Giriş
azaddır
Dünən muzeylər günündə muzeylərə getdinizmi? Altdan üstlən yaraqlanıb,
balağınızı əlinizə alıb şəhərin muzeylərini əldən-ayaqdan saldınızmı?
Axı həmən gün bütün dünyanın muzeyləri qapılarını hamının üzünə havayı
açır. Deyərsiz ki, guya muzeyin qiyməti ora ayaq basmağa mane olur,
yoxsa ki, qapısında uzuuuuun bir növbə yığılarmış.
Bəs 14-dən 15-nə keçən gecə muzey gecəsində nə edirdiz? Həmən gecə bütün
dünya muzeyləri yenə də qapılarını taybatay açıb qonaq gözləyirdi. Həmən
gecə Facebookda söhbətləşirdiz? Başımız ayılsaydı bəlkə miloslu Veneranın
qollarını tapardıq, ya da Cakondanın təbəssümünün sirrini açardıq, ya
da bəd ayaqda Mircavadın arabasına minib «Köç» edərdik…
Deməyin ki, muzey və sərgi məsələsi o qədər də vacib deyil. Belə olsaydı
informasiya agentlikləri Tehranın Luvr muzeyi ilə münasibəti qırmasından
gen-bol yazmazdı. Luvr öz fondunda olan fars mədəni abidələri Tehrana
gətirməyi öhdəsinə götürmüşdü. Tehran öz öhdəçiliyinə əməl edib muzeylərindən
eksponatları Parisə göndərmişdi. Luvrun davranışına rəsmi Tehran belə
reaksiya vermişdi: «Biz istəmirik ki, Avropa ölkələri bizə yuxarıdan
aşağı baxsınlar, xüsusilə də mədəniyyət sahəsində». Bu, İranın ilk inciklik
aksiyası deyil. Keçən il «İnsan hüqqularının ən qədim deklorasiyası»
adı altında tanınan Kir çarının silindrini Britaniya muzeyi Tehrandakı
sərgiyə gətirməkdən imtina etmişdi. Dünya muzeyləri bu ölkəyə etibar
etmir və öhdəçiliklərini həvəssiz icra edirlər. Tehran küsməsə, inciməsə,
fırr eləiyb getmək fikrini bildirməsə heç kim bu ölkəyə öz eksponatlarını
göndərmək istəmir.
Öz aramızdı, muzeylər eksponatların başına çox oyun gətirir. Yazıq Misir
fironlarını qəbirdə yatmağa qoymadıqları bir yana, onlara muzeydə də
rahatlıq vermirlər. Bir qrup kardioloqlar 52 mumiyanı kompüter tomoqrafiyasından
keçirib onlara diaqnoz da qoyublar. Hələ o vaxtlar da stenokardiya,
miokard infarktı, ürək çatışmamazlığı kimi müasir xəstəliklər onlarda
da varmış. İndi bilinmir ki, onlar da bizim kimi yağlı yeyib, avtomobildə
gəzdiyimiz üçün az hərəkət edib piyləndiyimizdən, atmosferin çirkli
olduğundan, ya da siqaret çəkdiyimiz üçün əsas matoru sıradan çıxarıblar?
Deyəcəksiz ki, muzeylər varlıların əyləncəsidir. Yalnız onlar milyonlarla
qiymətləndirilmiş sənət abidələrini ala bilirlər, bizə nə? Deyim ki,
zaman dəyişib. İndi varlılar daha rəsm əsərləri almır. İndi onlar axirət
gününün yaxınlaşdığından qorxub bunkerlər tikdirirlər. Bunker tikməklə
məşğul olan firma deyir ki, onlar aya bir bunker sata biləndə sevinirdilər.
İndi həftəyə 4-5 bunker alınır. Bunkerlər fərdi yaşayış üçün də, kollektiv
üçün də nəzərdə tutula bilər. Nebraskodakı bunkerdə mənzil kirayələmək
25 min dollaradır. Fərdi bunkerlər isə bahadır, orta hesabla 3 milyona
başa gəlir.
Muzeydə işləmək yəqin ki, dünyanın ən təhlükəsiz peşələrindən biridir.
Mühəfizə sistemləri, hər yerdə kameralar və s. əsərləri insanlardan
betər qoruya bilir. Gərək biləsən ki, nəyi qoruyursan. Muzey işçiləri
arasında yəqin ki, ölüm halları çox cüzi miqdarda olar. Amma hər il
yüzlərlə jurnalist həlak olur. Çünki nəyi qorumalı olduqlarını hələ
ki, yaxşıca dəqiqləşdirməyiblər. Keçən il dünya üzrə 102 jurnalist peşəsinin
qurbanı olub.
Muzeylər günündə muzeyə mən də gedə bilmədim. Çünki köşə yazmalıydım.
Evdən çıxmadan insanları maafləndirməliydim. Onsuz da Google-da dünya
şedevrlərini evdən çıxmadan seyr etmək imkanı var. Google Art Project
dünyanın 17 muzeyini virtual səyahətçilər üçün açıb. Bu, 9 ölkənin 17
muzeyi, 385 sərgi salonu, 400 rəssamın işi və 1060 rəsmin yüksək keyfiyyətdə
evdən çıxmadan seyr edilmsi deməkdir. İndi interneti olan hər kəs Metropoliten
muzeyini, Tretyakos qalereyasını, Teyt və Ermitajı kreslodan qalxmadan
gəzə biləcək. Maraqlısı odur ki, muzeyin içində gəzişəndə hər şey reallığı
yaxındır. Yəni ki, kameranı çevirib muzeyin içini də, gözətçiləri də
görə bilərsən. Rəsmə yaxından, istəsən uzaqda da baxa bilərsən. Deyilənə
görə bu layahə Google işçilərinin təşəbbüsü ilə ilyarım əvvəl yaranıb.
Kompaniya öz işçilərinə iş vaxtının beşdə birini kənar işlərə sərf etməyə
icazə verib. Ona görə də ağır işdən başını ayırmaq üçün sənətsevərlər
bir qrup halında birləşib incəsənəti həqiqətən xalqa verə biləcək layihəni
reallaşdırmağa başlayıblar. Avadanlıq əllərinin altında, həvəs də ki,
başdan yuxarı. Bundan əvvəl də dünya muzeyləri kolleksiyaları İnternetə
qoymuşdular. Amma Google Art layihəsi reallığa o qədər yaxındır ki,
zalda gəzişmək imkanı ilə insanların dünya muzeylərini gəzmək istəyini
reallaşdıra bilib. Rəsmlərə gecə rejimində də baxmaq olar. Amma virtual
dünya muzeyləri sırasında bizim muzeylərin adını görmədim. Ona görə
də muzeyə getməyə imkanınız çatmırsa gələn ilin mayın 18-ni ötürməyin.