Yuxu muzeyinə səyahət


Peterburqda Ziqmund Freyd adına yuxu muzeyi var. O, Şərqi Avropa Psixoanaliz İnstitutunun binasında yerləşir. Girişdə «Yuxu görmə sənəti» tipli müxtəlif braşürlər alıb yuxuların sirrinə baş vurmaq da olar. Otaqlar keçən əsrin Vyana şəraitini imitasiya edir və xoş ovqat aşılayır. Otağın məzmünü bioqrafikdir. Köhnə mebel, dəbdən düşmüş əşyalar elə bil ki, hardasa, nəsə bir sirrin olduğunu qulağına pıçıldamaq istəyir. Lap psixoanaliz ruhunda. Divarda Bel Vyu otelinin fotoqrafiyası asılıb. Bu fotoda Freydin məktubundan sitat gətirilib: «Bir dəfə bu binaya girərkən girişdə mərmər lövhədə oxumaq olacaq: 24 iyul, 1895-ci il. Həmən gün Ziqmun Freydə yuxuların sirri agah olub».
Sonrakı otaqda Yuxu Zalı adlanan yerdə tamaşaçı iki sıra güzgülərin arasından keçməli olur. Buna yuxu ekranı deyirlər. Yuxu ekranı elə qurulub ki, qurudulmuş herbari vərəqlərindən, yazı qırıqlarından, qədim fotolardan ibarət obrazlar gah əmələ gəlib, gah da yoxa çıxır. Bəzi laylar nazik kağıza yapışdırıldığından o qədər şəffafdır ki, həqiqətən də yuxudakı kimi görünür.Tamaşaçı irəlilədikcə güzgülərdə müxtəlif obrazlar yaranır və yoxa çıxır və onları görməkçün gah sağa, gah da sola boylanmalı olursan. Biz inanırıq ki, güzgülər gördüklərini heç vaxt unutmur, lap yuxular kimi. Bu zala təklikdə girməyi məsləhət bilirlər. Çünki əslində tamaşaçı Yuxu Zalında hər dəfə öz-özünü görür. Güzgülərdə öz simasını ötəri gördükcə kənardan verilən obrazlardan hansısa biri ona mərhəm gəlir və yaddaşına ilişib qalır. Onun şüuraltısı verilən oğrazlardan onun öz portretini yapa bilər. Burda gəzişəndə fikirlər yaş yarpaq kimi insanın şüuruna yapışıb qalır: «Şüuraltında heç nəyi sonacan çatdırmaq olmur, burda heç nə keçib getmir, heç nə də unudulmur…». Bəlkə ona görə də öz yuxularımızı yozanda da həmişə elə məqam qalır ki, onu nə yozmaq, nə də unutmaq olur. Təkcə yuxulurda bir dəfə itirdiyin yenidən sənə qayıda bilir. İtirdiyin insanlar, əldən getmiş uşaqlıq, sevdyin obrazlar, qoxular, rənglər və səslər…
Elementlərin cədvəli Mendeleyevin yuxusuna gələndə yəqin ki, o, caşqınlıqla oyanıb bunun öz fikri olub-olmadığını götür-qoy eləmişdi. Fiziologiya üzrə Nobel mükafatçısı Otto Levi tapıntısını bir neçə gecə dalbadal görmüşdü. Gecə durub gördüklərini yazmasaydı yəqin ki, səhərə hamısını unudacaqdı. 17 il əvvəl dilinə gətirdiyi hipotezin sübutu ona yuxuda kino kimi göstərilmişdi. Səhəri durub onu təkrar etmək qalırdı.
Biz yorulduğumuza görə yatmırıq, biz qeybdən informasiya və qüvvə almaq üçün gözümüzü yumuruq. Yuxu elə bir yerdi ki, bədənin oturub gələcəyi fikirləşməyə imkanı olur. Yuxuda alınan informasiyanın həcmini anlamaq üçün müqayisə edək. Dünyanın bütün kitabxanalarını , muzeylərini, elmi tədqiqat institutlarını götürsək və onların əldə etdiyi informasiyanı 1-2 saniyə həcminə qədər sıxsaq yuxuların nədən danışdığını bilərik. Bu yuxular adi adamda ildə 1-2 dəfə verilsə də insanı çox şeylərə öyrədə bilir. Verilən informasiya 5 saatın 1 saniyəyə qədər sıxılması rejimində gedir və onun təkrarı gündəlikdir. Biz yatarkən beynimiz həmin bu sıxılmış informasiyanı söz dilinə çevirir. İnsan 1 yaşından yuxu görür. Aldığı informasiyanın tam qavranılmasına ona 2000 il lazımdı. Bəlkə insana 2 min il yaşamaq şansı da verilib?
Müasir insan yuxusunu itirib. Dünyanın yarıdan çoxu yuxusuzluqdan əziyyət çəkir. Şəhər sakinlərinin yalnız 3 faizi ehtiyacı ödəniləcək dərəcədə yatır. Hər 3 britaniyalıdan biri hər gecə yuxusunda qoyunları sayır. Yaşına görə daş kimi yatmalı olan yeniyetmələrin də yuxusu yoxdur. Yuxu yoxdursa ali aləmlərlə əlaqən də yoxdu demək. Ona görə də enerjinin qaba formasını yeməkdən alıb mayalı xəmir kimi şişəcəksən.
Yatdığın otaq «sirrlər otağı»dır. Burada Gələcək səninlə söhbətləşir, özü də hər gecə. Yuxu bütün dillərdə danışmaq imkanıdır. İnsana hər şey verilib. Bədən, güc, emosiyalar, şüur, əbədiyyətə qovuşmaq imkanı… Əbədiyyət barədə bilmədiklərini yuxulardan soruş.
Yuxu barədə bildiklərimiz yuxunun özü qədər şəffafdır. Tüpürcəklə qapıya yapışdırılmış vərəqi yellər əsəndə qoparıb uçurduğu kimi əlimizdən uçub gedə bilər. Sonra orda nə yazıldığını ömrü boyu xatırlamalı olacaqsan…
P. S. Tərs kimi neçə gündü yuxularım bomboşdur. Ya da səhərə heç nə xatırlamıram. Yoxsa öz təcrübəmdən də bir-iki cümlə yazardım.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?