara ağzını ayırıb gəzirdi ki. Amma buna baxmayaraq fars şahının planları puça çıxdı. Çünki gözlənilmədən filin çarvadarı, yəni yeməyini-içməyini, yaşamını bilən adam başını yerə qoyub ölür. Ondan başqa filin dilini heç kim bilmədiyindən, onun nə yediyini, nə içdiyini heç yuxusunda da görə bilməyən ruslar fili göz görə-görə ölməyə imkan verdilər.
Belə məsələlərdə ruslar özləri də xam deyildi. Moskvallar Avropaya tundrada tutduqlar qızılquşları, şahinləri, şunqar quşlarını gətirirdilər. Çünki bu quşlar ən yaxşı ov quşları sayılırdı. Britaniya və Almaniyada rusların qızılquşları yüksək qiymətləndirilir və dəyərli hədiyyə sayılırdı. Xəz dəri də ənənnəvi şah hədiyyələrindən sayılırdı. Baxmayaraq ki, heyvanların müdafiə cəmiyyətləri bütün dünyada etiraz aksiyaları təşkil edir, xəz dəri şubaları hələ də padşaha layiq hədiyə olaraq qalır. Keçmişdə diplomatik danışıqlara gəlmiş səfirin bəxti gətirsəydi çar öz çiynindəki arxalığı çxarıb onun üstünə ata bilərdi. Amma bəxti gətirməyəni daha çox olurdu. Onlar geriyə salamat qaydanda sevinirdilər.
Vaxt vardı, Bri pendirinə padşahların hədiyyəsi deyirdilər. Çünki üstü ağ kiflə örtülmüş bu pendiri imperatorların əksəriyyəti dünyada ən ləziz yemək sayırdı. 14-cü Lüdovik bu pendirin badına getmişdi. Çünki inqilabçılardan qaçarkən bir yerdə ayaq saxlamışdı ki, sonuncu dəfə bu pendirin dadına baxsın. Onu pendir yeyərkən yaxalamışdılar. Fransız inqilabına qədər Bri pendiri ən qiymətli hədiyyə idi. İnqilabdan sonra xalq bu pendirin dadına baxa bildi və kralların pendirini pendirlərin kralı adlandırdı. Çay da diplomatik hədiyyə sayılırdı. Bütün bünyadan, çaysevər ingilislərdən də əvvəl çay monqol xanlarının sevimli içkisi və bəytərifli hədiyyəsi idi.
Bəzən üzü gündoğandan bəri maraqlı hədiyyədlər gəlirdi. Şərqlilər başqa dövlət hökmdarlarına qızıl balıqlar pəşkeş edərdi. Bu balıqları çinlilərdən başqa heç kim yetişdirə bilmirdi. Hədiyyənin üstündə gəlmiş məktubda deyilirdi ki, balıqları yemləmək lazım deyil, onlar günəş və su ilə qidalanır. Təbii ki, yeni akarimunda «hədiyyələr» tezlikl ölürdü.
Verilən hədiyyələr həmişə yerinə düşmür. Məsələn, şotland səfiri ingilis hökmdarına Parfenondan götürülmüş 12 mərmər fiqur bağışlayanda ingilislər antik Akropolun qarət edilməsindən lap hiddətə gəlmişdilər. Bir dəfə Çin naziri Avropa səfirlərindən birinin evinə gedəndə o ev sahibinin spaniel cinsli itlərini çox bəyənmişdi. Onun marağını nəzərə alan səfir çinli nazirə 2 küçük hədiyyə göndərir. Növbəti görüşündə hədiyyəni bəyənib bəyənmədiyini soruşanda «Sağolun, onlar çox dadlı idi» cavabını eşidir.
İngilislər silah, türklər cins atlar baxışlamağı sevərdi. İrandan yüz metrlərlə əldə toxunmuş parça göndərilərdi. İndi dünyada padşahların bir-birin etdiyi hədiyyləri toplayıb sərgi şəlində dünyanı gəzdirmək bədi də var. Ona görə də rus çarlarının aldığı hədiyyələr, ingilis kraliçəsinin aldığı və verdiyi hədiyyələri muzeylərdə görmək mümkündür.
İndi padşahlar titul bağışlayır, orden, medallar və fəxri adlar verirlər. Bir də ki, padşahlar nağıllar bağışlayır. Rəngli qutuya baxıb görürsən ki, padşahlar necə yaşayır, haralara gedir, necə dolanır. Bu da olur kasıbın həm nağılı, həm də hədiyyəsi. Göydən üç alma düşdü. Biri nağıl deyənin, o biri dinləyənin… Yox belə alınmaz. «Gətir bıçağı, kəs almanı dilim-dilim». Qoy bu nağıldan hamıya çatsın.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?