30
+
Kişilər karyeranın, qadınlarsa əldən getmiş sevginin peşmanlığnı
çəkər
Mənim atam ad günlərini keçirməyi çox sevir. 60 illik yubileyin miqyası
onu o qədər razı salır ki, qohumlara növbəti 10 ildə 60 illik yubileyi
davam etdirəcəyini elan etdi. 70 illik yubiley öz adıyla adlandırıldı
və sonrakılar yenə də 70 iliyin proyeksiyası kimi davam etdirildi. Biz
atıq 4 ildir ki, atama 70 illik yubiley düzənləyirik. Əslində çoxumuz
bizi razı salan müəyyən yaşda oturuşub qalmağı istəyirik. Kişilər və
qadınlar təxminən 30 yaşı həddində qəribə də olsa razılığı gəlirlər.
Yəni 30 yaş elə zamandı ki, hələ ki, cavansan, amma artıq ağıllanmısan
və həyatın həqiqi dəyərini verə bilirsən.
30 yaşın həqiqi dəyərini onu adlamışlar daha yaxşı anlar. Ona görə də
bu həyatın mənası barədə sualları əlamətdar dövrü arxada qoyunlardan
soruşarlar. Görəsən 30 yaşı keçmiş insan nəyə görə təssüf hissi keçirər,
niyə dəyişdirərdi? Yaşadığın illər artdıqca elə bil ki, təssüf hissləri,
peşmançılıq da artır. Rahatlıq, özündən razılıq hissləri nadir halda
keçirilir. Bizim kimi özünə, üstəlik başqalarına da sual verən alimlər
deyir ki, əslində bu belə deyil. Özündən narazılıq, keçmişə görə peşmanlıq
hissləri orta yaşın xasiyyətidir. Yaşın üstünə yaş gəldikcə, insanın
həyat təcrübəsi artdıqca nəinki özünün, başqalarının da səhvini xəncəl-qılıncla
sərt qarşılamır. Yaşlılar cavanlıq səhvlərini nisbətən sakit və başa
düşərək qarşılayrlar. Yəni ki, çətini orta yaşı adlamaqdı. Ondan sonra
rahatlıq, razılıq və yəqin ki, xatirələr dövrü gələcək.
Görəsən xatirələr dövründə insan nəyə görə peşmanlıq çəkə bilər? Küçələrə
düşüb sorğu aparmaqdansa alimlərin aldığı nəticələrə arxalanmaq daha
məqsədə uyğun olar. Aparılan sorğular deyir ki, 30-u adlamış kişilərin
34 faizi karyera qurmaq imkanını buraxdığından peşmandır. Yəni kişi
üçün karyera hər şeydən önəmlidir və sorğularda ən başda duran səbəblərdən
biridir. Qadınların cəmi 27 faizi karyerasına görə narahatdı. Amma qadınların
içini yeyən bir səbəb də var ki, qalanlarını kölgədə qoyur. Qadınların
44 faizi əldən verilmiş sevgi barədə peşmandır. Sözarası deyək ki, kişilərin
cəmi 19 faizi ürəyiyumşaqdır və sevgi barədə düşünməyə macal tapır.
Bu peşmanlıq məqamında ən qəribəsi odur ki, biz atmadığımız, cəsarət
etmədiyimiz barədə düşünürük, nakam arzuların ürəyimizdə buraxdığı izləri
əzizləyirik. Amma əksəriyyəti elədiyi, amma sonradan səhv qiymətləndirilmiş
addımının peşmanlığını çəkməyi sevmir. Psixoloqlar deyir ki, 30 + yaşı
kateqoriyasının adamlarının əldən buraxdığı imkanlar, sevgi və sair
nakam arzıları onun sonrakı həyatında özünə verdiyi dəyərdə əsas rol
oynayır. Bunu hələ ki, 30 – yaşında olanlar qulağında sırğa eləsə yaxşı
olar.
Hər şeyin öz zaman var deyən atalar nədənsə demir ki, əsil sevgi də
40-dan sonra gəlir. Elə bil ki, azərbaycanlıların 40-dan sonra sevməyə
yolları bağlanıb. Əlbbəttə, bu yaşacan adamın evi, ailəsi, nəsil qarşısında
daşınmaz ağır qayğıları, ağır məişət yükü olur. Çünki 40 yaşlı qadın
(eləcə də kişi) bilir ki, sevgini sübut eləməzlər, sübut eləməyə ehtiyac
varsa bu artıq sevgi deyil. 40-dan sonra sevən adam sevgisini müəyyən
qism heceyrələriylə deyil bədənin hər hüceyrəsiylə duyur. Bu yeni mərhələdi
və komplekslər səni narahat etmir. Bioloji saat sonun yaxında olmasını
desə də insan özünü başqa cür aparır.
Deyən lazım, əgər karyera əldən gedibsə onun fikrini çəkməyin yeri varmı?.
Ya da güzgü hər gün qırışlarının sayı barədə gün-gündən artan yanar
xəbərlər verirsə sevgidən nə danışasan? Bəli, bu belədi. Amma imkanını
reallaşdırmamış kişiyə və qocalmaqda olan qadına siz heç nəyi sübut
edə bilməzsiz…