Müdirin müdiri
Kişilər güclü qadına milçək kimi yapışırlar


Bu yaxında eşitdim ki, ötən əsrin kino ulduzlarından biri Bricit Bardo gözünü hazırki prezident Nikolya Sarkozinin kreslosuna dikib. Xanımın nənəmdən bir az cavan olmasını xatırlayıram, 75-i artıq arxada qoyub. Ahıl yaşına baxmayaraq hələ də publikanı şoka salmaq adətini yığışdırmayıb. Bir vaxtlar o, toples (yəni çimərlik kostyumunun yuxarı hissəsi olmadan) günəş vannası qəbul etməyi dəbə salmaqla cəmiyyəti şoka salmışdı. Sonra heyvanların hüquqlarını müdafiə etməyə atıldı. Bunun üçün kinoda çəkilməyi atmaq lazım gəldi. İndi onun növbəti hədəfi Fransa prezidentidir.
Bu qadın yaşına baxmayaraq hələ də mübarizə pozisiyalarndan əl çəkməyib. O, Sarkoziyə açıq məktub yazaraq 2 il sonra prezident seçkilərində namizədliyini irəli çəkmək fikrində olduğunu bəyan edib. Onun namizədliini «Ekologiya alyansı» adlı fransız yaşıllar partiyası irəli sürüb. Deyirlər ki, məşhurluq dərəcəsinə baxmayaraq keçmiş aktrisanın Yelisey sarayında yer almaq şansı azdır. İndi lap soruşmağım gəlir: Bricit Bardoya prezident kürsüsü lazımdı bəyəm? Məncə yox. Bu saray onun ev heyvanlarına belə azlıq edər. Amma əvəzində xanım xalq arasında nüfuzunu itirməyə başlamış Sarkozinin əsəblərini geninə-boluna qıcıqlandıracaq və ona çox lazım olan bir neçə faiz səsləri əlindən alacaq. Bax bu olardı əsil qadın qisası. Axı bir az əvvəl prezident cəsarətlənib onun ünvanına bir neçə nalayiq messaj göndərmişdi. İndi Bricit Bardo onu «idiot» adlandırmağı fransa prezidentinə bağışlamalıydımı? Böyük şəxsiyyətlərin qisası da böyük olar. Üstəlik fransa höküməti aktrisanın müsəlmanları cilovlamaq tələbini eyninə almır. Bricit Bardo tələb edir ki, halal ət yeməyi həyat tərzi etmiş müsəlmanlar öldürməmişdən əvvəl qoyunlara keyidici dərman vursunlar ki, onlar inciməsin.
İlk baxışdan adama elə gələ bilər ki, kişilər belə güclü qadınlardan hürküb qaçar, yanında hikkəli xanım görmək istəməz. Amma göydə yox, estradada parlayan ulduzların həyatına ani nəzər salmaqla görərik ki, el arasında «sterva» adlandırılan (bu sözün dilimizə dəqiq tərcüməsini tapa bilmədim, amma tez-tez işlədirik) qadınlara maraq daha artıqdır. Psixoloqlar onu da deyir ki, vəzifədə olan, cəmiyyətdə nüfuzu olan qadını gözəl və ya kifir olmasından asılı olmayaraq ram etmək istəyən çox olur. Hətta kabinetə girib orda kreslo arxasında oturan qadını görəndə kişilər ... (bu yerini senzura kəsib atdı).
Onu da deyirlər ki, intim oyuncaqlar, rezin kuklalar buraxan firmada «Varlı sterva» adlı kukla ən çox alınan maldır. Baxmayaraq ki, onun qabaritləri «Sarısaç Elza», «Brünet Mimi», «Aziatka» kimi məşhur kuklaların parametrlərindən çox-çox zəifdir. Amma bir tək adına görə kişilər onu alırlar və hər 15 saniyədən bir ah çəkə bilən başqa kuklaları iqnor edirlər. Kuklanı hazırlayanlar deyir ki, bu modeldə kişi fiziologiyasına deyil, psixologiyasına aksent vurmuşuq. Varlı stervanı ram etmək istəyənlər hamıdan çox imiş. Yəqin varlı, uğur qazanmış qadını əldə etməklə kişilər özlərini üstünlüklərini təsdiq etmiş kimi hss edirlər. Xüsusilə də əlinin altında çoxlu kişilər işləyən müdirin müdiri olmaq böyük ləzzətmiş, elə bil ki, Everest dağına dırmaşmısan.
Elə bilirsiz bunu qadınlar özü anlamır? Ona görə də müdir qadınlar çox vaxt kuryer, mühafizə xidməti, ya da vəzifəcə aşağı olan kişilərlə roman yaşayırlar. O da var ki, sonra bu qadın kefi istəsə öz favoritini bir saniyədə heçə endirə bilər. «L'Oreal» kosmetik firmanın sahibəsi Lilian Betankur sevgilisini bir qəpiksiz qoyduğu kimi. 87 yaşlı bu xanım favoriti fotoqraf Fransua Mari Banyeyə miras kimi qoyduğu 17 milyard avronu geri alaraq öz ailə üzvlərinə vəsiyyət etdi. Əlbəttə, o, fotoqrafa xərclədiyi bir milyarda qədər məbləği geri almadı. Fotorqaf özünü bir az yaxşı aparsayda ona ada alıb bağışlayacaqdılar. Arzuladığı yaxtanın alınması da gözlənirildi. Əvəzində ona minlərlə adamın müdiri olan qadının müdiri olmaq ləzzəti qaldı.
Görüş filmindən məşhur bir kadrı xatırlayarsız yəqin. Ər evdə arvadına «Bu nə plovdur, yağ gətir» əmrini verir. Orda qadın itaətkarlıqla yağı da gətirir, çayı da süzür. Kişi arvadını işdən saxlamağın ləzzətini bir az uzadır. Amma sonra rollar dəyişəndə Şovkət öz ərinə «Bu nə plovdur, yağ gətir» deyir. Burda qadın artıq əmək qəhrəmanıdır, xarici qonaqların içində hörmətli adamlardan biridir. Mən inanıram ki, həmən gecə onların evində 5 uşağı bir yana, 6-cı uşağın təməli yaxşı-yaxşı qoyulur. Çox hayıf, bu yerində detallara varmağa artıq şəxsi senzura imkan vermir…

 

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?