Əbədiyyətə bir mesaj

Doğrudanmı ölümümdən sonra mən sizə bu cür lazımam?
V. Vısotski


Bir neçə il əvvəl ekranlara çıxmış «Mənim ərim dahidir» adlı film böyük söh-söhbətə səbəb olmuşdu. Film bakılı alim-fizik Lev Landanun həyat yoldaşının xatirələri əsasında çəkilmişdi. Landaunu sağlığında tanıyanlar, kolleqaları və iş yoldaşları, tələbələri xüsusilə etiraz edirdi. Filmdən sonra hətta Rusiya Federasiyasının Elmlər Akademiyasının müraciət məktubu da göndərildi. Amma film kifayət qədər uğurla göstərildi və yəqin ki, yaddaşlarda həkk olundu. Kinoşünaslar yazır ki, hansı yolla olursa olsun əgər film düşünməkçün əsas verirsə onda onun müəllifləri böyük savab iş görüblər.
Bu filmin niyə etiraza səbəb olmasını araşdıraq. Landaunun arvadı Maya Drobanseva eyniadlı kitabı əsasında çəkilib. Orijinalı oxuyanlar deyir ki, film kitaba nisbətən çox abırlıdır və son dərəcə redaktə olunub. Burda Landaunun yoldaşı onun həyat tərzini intim detallara qədər açıq yazır. Kitaba əsasən Landau arvadbaz idi və hər dəfə evə gözəl qadın gələndə arvadı şərtləşdikləri kimi onlar üçün təmiz döşəkağı salmalı və gözə görünməməli idi. Landau despot deyldi. Öz arvadana da bu tərz azadlıq vermişdi. Təbiətcə qısqanc olan Maya Drobanseva bu xasiyyətini gizlətməli idi. Çünki büruzə verən kimi Landau onu cibxərcliyini kəsməklə cəzalandırırdı. Yəni onun qısqanclığını bu yolla islah etmək istəyirdi. Bir gün arvadının tənha həyatından narahat olan alim ondan «Niyə özünə məşuq tapmırsan?» sualını verir. Maya ona deyir: «Evdar qadınlar özünə məşuqu ərinin dostlarından seçməli olur. Sənin fərli dostun da yoxdu axı…». Bu irad Landaunun ürəyinə düşür və arvadını tənhalıqdan çıxarmaqçün özü çırmanıb layiqli namizəd axtarır. Bir neçə gün sonra alimlər arasından ən gözəgəlimlisini, sorğulara əsasən qadınların sevimlisini axtarıb tapır və evə nahara dəvət edir. Səhər işə gedəndə arvadını muştuluqlayır ki, axşama hazır olsun. Onun arqumenti belə idi: «Evin kişisinin vəzifəsi arvadını xoşbəxt etməkdir. Ola bilər mən bu vəzifəni o qədər də yaxşı icra etmirdim. Səhvimi bu yolla düzəltməyə çalışacam». Mayanın qısqanclıq tutmaları və isteriyalar olanda isə ona belə deyirmiş: «Sən hərdən sonuncu tikəni özünə qıymayıb uşaq kimi ağzıma dürtürsən. Əgər bu gənc xanım məni 5-10 dəqiqəlik sevindirəcəksə axı niyə sən bu sevinci mənə qıya bilmirsən?». Belə hissləri anlamaq çətindi.
Etiraz edənlər ən əvvəl filmin başlığına «Mənim ərim dahidir» ifadəsini çıxarmağı nalayiq sayır. Bu iyərncdi, biabırçılıqdı. «Adam özünə, öz ərinə dahi deməz» kimi utancaqlıq komplekslərimiz var. Bu məsələyə aydınlıq gətirmsəkçün əvvəl dahi sözünün özünü raşdırmalıyıq. Lüğətlərə görə «istedadıdın ən yüksək zirvəsinə çatmış adam» dahi adlana bilər. Bu ifadə qarşınızdakının dahi olub, olmadığına bir tikə də aydınlıq gətirmir. Bunu hər kəs öz intuisiyasına arxalanaraq təyin edir. Hərəninsə öz intuisiyası var. Məsələn, Tolstoy Şekspiri dahi saymırdı. Pisarev Puşkində söymədiyi bircə atası qalmışdı. Pasternakın, elə həmin o Tolstoyun özünü də sevməyənlər var. Mənim zənnimcə Şaqalın və Salvador Dalinin çəkdikləri balaca oğlumun cızmaqaralarına bənzəyir. Maleviçin «Qara kvadrat»ını hələ 3-cü sinifdə kəşf etdiyimi düşünürəm. Yaxud 20-ci əsrin əvvəlindən sonra yazılmış əsərləri musiqi adlandıra bilmirəm. Amma bütün bu cür inqilabi fikirləri içimizdə saxlamalı oluruq. Çünki əksəriyytinin fikri daha qiymətli sayılır.
Dahilik həm də istedadın universallığı ilə də ölçülür. Bu meyarla yanaşanda dahilər çox az olub. Leonardo da Vinçi, Lomonosov, Qumbold… Müəyyən sahənin dahisi də yetişə bilər: dahi yazıçı, dahi rəssam, dahi mühəndis. Bayaq adını çəkdiyimiz Landau deyilənə görə Enşteyndən sonra birinci idi. Amma o cür dahi insan məişət məsələlərində uşaqdan da betər naşı və təcrübəsiz idi. Biz onun alimlik dərəcəsini ölçməkdə acizik. Çünki Landaunun əlyazmaları adi adam üçün yapon dilində oxunmuş şeir kimi bir şeydir. Onun haqqında filmə etiraz edənlər filmdə tamam başqa, öz ölçülərilə yaradılmış dahini görmək istəyirdi. Filmdə daha bir kadr vardı: Landau təsadüfən elmi müdafiədə iştirak edəndə yazı taxtasında bir neçə rəqəmi guya ki, təsadüfən silməklə kiminsə neçə illik zəhmətini yerə vurur. O, bunu dahiyanə deyil, küçə oğrusu kimi ehmalca və qəddarcasına edir. O, əlinin bir hərəkətilə hamının necə də cılız olduğunu göstərmək istəyirdi. Sizcə tamaşaçı qadın və kişini eyni səviyyəyə qoyan dahinin intim həyatının detallarını biləndən sonra onu bağışlayarmı?
İctimai rəyə görə dahi belə olmur. Dahi vaxtaşırı uzaq-uzaq üfiqlərə baxan dalğın daxışlarıyla yerdəki bəndələrə ötəri nəzər salıb bütün dünyanın ağırlığını çiyinlərində daşıyan obrazdır. Bizdə də dahilik haqqında yaranmış bir filmə etirazlar eşidilib. Bir neçə il əvvəl rəssam Səttar Bəhlulzadə haqqında film çəkilmişdi. Hamı bilir ki, Səttar ictimai rəyə tüpürmək belə istəməyən bir adam idi. Boz «balonka» plaşını əyninə keçirib çöllərdə sərgərdan gəzib rəsmlər çəkirdi və onları bəyəndiyi adamlara hədiyyə edirdi. Filmdə onun qapılara düşüb dilənçilik etməsini göstərən məqamlar vardı. Filmin bu hissəsinə onun qohumları və kolleqaları möhkəm etiraz etmişdi. Çünki hamı bilirdi ki, Səttar pulu evə o vaxtlar bazarlıq üçün yarayan kağız zənbillərdə gətirirdi. Tullayırdı stolun üçtünə və nə qədər olduğunu da heç vaxt bilmirdi. Amma ola bilər ki, nə vaxtsa, kiməsə əl açmalı olub. İndi özünüz qərar çıxarın, belə kadrları filmə salmaq olar, ya yox?
Bütün bunlar bir daha sübut edir ki, biz dahi və dahilik haqqında hələ ki, heç nə bilmirik. Bilmədiklərimizdən danışmaq, ya da daha pis, yazmaq əbədiyyətə tüpürmək kimidir…

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?