Qaynar-qaynar xəttlə
Yorulmuş atları güllələyərlər?


Açılan bu xəttlərə niyə qaynar deyirlər, bilmirəm. Qaynar olsaydı əl dəyən olmazdı, telefonun trubkası alışıb yanar, valideynlərin şikayətindən od tutub alovlanardı. Açılan kimi Təhsil Nazirliyinin də xəttələri qaynar oldu, alovlandı. Amma tüstüsünü yenə də biz gördük, lazım olan gözlər görmədi.
Respublikada bir balaca reforma adı çəkilən kimi həmişə həkimlər və müəllimlərin canına çökürlər. Elə bil ki, bu canıyanmışlardan başqa rüşvət alan yoxdu. Yəni ki, hansı idarəyə ayaq bassan işin yağ kimi gedəcək. Qarşında əvvəlki zamanlardakı kimi (yəni ki, korrupsiya ilə mübarizə elan edilməyə start verilməmişdən əvvəl) Çin səddi tikən olmayacaq, problemini yerindəcə operativ həll edəcəklər, qanuni haqqını tanıyacaq, səni adam yerinə qoyacaqlar, dövlət rüsumundan savayı xərcin çıxmayacaq. Bir dənə bu məlun müəllimlər və həkimlər adam olmurlar ki, olmurlar. Ha sıxırlar, çəngələyirlər, komissiya yağışı yağdırırlar, maaşlarını kəsirlər, ixtisara salırlar amma bu təbəqə nədənsə məhv olub getmir. Yəqin Səhiyyə və Təhsil Nazirliklərinin işçiləri də mat qalıb: 30 ilin həkimi 160 manata, 30 ilin müəllimi ən uzağı 200 manata necə salamat qalır?
Cəmiyyətin savadlı adamlarını başı həmişə işə düşüb. Taxtda qədir bilən olanda da, olmayanda da. Münəccimlər ulduzların gedişini padşaha düz şəhr etsəydi, ya da bu gecəki yuxusunu yaxşılığa yozsaydı uzaqbaşı padşah çiynindəki xələtini ona ənam verərdi. Bir torba qızıl adətən avartüristlərə qismət olurdu, savadlılara yox. Hələ skif çarlıqları zamanı savadlı adamları adam yerinə qoymazdılar. O nə kişidi ki, vuruşmaq, baş kəsmək əvəzinə kitab oxusun. Skiflərinsə deyirlər ki, biz türklərlə qohumluğu var deyəsən. Skif çarları yalnız əsir düşəndə oxuyub yazmaq öyrənərdi. Yoxsa ki, vaxtı hardandı, onun döyüşdən başı ayılmazdı. Belə yolla savad almış skif çarı Skili elə öz əyanları o dünyalıq elədi. Onlar çarlarının şəhər həyatına qatıldığını görüb cin atına mindilər. Alim, filosof, natiq, dulusçuluq dəzgahının və lövbərin yaradıcısı Anarxisin də başı savadlı olmağına görə işə düşdü. Onu oxla dəlik-dəlik elədilər ki, axmaq başına gic-gic fikirlər bir daha gəlməsin.
Müəllimlər qarşı səlib yürüşü başlamazdan xeyli əvvəl də 8 mart bayramı vardı. Bu bayramda valideynlər o qədər də hirsli və hikkəli olmazdı. İmkanı olan hədiyyə verərdi, kimsə sevimli müəlliminə gül bağışlardı. Həmən gün müəllimlər bir qucaq gülü evinə aparanda bir qucaq məhəbbət aparırmış kimi özünü dünyanın ən xoşbəxti sanardı. Bilmirəm müəllimləri həyat elə sıxdı ki, onlar bir qucaq məhəbbəti bir para kağıza dəyişmək istədi, yoxsa insanlar hamılıqla birdən dəyişdi. Pul zəhrimar elə şeydi ki, adama həmişə lazımdı, bayramda da, adi günlərdə də. Tədricən 8 mart oktyabr ayında düşən müəllimlər gününün ilin ikinci yarısına proyeksiyasına çevrildi. Gül dəstələrini konevrtlər əvəzlədi. Bu konvertə valideynlər pulla birlikdə bütün narazılıqlarını, gileyini, qarğışını qoyub müəllimlərə ötürdü.
Əgər müəllim özü, yaxıd direktorunun təzyiqi altında bayram adıyla rüşvət alırsa yüz qanar xətt ola, o düzəlməz. Bütün dünyada belədi, müharibədə qan tökmüş əsgəri sülh zaman müdafiə naziri qoymazlar, ağzına insan əti dəymiş ev itini isə güllələyərlər. Rüşvətin dadını görmüş müəllimi, həkimi, məmuru, naziri- fərq etməz, yalnız cəmiyyətdən izolyasiya etmək düzəldər.
Sonuncu abzası bir yazar kimi yox, valideyn kimi yazıram və üzümü Təhsil Nazirliyinə tutub rica edirəm. Qaynar xəttdən gələn bayramqabağı siqnallara qarşı qəddar olmayın. Hər zəngdən sonra məktəbə komissiya gəlirsə müəllilərin deyil, validenlərin və uşaqların işi çətinləşir. Komissiyalar olmasaydı baramqabağı 20-30 manatla canımızı qurtaracaqdıq. Komissiyaların sayı artdıqca bizim də xərclər artır. Bayram pulunun üstünə bir o qədərlik də komissiya pulu da gəlir. Komissiyanın hər reydindən sonra direktorun xərclərini o yox, biz verməli oluruq. Onsuz da bilirsiz ki, müəllimini dolandıra bilməyən dövlətin ağırlığı biz valdeynlərin çiynindədi. Bizə 1-2 müəllimi dolandırmaq daha rahatdı, nəinki o boyda Təhsil Nazirliyini. Komissiyanızı uzaq eləyin!

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?