Yenə də güldən, çiçəkdən yazaq?
Axmaq mövzuların qatarından aralanmaq cəhdləri


Yenə də klaviaturayla tet-a-tet dayanmışam. Yazmalıyam. Uzun illərdi ki, mədəniyyətdən yazmaq zülmünün altına girib oxucunu olmasa da özümü inandırmışam ki, belə olmalıdı. Kimsə mədəniyyətdən yazmalıdı axı! Boş-boş mövzuların qatarından aralanıb yenə də bu zülmə qatılmalıyam! Bəs nədən yazacam ki?
Əlinə qələm alıb yazmağa çalışan, daha doğrusu klaviaturayla tet-a-tet dayanan jurnalist kimi gündəmdə olan mövzulara toxunmaq istəyirəm. Reytinqimi, oxucumu da fikirləşməliyəm axı. Bəyəm oxucum mədəni hadisələri işıqlandıran yazını oxumaq istəyir? Düz-dünyanın bütün suallarına cavab tapılan internetdə eşələnim, bəlkə? Hardasa bir konsert səsləndi, bir neçə vernisaj sərgiləndi… Tamaşalar da qoyulur, mədəniyyət xadimləri xaricə gedib-gəlirlər də, yeri gəlsə lazımi səviyyədə təmsil də eləyirlər. Bu xəbərləri agentliklər yayır, qəzetlərsə səhifənin boşluğunu candərdi doldururlar. Təəccüblü heç nə yoxdu, kimdi mədəniyyətdən, özü də xəbər oxuyan. Təbii ki, şou aləmini mədəniyyətə qatmasaq.
Hadisədən yazmaq lazımdı, hadisədən! Nə qədər ki, mədəniyyət hadisəyə çevrilməyib, vernisajın qarşısında içəri keçmək istəyənlərin nəmli gözləri himayədar axtarmır, tamaşadan sonra uçmağa qanad axtaranlar dəstəsi küçələrdə nümayiş düzəldib dünyanı dəyişdirmək istəmir, nə qədər ki, «gözəllik dünyanı dəyişəcək» şüarını asfalt üstündən qaldıran yoxdu mənim də yazmağa mövzum çətinliklə tapılacaq. Azərbaycan şairi kimi güldən-çiçəkdən mövzu qayıracam.
Elə bilərsiz ki, tamaşalara baxmıram, ya da konsertə getməyə ərinirəm. Əsla! Gedirəm, baxıram, oxuyuram, öyrənirəm, müzakirə eləyirəm… Amma hər tamaşadan, sərgidən əliboş çıxıram, kitabın içindəkindən daha çox üz qabığı yadımda qalır, konsertlərdə interpritasiya, yəni ifaçının əsəri özünəməxsus tərzdə anlayıb çatdırması məsələsinə tamarzı qalıram. Üstəlik bu boyda hay-həşirdən sonra yazmağa mövzu gəzirəm.
Qəzetimizdəki portretlər seriyasını hazırlayanı oxuduqca bir də əmin oluram ki, mədəniyyət və mədəni mühit və yalnız o, şəxsiyyəti yetişdirir. Görkəmli adamların az qala hamısının həyatında anoloji bir səhnə olur. Uşaqlığı, yaxud gəncliyində o, hansısa tamaşadan sonra gecəni yata bilməyib, hansısa kitabı oxuyub yazıçı olacağına qərar verib, ilk operasını səhnədə görüb heyrətindən çənəsi düşüb və anlayıb ki, yalnız bəstəkar ola bilər, dükan sahibi yox. Üzeyir Hacıbəyov uşaqlığında muğam məclislərinin sehrinə düşüb səhnələşdirilmiş muğam tamaşasına baxmasaydı «Leyli və Məcnun»u yazmazdı, yəqin. Hitler Vaqnerin nasionalist kitablarını oxumasaydı faşizmin başında durmazdı. Vaqner özü Veberin əsil alman operasını səhnədə görmək səadətini yaşamasaydı Beyret teatrını yaratmaq xülyasıyla yaşamazdı ki?
İndi fantaziyamı işə salıb mədəniyyət ocağımı deyim, məbədimi deyim, yəqin belə sarkazmın heç yeri deyil, hər halda sənətə dəxli olan bir tədbirin «sehrinə» düşmüş cavan, yeniyetmə azərbaycanlını canlatmağa çalışacam. Bu «məbəddən» necə yararlansın, özüyçün nə götürsün ki, hələ bir gələcək nəsillərə də çatlıra bilsin? Tamamilə ideyasızlaşmış cəmiyyətin yaratdığı sənətdən yararlanmağa gərək ya dəli, ya da suyu aramsız gələn quyu kimi ideya dağarcığı, fikir fantanı olasan ki, (bu özü də bir fantaziyaya daha çox bənzəyir) ideya qəbilsanlığında, fikir bataqlığında heç olmasa batıb qalmayasan, özünü itirməyəsən. Ən dəhşətlisi odur ki, bu ideya qəbirsanlığının savadlısı (bilərəkdən ziyalı yazmıram ki, cavanların bu sözə reaksiyası pisdi) başqa millətlərin yaratdaqlarını oxuyur, izləyir, yararlanırlar. Sonra doğum anında, bunu məhz belə adlandmaq daha düzgündü, yəni millətiylə, həmvətəniylə bölüşə bilməyəndə ağır və mənasız depressiyaya düşür. Əslində bu şəxsin yox, elə millətin depressiyasıdı. Depressiv cəmiyyət ideya irəli sürmək iqtidarında ola bilməz! İdeyasız cəmiyyətsə depressiyadan çıxa bilməz! Deyəsən, çıxılmaz dairə alındı axı?!
Mənsə reallığımı unudub başqasının taleyini yaşamaq, zalda oturub hönkür-hönkür ağlamaq, tükürpədici musiqidən bayılmaq ləzzətini yaşamaq istəyirəm. Onda görərsiz ki, bu hissliri yaşayan jurnalist necə və nələr yaza bilər!

 




Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?