Ədəbsiz təklif


Son vaxtlar maşın almaq barədə lazım olduğundan artıq düşünürəm. Bakının küçələrində sürücü qadınların sayının artdığından, sürücülük vəsiqəsi almaq artıq kifayət qədər real olduğundan, maddi durumum artdığından deyil, ictimai nəqliyyatda vəziyyətin dözülməz olduğundan. Söyüş söymək, dava-dalaş, sürücü «avtoş»luğu kimi çox rast gəlinən halları qoyaq bir kənara. Söhbət erkəklərin təcavüzündən gedəcək.
Ədəbsiz təklifləri çeşidli yollarla edən erkəkləri sürtüşən, sataşan, sürtünən, itələşən, marıtlayan, mırtlaşan və sair kateqoriyalara ayırmazdan əvvəl deməliyəm ki, zahiri görünüşüm kifayət qədər abırlıdır. Özümü qınaq mənbəyi etməyi sevmirəm və şəhərimizdə normal qəbul olunmuş tərzdə geyinirəm. Həmin səbəbdən ədəbsiz təklifləri mənim boynuma atmaq cəhdindən daşınmanızı istərəm.
Bakıda böyümüş qız və qadınlar hələ körpəliyindən bu mühitdə yetişdiyindən kişi təcavüzünü norma kimi qəbul edərək böyüyür. Artıq yetkinlik yaşına çatar-çatmaz qızlarımızı baxışından başıaşağı, yaxud dingildəyən növlərə ayırırıq. Yəni ki, kişi diqqətinə həris, yaxud etinasız olmasını gözlərindən oxuyuruq. Şəhərimizə sonradan gələnlər də az keçməmiş ictimai yerlərdə personasına olan marağa öyrəşir. Onlardan ən cəsarətliləri yeni paltarını silah poliqonu kimi ictimai nəqliyyatda sınaqdan çıxarır. Nəticələrə görə, yəni yeni paltara reaksiyaya görə onun nə dərəcədə cazibədar olduğunu müəyyən edir. Təbiətcə nisbətən utancaq olanlar belə sınaq təcrübələrini reputasiyasına layiq bilməyərək kölgədə qalmağı üstün bilir. Bəzən yeniyetmə qızlar «Nəyi geymək olar, nəyi olmaz» kimi çox vacib sualın cavabını ailədə böyüklərindən deyil, küçədə, işdə, cəmiyyət arasında ona olan reaksiyadan öyrənir. Hər bir halda bütün kateqorayanın qız və qadınları diqqətdən kənarda qalmır. Burda belədi, kişiləri gözütox olmağa öyrədi bilmirik.
Keçmişdə küçədə kiməsə sataşanda bunu qızın boynuna atırdılar. Yəni ki, «Özünü abırlı aparsaydı sataşmazdılar» deyirdilər. Həmin səbəbdən qızlar küçədə təcavüzə məruz qaldıqlarını böyüklərindən, qardaşından gizlədərdi. İndi hamıya və hər yerdə sataşırlar. Yaşına, vücuduna, davranışına fərq qoymadan hamıya. Görəsən kişilərin əl-ayağını, dilini bu qədər açan səbəblər hardan əmələ gəldi? Xaricə gedib-gələnlər bilir ki, orda küçədə lap yarıçılpaq gəzsən də diqqət mərkəzini tuta bilməyəcəksən. Söhbət inkişaf etmiş ölkələrdən gedir, yerimiz-yurdumuz bizə Şərqə yaxın olduğumuz qədər Qərbə tərəf dartınmağa əsas verir. Özünü başqa insanlara qarşı neytral aparmaq məncə normal insanın davranış qaydasıdır. Bəs bu normal davranış qaydasını oğlanlarımıza niyə aşılamırıq? Qızı körpəlyindən «rəndələyən» analar oğlanlara da davranış dərsi niyə keçmir? Axı oğlan da alaq otu deyil, öz-özünə böyüyə bilməz.
10-20 il bundan əvvəl, yəni indikindən dəfələrlə cavan və yəqin ki, daha cazibədar olduğum halda küçədə nisbətən rahat və asudə gəzirdim. Dalımca düşən olsaydı belə o, (onlar) yaxınlaşmağa, nəsə deməyə çox vaxt cəsarət etməzdi. Əlinə imkan düşən kimi, yəni axşamtərəfi olsaydı, ya da avtobus dayanacağında adam olmasaydı bir metrliyimə gəlib dodaqaltı nəsə deyə bilərdi. Adətən cavabsız qalan monoloqdan sonra bezib uzaqlaşardı. O vaxtlar 4-cü barmağında üzüyü olan gəlinə söz deməyə kim cəsarət edərdi? Şəhərli, ya da əyalətdən olmağı fərq etməz, bu günün yeniyetməsi, gənci azyaşlı uşaqları yoldan çıxaran əxlaqsız qadınlar və komplekslərin, xəcalətin nə olduğunu anadangəlmə bilməyən qızlar bəradə filmlərlə böyüyür. Sosial şəbəkədə ipini açıb buraxmış adamlarla söhbətləşir. Sonra təssüratla dolu beyninə rahatlıq vermədən adam arasına çıxır. İndi küçələr iyrənc fantaziyaların reallaşdığı meydana çevrilib. Ona görə də fərqinə varmadan kimə gəldi mobil nömrə paylayan cavan oğlanların əlindən metroya minmək olmur. Etiraf edim ki, yaşıdlarım tərəfindən təcavüzə məruz qalmağımı xatırlamıram. Olursa da ya sərxoşmuş, ya da bədbəxtin biri. Mən dəhşət hissiylə azərbaycanlı məktəblisinin öz müəllimini zorlayacağı günü gözələyirəm. Çünki bu mövzuda onlarla filmə baxmışam.
Oğlum yaşında uşaqların təcavüzünü beşiyində boğmağın bir yolunu da tapmışam. Utanıb qızarmadan yaxınlaşan adama «Mənim oğlum səndən bir baş hündürdü» deyirəm. Bu üsul hələ ki, işləyir. Sehirli kəlməni eşidən kimi «xalaşka»dan sanki şillə almış kimi geri çəkilirlər. Amma nəsil yeniləşir, deyəsən yeni təsirli ifadələr tapmaq lazımdı. Zamandan geri qalmaq olmaz. Çünki qonşu ölkələrdə qocaların zorlanması hadisələri artmaqdadı, havası buralara da gələ bilər.

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?