Meymundan insana qədər və geriyə kross qaçışı
Hürə-hürə it olmaq, yaxud yaza-yaza insan olmaq prinsipi necə işləyir?


Zooloqların israrla təkid edib dediyinə görə Yer üzündə meymunların 193 növü var. Onlar boyca, çəkicə, dərisinin, tükünün, adətlərinin, hətta intellekt səviyyəsinə görə bir-birindən fərqlənsələr də çox oxşardılar,hətta eyni xəstəliklərə tutulurlar. Meymunların 192 növündə dəri tüklə örtülüdür. Cəmi bir növündə isə qasıqda və qoltuq altındakı tükləri nəzərə almasaq bədən demək olar ki, tüksüzdür. Amma bəzi ərazilərdə, məsələn isti ölkələrdə yaşayan bu növ meymunlar o qədər tüklü olur ki, qalan 192 növ həmcinslərindən bir o qədər də fərqlənmir. Tüksüz olsalar da ən böyük və inkişaflı beyinləri var. Onlar ən çox artıb-törəyənlərdəndi. Mütəxəssislərin fikriycə ən böyük cinsi orqanların sahibi məhz bu sort meymunlardır ki, bəzən oynayanda da onlara mane ola bilir. Ən irəli getmiş fərdlər bunu görcək sonralar dillər əzdəri olan ifadələr də qoşurlar.
Onlar çox aqressivdir. Onlar nəinki başqa növlərə, hətta bir-birinə qarşı da çox qəddar ola bilir. Bu növün dişiləri ən sərbəst və ipə-sapa yatmayan xasiyyəti olur. Bu növün dişi və erkəkləri ilin 12 ayı cütləşməyə meyl göstərir. Çılpaq dərili meymunlar arxadakı iki ətrafı üzərində hərəkət edir. Onların həddən artıq şişirdilmiş özünə məftunluğu var. Ona görə də özlərini ilahi varlıqların tacı hesab edirlər. Özünə məftunluğun ucbatından beyinlərində öz obrazı və bənzərliyinə uyğun yaratdıqları yalançı kumirlərə baş əyir və valeh olurlar. Bu növün artıb-törəmək qabliyyətini nəzərə alaraq onları müxtəlif tibbi-bioloji eksperimentlərdə istifadə edirlər. Onlar kütləvi məhvetmə silahlarını istifadəsi şəraitində qumanoidlərin sağ qalma faizini hesağlamaq, iri həcmli ekoloji fəlakətlər, epidemiyalar zamanı canlıların sağ qalma şərtlərini ortaya çıxarmaqçün təcrübələrdə istifadə olunurlar. Bu növ meymunlar ən çətin sayılan esperimentlərdə, yəni mənəviyyatsızlıq və sosial bərabərsizlik şəraitində mutasiyaya uğrama faizini hesablamaqçün əvəzsiz sayılırlar. Nəinki başqa növ meymunlar, hətta heç bir canlı növü belə ağır eksperimentlərin yüzdə birinə də davam gətirə bilmir. Onlar bunu nədənsə yaşamaq adlandırır. Sizlərdən ən ağıllıları bu növün adını özüyçün dəqiqləşdirib,yəqin ...
Darvin nəzəriyyəsinin, onu bilməmiş olmazsız, insanın meymundan əmələ gəlməsinin mümkünlüyü, mənfi və müsbət tərəfləri haqqında şirin düşüncələrə dalıb internet «bulvarında» gəzişib, hər burnum girməyən deşiyə başımı soxarkən qəribə pritça ilə burun-buruna dayanmalı oldum: «Balaca əhilləşmiş meymun fərdi kompüterin klaviaturasını doyəcləyib oynamağı sevərdi. Əlini hara gəldi çırpar, ekranda əmələ gələn hərflərin yaratdığı rəsmlərin növbələşməsindən həyəcanlanardı. İllər səhifələrə çevrilib printerin qaraca ağzından səliqəylə çıxardı. Milyon, hətta trilyon illər stolun üstündə çapdan çıxmış bir qucaq səhifəyə çevrilərdi. Nəhayət bu iş meymunun zəhləsini lap tökdü. Kompüteri söndürüb qoz qırmağa başlada. Bu vaxt onun sahibi masaya yaxınlaşıb çapdan çıxmış səhifələrə göz gəzdirdi. O birdən kəşf elədi ki, qarşısındakı «Britanik» ensiklopediyasının tam külliyyatıdır. Meymunun sahibiyçün bu ağlasığmaz təsadüf olsa da məqbul bir işi, qəbul olunan hadisəydi. O bu dəqiqə Marsda həyatın olması fikrinə də inana bilərdi».
Kompüter arxasında günümü keçirən (bəlkə yandıran desəm daha dəqiq alınar) bir adam kimi bu pritça mənə o qədər doğma, əziz gəldi ki... Həmin o yazılan sətirləri görməsəm də onların qalanıb üst-üstə yığılma peşmançılığını o qədər yaşamışam ki... Bir dəli şeytan deyir ki, hər şeyi atıb qoz qırmağa, sonra onu ləzzətlə içəri ötürməyə qurşanım, heç olmaya qarnıma bir şey gedər. Onsuz da cızma-qaralarımızı çap eləyən birisi tapılacaq. Kolleqalır, necə bilirsiz, Darvinlə mübahisə eləməyə dəyər? Sonda beynimdə doğan və mütləq dahiyanə saydığım fikirlə də bölüşəcəm. Pritçadan belə nəticə çıxarmaq olar ki, deyəsən yazanlardan insan daha tez alınır, onların hamısının sonu qoz qırmaqla bitəcək...
Ay oxucum, bonunu belə bükmə! Nə var e, bu insan olmaqda?! Boş ver, heç vecinə də alma...

 




Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?