İstirahət illüziyası
Yaxud şirin xalqın «adam kimi» istiərahəti


Həyatımızın ritmi çox sürətlə vurur. Yoruluruq. İş, ev, yenə də iş – bu dairənin sonu görünmür. Axşamları isə televizor qarşısında keçiririk, əgər televizor uğrunda döyüşlərdə qalib çıxmışıqsa. Uşaqlar multika, yeniyetmələr axmaq muzparadlara, kişilər futbola, qadınlar seriala baxmaq istəyir. Televizor qarşısında yer tutub oturmağa nail olmuş adamlar tez-tələsik hazırlanmış yeməyi içəri ötürür. Azərbaycanlılar adətən belə məqamlarda Allaha şükür eləməyi unutmurlar.
Bəzən adama elə gəlir ki, sonu görünməyən dairədən çıxmaq böyük hünər istəyir. Sıravi azərbaycanlını danışdırsan bir qucaq şikayəti tökər qabağına ki, bəs imkanım olsaydı bağda damı düzəltdirib burda istidən bişməzdim. İmkanım olsaydı, sərin yerlərə mən də səfər edərdim. İmkanım çatsaydı dənizə gedib sərinlənərdim. İmkanım olsaydı, imkanım olsaydı… Amma xarici mütəxəssislərin məsləhətlərinə görə əsil istirahət etməkçün böyük imkan lazım deyil. Həyatınızı səliqəyə salmağı məsləhət bilən müasir psixoloqlar çox sadə və çox ucuz vasitələr təklif edir. Onların fikricə alkoqol və televozor qarşısında yayxanmaq yalnız istirahət illüziyası yaradır.
Onların təklif etdiyi siyahıda təxminən 7 bənd var. Onları sadalayaq və tanış olaq. Birinci yerdə dərindən nəfəs almaq üsulu dayanır. Bu metodla istirahət edən rahat yerdə uzanmalı və havanın onun ciyərlərinin ən əlçatmaz guşələrinə necə girib çıxdığını müşahidə etməlidir. Nəfəsi aldıqda «Mən xoşbəxtlik uduram», ya da «Mən sağlamlıq uduram» kimi sözlərlə özünə kömək etməlidir. Deyilənə görə 5-10 dəqiqə kifayət edir. Sırada ikinci yeri təmiz havada gəzinti tutur. Şəhərin gərginliyini çıxarmaq istəyən adam üçün sıx yarpaqlı meşəlikdə 15-20 dəqiqə gəzmək kifayətdi ki, həyatına harmoniya və sakitlik qayıtsın. Üçüncü istirahət üsulu meditasiya sayılır. Sınaqdan keçirənlər 100 faiz rahatlaşdığını deyir. Bardaş qurub oturmaq da, stuldan ayaqları sallatmaq da olar, təki rahat olsun. Amma kürəyi dikəltmək lazımdı ki, enerji kanallarını sıxmayasan. Əllər dizin üstündə üzü yuxarı olmalıdır. Hindlilər kimi «om» kəlməsini uzada, ya da ürəyiniz istəyən sözü təkrarlaya bilərsiz. Musiqi altında, hərəkətli meditasiya da xeyirli sayılır. Musiqinin içində əriyə bilsəz təkrarsız anlar yaşayacaqsız. Rəngin vizuallaşdırılması üsulu da çox effektli sayılır. Gözləri yumandan sonra özünüzü rəngli bir situasiyada təsəvvür edin. Məsələn, masmavi dəniz sahilində, ya da yamyaşıl alpinist meydançasında. Rəngləri içinizə çəkib sonra bayıra buraxmaq üçün bir balaca təxəyüllü tərpətməli olacaqsız. Güllərin sarısını çəkib, sonra yerinə qırmızısını doldurmaqla az qala xoşbəxtlik duyğusu qazanacaqsız. Məsləhətli üsullardan biri də fitoterapiya sayılır. Yəni ki, işdən gələndən sonra nanəli, çobanyastağı, ya da bədrənc çayı dəmləmək və həyatın necə də gözəl olduğunu düşünmək də olar. Ev şəraiti imkan verirsə vannaya da girmək olar. Vanna üçün o qədər vasitələr, qoxulu köpüklər, massaj yağları satılır ki, adam kosmetika dükanında Bermud adasındakı kimi itib bata bilər.
Stop! Yazının bu qədərini oxumuş hər kəslə mərc kəsərəm ki, fantaziyalarınız sizi lazım olmayan yerlərə aparıb çıxardı. Qadınlar vanna əməliyyatına rəngli, qoxulu şamlar və qaranlıq əlavə etdi ki, bədəninin çatışmazlıqlarını gizlədə bilsin. Kişilərsə vannanın ikinəfərlik həcmə qədər genişləndirib ora daha bir neçə nəfəri də salıb «yaş elədi». Mane olmasaydım hər şey əla seks və kababla bitəcəkdi. Milli relaksasiya, yəni istirahət və bərpa üsullarında seks olmaya bilər, amma inanmıram ki, orda kabab olmasın. Mənimlə mübahisəyə girişməmişdən əvvəl sonuncu dəfə necə istirahət etdiyinizi xatırlayın. Əlbəttə, yemək kultu olan bir ölkədə istirahətin yeməksiz üsulları ola bilməz. Ola bilər ki, kimsə qonaq getməklə həftə sonunu yola verməyi planlaşdırır. Ya gedəcəyi yerdə xəbər tutub həşirə düşürlər və 2 gün əvvəldən hazırlıqlar başlayır. Ya da qonaq gedəcək adam sürpriz edərək ev yiyəsini narahat etməmək üçün yeməyini özüylə gətirir, ya da kabablıq əti qoltuğuna vurub özündə əminliklə kiminsə qapısını döyməyi özünə icazə verir. Bunun üstündə pivə olacaq, ya yox, kabab yanacaq, yoxsa pambıq kimi olacaq bunlar artıq texniki məsələlərdir. Biz dənizə çimməyə gedəndə də iki zəmbil yeməklə gedirik. İnanıram ki, bulvarda yeməkxana və çayxanalar olmasa ora səhərlər qaçışanlar və velosiped sürənlərdən başqa kimsə gəlməz. Bəlkə də təqaüdçülər tum çırtlamağa gələrlər. Biz uşaqlarımızı gəzməyə çıxaranda da çantamızı yeməklə doldururuq. Nəvəsinin ayaq açıb gəzməsi prosesini izləyən xoşbəxt nənələr bu mənzərəyə bir qab yoqurt və peçenye qatmasalar xoşbəxtliyi tam olmayacaq. Elə bil ki, bütün azərbaycan xalqı tam tərkibdə şəkər xəstəliyinə tutulacağına vəd verib. Bundan sonra bizə şirin xalq da deyə bilrlər. Sonra isə başdaşımızdı yazarlar ki, ONLAR YAŞAMAĞA MACAL TAPMAMIŞ YEMƏKDƏN ÖLDÜLƏR!

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?