Bizim
«Cibiş» müəllim!
Yeni dərs ilinin başlanmağına nə qalıb? 10-15 günə məktəblər, instittutlar
qapılarıını «oxumaq həvəsiylə yanan» uşhaqlarçün açacaq. Müəllimlər
də «istirahətdən» bezib «təmirli» sinif otaqlarıyçün darıxdıqlarından
«həvəslə» məktəbə yollanacaq.
Uşaqların maraqlı istirahət sərguzəştlərini səbirlə dinləyən müəllimlər
öz istirahətlərini təbəssümlə yada salacaq. Ən aktiv istirahət forması
- dəniz qırağında, o da pulsuz girişi olan çimərlikdə soyuducuda sərinlədilib
çimərliyə daşıdığı qarpızı qum üstündəcə kəsib yemək onunçün Antalyada
istirahətə bərabər cələcək. Qumun müalicəvi təsirindən uzun-uzadı yazmayacağıq.
Əsl müəllimi qarpız qabığını ayrıca paketə yığıb zibil qabı tapmasa
evə aparmasından tanımaq olar. Birdən uşaqlardan görüb eləyən olar,
ayıbdı! Qabığı qum üzərində qoyub gedənlər yəqin əsil müəllim deyil,
rüşvətlə müəllim statusunu qazanıblar.
Bir də ki, niyə fikir eləsin? Nə olsun, ötən tədris ilini ölüm-zülmlə
başa çatdıra bilmişdi. Müdiriyyətin ona yüklədiyi satmalı, paylamalı,
yığmalı nə varsa hamısını candərdi olsa da yola vermişdi. Bilirdi ki,
bu pulu uşaqlardan yığa bilməsə cibindən verməlidi. Müəllim boynuna
yüklənmiş yükü yerinə çatdırandan sonra aldığı ezamiyyət puluna xeyli
qarpız alıb onu pendir və çörəklə dəniz qırağında yeyə biləcək. Bəh,
bəh.... Bundan gözəl istirahət olarmı? Ciblərini rüşvətlə dolduran bədbəxtlər
gedib kurortlarda tər töküb yad dənizdə çimir, yad qumun üstündə yayxanır.
Yox, deyəsən oralarda quma uzanmaq dəb deyil. Nə bilim, mən də ora gedib
çıxa bilməmişəm.
Amma nə deyirsiz, deyin, yeməkdənsə ümid yaxşıdı. Bu yay müəllimçün
ümid verici xəbərlər olub. Eşitmiş olarsız, deyirlər bu dəfə maaşları
yüksək faizlə artıracaqlar. Bu saat hər bir müəllim indi artım faizini
bilmədiyindən ləzzətlə fantaziyalara qapılaraq onu yüz, iki yüz, hətta
üç yüz faiz kimi təsəvvür edir. Yox, artım həmişəki kimi 20-25 faiz
ola bilməz, axı söz veriblər! Artıq indidən əlinə gələcək pulu paylaşdırıb
yerbəyer eləyir, sağa, sola «xərcləyir». Xülyalarında tökülmüş evinə
əl gəzdirir, nəsə alıb dar günə ehtiyat toplayır. O, bilir ki, dar günlər
hələ qabaqdadı. Müəllimin maaşı artdısa, rus demişkən «vsyo...», eşşəyimiz
öldü. Bazar birə beş qalxacaq. Odur ki, qaracünlüyünü hamı indidən qablaşdırsın.
Bu il işə düzəlmək istəyənlərin vay halına. Kimin qapısına minnətə getsə
maaşların artacağını əldə bayraq eləyib verəcəyi «hörmət»in də məbləğini
qaldıracaqlar. Əlbəttə, bu belə də olmalıdı! Axı o, artımdan sonra bir
torba pul qazanacaq! İndidən bir az «tərləsə» heç də pis olmaz.
Odur ki, müəllimlər, onların geyiminə də «barmaq eləyənlər»dən çox da
incimirlər. Bunu da eşitmiş olarsız, deyirlər, qadın müəllimlərə şalvar
ceymək qadağan olunacaq. Bu o deməkdir ki, siniflər o qədər isti olacaq
ki, şalvar geyən müəllimin istidən bağrı yarılacaq. Oturduğu stullar
o qədər hamar olacaq ki, hər gün sapı qaçan kolqotkalarını «ujas» yuxularında
görəcək. Bir də ki, o qədər maaş alan müəllimçün hər gün 2-3 manat verib
təzə kolqotka almaq çətindi bəyəm? İmkanı olmaz, gedib sapı qaçmayan
qalın corablar alar, düz bir il geyər. Uşaqlar dodaqaltı pıqqıldasalar,
gülməkdən lap çatlasalar belə...
Bir də ki, bütün bunlar əsas məsələ deyil. Təki maaşlar artsın. Nə lazımsa
deyərik, nə lazımsa geyərik... Ayıb sözdü, hər şey necə lazım! Bir səhnə
ulduzları deyilik ki, geyimimizə nəzarət edə bilməsinlər. Biziim çörəyimimiz
burdan çıxır. Onsuz da müəllimlər uşaqları yazıb oxumağa birtəhər oyrədəcək.
Düşünməyi, nəticə çıxarmağı, gözüaçıq olmağı artıq çoxdandı ki, məktəbdə
öyrətmirlər. Bunu həyat öyrədir. Həyat dərsi keçən «müəllim» lap havayı
da işləyər...
Onsuz da bu məmləkətdə yazanların sayı oxuyanlardan artıqdı. Oxuyanların
əsas hissəsi elə yazanların özüdü. Məşhur lətifədəki kimi «çükça ne
çitatel, çükça pisatel». Hörmətli müəllim, qorx ki, bir azdan «pisatel
çukçalar» elə yazar ki, müəllimə ehtiyac qalmaz. Uşaqlar da yazı dərsi
yox, həyat dərsi keçən havayı müəllim istəyər. Şükür məsləhətinə!