Beyinlər yuyulmasa…
Hər kəsin evində neft ehtiyatı var, yaxud geylər neytdən necə yarandı?!


Deyirlər ki, şəhər adamı, yəni ki, «firmennı» şampun, kremlər, seçmə sabun və ətirlərdən müntəzəm istifadəyə məhkum olmuşlar hər il başına 2 litrə qədər şampun tökür. Manikürə alidə qadınların il boyu istifadə etdikləri lakı üst-üstə yığsaq 11 millimetrlik qat alınar. Qadınlar 100 qrama qədər pomada yeyir. Pomada payından kişilərə də 20 qramlıq hədiyyə düşür. Toplasaq kişilərin il boyu köpükləndirdikləri üzqırxan kremlərin hündürlüyü 2 metrə qədər çata bilər. Diş pastaları, sabunlar, yuyucu tozları toplamağa ehtiyac yoxdu, biz onların hamısından istifadə edirik ki, gözəl, təmiz və səliqəli görünək. Ona görə gözəlliyin kimyəvi təhlükəsi barədə heç düşünmürük.
İşlətdiyimiz maddələr barədə kimsə xəbərdarlıq edib qulağımıza nəsə pıçıldasa o qədər də inanmarıq. Axı necə inanasan ki, kəpəyə qarşı şampun özü kəpək yaradır. Amma tədqiqatçılar dəqiq bilir ki, nəyi gizlətmək lazımdır. Bu barədə ucadan danışsalar, yaxud heç olmasa 10-15 dəqiqlik film çəksələr həmən filmə baxarkən özümüzü dəhşət filmlərinə baxırmış kimi hiss edərik. Baxanlar hələ də üzünü turşudub «lənət şeytana» deyib sağ-soluna tüpürür.
Hamı bilir ki, kosmetika ziyanlı bir şeydir. Ucuzlu kosmetika lap ziyanlıdır. Amma heç kim demir ki, bütün kosmetika növləri ziyanlıdır. Onların hamısı neftdən yaranıb. Neftin qaralığını götürən kimi yerdə qalan maddələrdən nə istəsən düzəltməyi biz çoxdan öyrənmişik. Ona görə də hər kəsin evində vanna otağında qablara doldurulub rənglənmiş və yaxşı qoxularla zənginləşdirilmiş neft ehtiyatı var. Biz nefti dodağımıza da yaxırıq, başamıza da sürtürük, dərimizi də neftlə təmizləyirik.
Deyirlər ki, yuyucu vasitələrin çox istifadəsi cinslər arasında fərqi aradan götürür. Bunu eşidəndən sonra bu qədər qeylərin hardan yarandığını niyə düşünürük ki? Onlar da neftdən yaranıb. Sonra deyirlər ki, yuyucu tozlardan kişi sonsuzluğu yaranır. Bütün yuyucu vasitələrin – qabyuyanların, üz yuyan vasitələrin, yuyucu tozların – tərkibi eynidir. Belə məntiqlə yalnız səhər duranda üzünə bir ovuc su vurub sonra bütün günü iylətdiyi tərdən ətrafındakıları ölüm haqqında düşüncələrə dalmağa məcbur edən kişi əslində öz nəslinin qayğısına qalırmış.
Yazşı, bəs neyləyək? Heç olmasa həftədə bir dəfə başı yumaq lazımdı, ya yox?! Hər kəsin xaricə gedib üstündə pasportu olan kosmetik vasitələr almağa imkanı yoxdu. Amma hamı nəsil artırmaq istəyir! Hər səhər qoltuqaltını tərləməkdən qoruyan vasitələri sürtə-sürtə ona yaxın orqanları zəhərlədiyini düşünərək yaşamaq olmur. Ona görə təklifim var: Gəlin bütün kosmetik vasitələrdən imtina edərək milli qaynaqlarımıza qayıdaq. Kimsə istəmirsə çiynimi çəkib tərləmiş qoltuqlarımı şappıldatmaqdan başqa əlacım qalmır (axı hava istidi və dezozorantlarsa döş xərçəngi yaradır. Özümüzü nə qədər aldatsaq da onlar 24 saat yox, yalnız 3-4 saatlıq quruluq verir). Onda bir çox şərq xalqları kimi yaşayarıq. Onlardan bəziləri hələ də yuyucu vasitələrsiz keçinirlər. Bəlkə də ona görə dünyanın gözəl iylər verən bir hissəsi uşaq artımı məsələsində iydən baş çatladan o biri hissəsinə həsədlə baxır. Onlar bir ucdan təbiətə yaxın olan xalqlara yuyucu vasitələr, dərmanlar göndərir və sonra bunun adını dünya üzrə doğuşun nəzarətdə saxlanılması adını verirlər.
Xalq var başını yumaq əvəzinə ora un səpib sonra darayır. Bəzi xalqlar özlərini heyvan piyi ilə yağlayıb çirki ovuşdurub çıxarır. Yaponiyada isə bir kasta var ki, ümumiyyətlə əl yumaqdan imtina edib. Onların fikricə əlləri nə qədər çox yusan dərinin bakteriyalara qarşı müqavimətini o qədər də azaltmış olursan. Orta əsrlərdə Versal sarayında, ətirlərin vətənində yuyunmurdular, bədənin təbii qoxusunu ətirlə boğurdular. Onda gərək saçımızı da rəngləməyək, çünki saç rənglərində də neft məhsulları var. Kilkələriimzi krem və gellərlə ram eləməyək, axı orda da kimyavi vasitələr var. Başımı göy kilabi ilə yuduğum vaxtları yaxşı xatırlayıram. Sonrakı 2-3 gündə hər dəfə başımı silkələyəndə ordan qum səpələnirdi. Məktəbdə oxuyanda isə kosmetik salonlar bizə, yəni yetkinlik yaşına çatmamış məktəbli qızlara bəh-bəhlə ənlik satırdılar. Az keçməmiş bildik ki, bu sadəcə çuğundur suyu imiş. İndi biz, çuğundur suyuyla yanaqlarımızı qızardan və müəllimi görən kimi nəm əskiylə silinən uşaqlar böyüyüb əl yumağı da yadırğasaq neft maqnatları acığından patlayıb öləcək. Qoy onlar hirsindən dirsəklərini dişləsin ki, axı bu azərbaycanlılar öz neftlərindən alınan vasitələri niyə işlətmir axı! Bəlkə mutasiya baş verib? Biz də hər gün zəhər çeynəyən Versal kralları kimi artıq düşmənlərimizlə birlikdə zəhərlənmiş şərab içməyə artıq hazırıq?
Neft Azərbaycanın başına hələ çox oyun açacaq. «Mənim qılıncım məni kəsməz!» deməyin. Neftdən beyinləri yumaq üçün vasitənin hazırlanmadığında əminliyiniz var?..

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?