Dərd çəkən maşın
Küt qələmlə yazılan qeydlər


Bəşəriyyət tarixi insan kəşflərinin tarixidir desək məncə yanılmarıq. Cənnətdən qovulandan sonra eybini əncir yarpağıyla örtən kimi insan ətrafına göz gəzdirib anladı ki, nəinki qabırğasından əmələ gəlmiş yarısını, heç özünü də sonacan anlaya bilməyəcək. O vaxtdan bəri insan özünü anlamaqdan əlini üzüb ətraf dünyanı kəşf eləməkdədi.
İlk odu eramızdan 600 min il əvvəl öz əliylə alışdırmağın ləzzətini dadandan sonra necə deyərlər bir növ kəşf eləmək adətkarlığı əmələ gəldi. Eradan 500 min əvvəl yağ lampasını yandırıb 300 min əvvəl ilk oxunu yaya keçirdi. Eradan 200 min əvvəl ilk iynəsini saplayıb əyin-baş tikdi. Eradan 7500 il əvvəl ilk qayığını minib 4000 il əvvəl dəmir baltasını işə saldı. Elə o vaxtlar da Yunanıstanda ilk kosmetika, 500 il sonra isə Mesopotamiyada ilk zinət əşyaları əmələ gəldi. Elə oradaca mixi yazılar yazıldı, 300 il sonra təkər kəşf edildi və Misirdə insanlar fikirlərini mürəkkəblə köçürməyi öyrəndilər. Misir piramidaları tikilməzdən 400 il idi ki, təzəcə yaranmış qılınclar Mesopotamiyada baş kəsirdi. Eramızdan 2180 il əvvəl Babilistanda çay altından ilk tunnel çəkilmişdi. Eramızdan 2000 il əvvəl ilk top Misirdə adamların başını ağlından almızdı. Bu vaxtlar Şotlandiyada isə iki deşikli düyməni kəşf eləmişdilər. Elamızdan 1500 il əvvəl Misir və Yunanıstanda ikl şüşə butılka və taxta qaşıq insanların süfrəsini bəzədi. Çində ilk qayçını dərzilər əlinə almağından az keçməmiş Yunanıstanda insan ilk dəfə duş altında çimməyin ləzzətini duydu. Eramızdan 700 əvvəl əmələ gəlmiş dəmir pulların gücü artıdqca insanın kəşf etmək həvəsi də artdı. Hindistanda darıxanlar eramızdan 500 il əvvəl şaxmatı, Yunanıstanda darıxanlar xəritəni, Çində darıxanlar xalçanı kəşf elədilər.
Eranın sonuna yaxın Çində su dəyirmanı işə düşdü və insan at minəndə altına yəhər saldı. Eramızın ilk əsri Romada belin kəşfiylə başladı. O vaxtlar mərkəzləşmiş istilik sistemi artıq işləyirdi. Eramızın darıxanları 650 –ci ildə Yunanıstanda not, Kombocada sıfırı, Persiyada külək dəyirmanını, 950-ci ildə Çində barıtı kəşf elədilər. İlk kompası 1090-cı ildə ərəblər əlinə alıb ilk gəmi sükanını işə saldılar. 13 əsrdən bəri yaranan kağız pullar indiyədək hakimiyyətini itirməyib. İtaliyanın, xüsusilədə də Venesiyanın qadınları 1400 –cü ildən bəri güzgüyə baxır. 1455-ci ildən sonra alman iztiraçısının çap maşını işə necə düşdüsə indiyədən yazıb pozanların əlindən rahatlığı yoxdur. Skripka (Lombardiya) 16-cı əsrdən səslənir, unitaz isə (İngiltərə) 1596-cı ildən. Bir-birinin bəhsinə girmiş kimi insanlar o qədər sürətlə kəşflər eləməyə başladı ki, onların ardınca çatdırmaq çətinləşdi. Sualtı gəmi (hollandiya), teleskop (Niderland), loqarifm cədvəli (Şoğandiya) sırasına qalstuk (Xorvatiya), çətir (fransa), kəfgirli saat (Hollandiya), şampan şərabı (Dom Perinyonadlı fransız monaxı), kilid və açar da qoşuldu. İndi texnologiyaların az qala atom sürətiylə inkişaf dövründə edilən kəşflər sürət barədə heç də geri qalmır.
İndi hamının məişətində paltaryuyan maşından tütmüş şirəçəkənə qədər əsrin kəşfləri saya biləcəyimiz əşyalar durur. İndi edilən kəşflər insanın rahatlığı və komfortuna xidmət eləyir. Geyim, mebel, dəbdə olan əşyalar…. və s. İnsan şöhrətpərəstliyi elə mexanizmdir ki, mütləq kəşflər siyahısına düşmək, öz fikir məhsulunun nəticəsini gözləriylə görmək istəyir. Mənim fantaziyamın məşsulu olsa da inanıram ki, reallaşa bilsə aşağıdakı kəşflər insanın bütün həyatını dəyişə bilər. Məsələn: ət çəkən maşın prinsipiylə işləyən dərd çəkən maşın olsaydı. Maşının bir tərəfindən dərdi parça-parça maşina qoyursan, dəstəyi yavaşca fırlatdıqca o də sənin dərdiin çəkir. Maşının ağzından artıq çəkilmiş dərd tökülür. Sonra onu duzlayıb, istiotlasan lap yeməli olar. Ya da adam yuyan maşın olaydı. Özü də 10 -15 cür yuma rejimi ilə. Axı, rüşvətxoru qatillə bir rejimdə yumaq olmaz ki?! Cibgirin kiri ilə məmurun bulaşığı bir-birinə qarışsa nələr olar? Məndən olsaydı mətbəxdə soyuducunun yerinə doydurucu qoyardım. Axı, bu soyuducunu doldurub qurtarmaq olmur ki! Qoy bu yeni insan kəşfi insanın qarnını da, gözünü də doyursun. Taleyinin qırışlarını, eləcə də alnının qırışlarını ütüləyən qurğu olardı. Bir qədər su səpərdin (Bu yerində «Küçələrə su səpmişəm» mahnısını da proqramlaşdırmaq olar) və taleyinin qırışıqları, əzikləri göz qabağındaca açılıb hamar yola çevrilərdi. Sevinc hissini dondurub saxlayan aparat olardı. Həmin anı çəkib ömürlük beyninə həkk eləyərdin. Axı insanlar unutmağı çox sevir. Hə, az qala unudacaqdım, qələm itiləyən maşın olsaydı da pis olmazdı. Kütlüyü biryolluq aradan götürərdik, qələmlərin kəsəri də qılınc kimi olardı.

 



Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?