İblis virusu

Şəhərdə virus gəzir! Ağıllı, başbilən kişilər onun adına «İblis virusu» deyir. İndi deyərsiz ki, donuz qripini güclə yola verib, sarğılarımızı təzəcə çıxarmışdıq ki, yeni xəstəlikdən danışırsız. Bəzən onun simptomlarını böyüklərdə görsələr adına etinasızlıq, cavanlarda görsələr nadanlıq deyirlər. Savadlı adamlar bilir ki, xəstəliyə ad verməzdən əvvəl onun simptomlarını sadalamaq lazımdı. Bir-iki dəfə öskürüb-asqırana «Bu gün sabah öləcək» deyib fatehəsini oxumazlar ki?
Cəmiyyətə diaqnozu dəqiq qoymaqçün əvvəl sağlam insan, sağlam cəmiyyət anlayışına bir az aydınlıq gətirmək lazım gələcək. Sağlam insanın nə olduğunu təxminən bilirik, sağlam cəmiyyətin isə başlıcı fərqləndirici xüsusiyyəti odur ki, burda hər şey insanın yaxşı yaşaması üçün edilir. Belə sağlam cəmiyyətlərdə sağlam düşüncəli insanlar yetişir. Burda hər şey tərəqqiyə və ciddi nizama xidmət edir. Əfsanəyə görə İblis Allahın qoyduğu qanunlara baş əymək istəmədi, «özüm bilərəm» deyib öz bildiyi kimi yaşamaq istədi. Bu prinsipə qulluq edən virusun adını da asanlıqla «iblis virusu» qoya bilərik.
Gəlin etiraf edək, bizim bir-birimizə ehtiyacımız var. Cəmiyyətdən nə qədər narazı olsa da heç kim istəməz ki, bu boyda şəhərdə tək-tənha yaşasın. Şəhər bura təsadüfən düşmüş yox, burda qalıb yaşamaq istəyənlərin yeridir. Məhəllə, qəsəbə, vilayət, rayon, ölkə – bunlar hamısı bu tərifə uyğun gəlir. Hazırda çoxumuz başqa ölkələrin həyatını izləyib həsəd aparırıq. Bu günlərdə oxuyuram ki, 11 sentyabrda 2 əkiz binanı partlatmış terrorçuların kirayə etdikləri evin binasını sökürlər. Sonradan aparılan araşdırma nəticəsində bu mənzildə onların yığışdırılmamış yataqları və yemək qırıntıları tapılıbmış. «Cekson Strit 1818» ünvanında ev kirayələyən gələcək pilotların qonşuları deyir ki, binada çoxlu zibil və siçanlar olduğundan qəzalı vəziyyətə düşüb və onlar həvəslə eni mənzillərə köçürülmələrini gözləyirlər. Deyərsiz kirayişinə nə var ki, millət dərdi çəksin, onun şəxsi evi deyil. İndi artıq sökülmüş bu binanın sahibi Brayan Krosman isə deyir ki, Hollivud şəhərinin tarixinə kölgə salmış bir binanı sökdürdüyünə görə fəxr hissi keçirir. Binanın yerində o, basseyn və avto dayanacaq tikmək fikrindədi. Fikir verin, o, evin və qazancının əldən getdiyindən narahat deyil. O, faciə nəticəsində ölmüş 2998 insanın qohumlarının və şok keçirmiş həmvətənlərinin hisslərini daha üstün sayır.
Dünyagörmüş kişilər deyərdi ki: «Ev-eşik nədi? Dünya malıdı, gəldi gedərdi». Britaniyada qədim sirkin yerləşdiyi ərazini qorumaq istəyən aktivlər məsələn belə düşünmür. İctimai valantyorlar Kolçester şəhərində 200 min sterlinq toplayaraq unikal abidənin yeprləşdiyi ərazini almaq fikrindədirlər. Kolçester Britaniya adalarında yerləşən qədim Roma şəhərlərindən olan Kamuloduna şəhərinin yerindədir. Burada yerləşən sirkdə vaxtilə araba yarışmaları keçirilərmiş. Amma indi qədim sirkin ərazisi 19-cu əsrlə salınmış bağ və hərbi tikintilərlə bir neçə yerə bölünüb. Ərazinin evlərlə tikilməsinin qarşısını almaq üçün onlar yığılmış pulla bağın və hərbi hissənin ərazisini alıb orda muzey yaratmaq fikrindədirlər. Sirkin dərdinə qalan bir ailə 60 illik evlilik yubileyinə çağırılmış qonaqlardan xahiş edib ki, heç nə hədiyyə etməsinlər, amma qədim sirk üçün ianə versinlər. Başqa bir ailədə isə evin sevimli iti sirkin qalıqları arasında gəzişməyi xoşladığından xeyriyyə marafonuna qoşularaq böyük məbləbdə pul vermişdi.
Gəlin xatırlayaq, sökülən tarixi binalardan hansı üçün bir qəpiyimizdən keçmişik? Amma binanı sökənləri bollucu söymüşük. Mən (inanıram siz də eləsiniz) hər səhər küçəni yalandan süpürən süpürgəçinin yanından etinasızlıqla ötüb keçirəm. Ona «bəyəm sən şəhərimizi sevmirsən?» sualını vermirəm, ya da özümə yaraşdırmıram. Həm də onun nə cavab verəcəyini bilirəm. Bilirəm ki, əvvəl «Sənə nə var, özüm bilərəm» deyəcək, sonra isə kiçicik maaşını xatırladacaq. İndiyəcən belə daranışa iblis virusu demirdilər, sadəcə etinasızlıq deyirdilər. Amma etinasızlıq belə miqyaslarda yayılanda ona epidemiya deyilir. Şəxsən mənimçün bu xəstəlik süpürülməmiş məhləmizi görəndə əlimə süpürgə alıb bu işə görə maaş alan süpürgəçiləri söymədən təmizlik yapan günü keçəcək. Şəhərimizin tarixi binalarının söküntülərini aparıb bağ hasarınımızı hörməyə ürək eləməyəndə, «Heyifdi, tariximizdi» deyəndə bu iş sizin də başınıza gələcək.

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?