Papurri


2012-ci ilin Avroviziya müsabiqəsində oxunmağa namizəd bir hava
Adamın beyninə gündə bir hava gəlir. Mahnı zümzümə edəndə adam havalanmır. Oxuyan xalq kimi biz bunu təcrübədən çox keçirmişik. Elə sözümüz olanda da həmişə oxuya-oxuya demişik.
«Ruhum bədəndən oynar, yadıma sən düşəndə»
Bilmirəm unutqanlıq hardandı, «Qalada yatmış idim, top atdılar oyanmadım. Söz ilə söhbət ilə oyatdılar» deyibən Avrovijenin tarixcəsini xatırlamalıyam. Biz o tay-bu tay cəmi 4 dəfədir ki, gedib gələndən sonra birinciliyə çıxdıq. Brejnev demişkən «Şirako şaqayet Azerbaydjan», yəni «Azərbaycan iri addımlarla irəliləyir». Bir də ki, qələbə «Üç gündən bir beş gündən bir» olur bəyəm? Bax, ölün acığınızdan, birinciliyi əldə edə bilməyənlər: «Mənim öz sevgilimə heyran olum, mən, mən, mən, mən».
2011-ci ilin müsabiqəsində sehirli 221 xal toplamış Ell və Niikkinin indi milli ruhda, milli ənənələrimizi təbliğ edəcək bir hava oxumağı lazım. Kimliyimiz bilinəcək, o saat. Onsuz da «Qədir bilən yanında dünyada qiymətlisən». Bu günlərdə, yəni səfər təssüratlarının təngənəfəsliyi keçəndən sonra Ell, yəni ki, Eldar Nigardan bir toy mahnısı da istəyib. Deyib ki, Nikki gərək mənim toyumda bir ağız oxusun: «Pəncərənin milləri, Muleyli. Açıb qızıl gülləri Muleyli». Yəqin o da toy biznesinə qoşulmaq arzusundadı. Hər gün Avrovijen olmur ki? Toylar həmişə var.
«Girdim yarın baxçasına»
«Bu gələn yarə bənzər», ay Avropa. Gələn il gələrsən bizə. Biz sənə göstərərik necə «Saçın ucun hörməzlər, gülü sulu dərməzlər». Gələn il, «Araz axar lil ilə. Dəstə dəstə gül ilə» süzülüb lil əvəzi çiçək dəstələri çıxaracaq sahillərinə. Mənimçün «Üç telli, dörd telli, beş telli durna. Sən haralısan, haralı durna» demə. «Aman ovçu vurma məni, mən bu yerin maralıyam» aaa. Bəlkə gələn dəfələr mən sizə mehman oldum, hələ bilmək olmaz.
«Əlində sazın qurbanım. Eyləmə nazın qurbanım» deyib çox oxumuşuq. Ona görə sevinməliyk, gözü görüncə, ürəyimiz doyunca. Ağzıgöyçəklər qoy yazsın ki, Azərbaycan bu uğurunu pulla alıb, ruşvət verib, nə bilim nə. Onların fikrincə bu müsabiqə o qədər siyasiləşmiş ki, hər il guya təsadüfən siyasi arenaya ehtiyacı olan ölkələr qalib olur. Düzdü də, deməyə sözün varsa, oxumağa mahnın da eləcə, niyə də olmasın? Bir də ki, siyasət müəllim özü bilir kimə nəyi verir. «Dolayı gəl, dolayı. Həsiri basma dolan gəl». Eybi yox, sarayı özümüz süpürərik.
«Ay dili, dili, dilavər»
Millət, şparqalkalarınızı hazırlayın, şəhərə əcnəbilər gələcək. Dil bilənlərə nə var ki, yerdə qalanının problemləri olacaq. Məsələn birisi yaxınlaşıb məşhur bir abidənin yerini əlbəttə ki, öz dilində soruşacaq. Nə cavab verəcəyik? İki daşın arasında ona dilimizi necə sırıyarıq ki? Deyəcək «Nə olsun, Avrovijenin qalibi hər il birisi olur, o qədər dilmi öyrənəcəm?». Ona görə də hamı ingilis dilində Azərbaycan tarixi və mədəniyyətinə dair kiçik ekskur hazırlamalı və hər ehtimala qarşı ürəyinin başında gəzdirməlidir. Axı bizim cəmi bir ilimiz var ki, ölkəmizi dünyaya tanıdaq! «Bazarda kişmiş, vaxtı indidi, ciblərə düşmüş vaxtı indidi».
«Ay tanrı bundan beş dənə ver» nə olur!? Bəlkə iqtisadiyyatımızın yeni, görünməmiş modelini bir də yaratdıq! Onsuz da «Alma alamaya bənzər».
«Gəlirəm, gedirəm xəbərin olsun»
«Kücələrə su səpmişəm. Yar gələndə toz olmasın» deyib Avrovijeni qarşılarıq. Bax, «Samavara od salmışam, istəkana qənd salmışam», qalıb bircə qarışdırıb hortuldatmaq. Ay Avropa, «Araxçının məndədir, sərmişəm çəməndədir»!
Millətimizin gözü toxdu. «Almanı atdın xarala, qaldı sarala sarala» deyə deyə halal malını zay eylər, amma başqasınınkına gözünün ucuyla da baxmaz. İnanıram, xaricilər bura gələndən sonra «Kətan köynək, nazik bədən, gördüm bihal oldum» oxuyacaq.
Ay qız Tello! «Araz üstə, düz üstə, kabab yanar köz üstə», bir zirək ol da! İndi qonaqlarımıza boyat kababmı verəcəyik! Şəhəri təmizləməliyik, çirkimizi yumalıyıq, yarımçıq evləri tikməliyik, daxmaları sökməliyik, gül-çiçək əkməliyik, Özümüzü abırlı aparmalıyıq, biz sözlə layiqli olmalıyıq!
Polislər indidən bilir ki, «Yar bizə qonaq gələcək, bilmirəm nə vaxt gələcək». Vəssalam. Bundan artığını onlara demək hələ ki, lazım deyil. Tutub içəri basarlar, elə bilərlər özümüzünküdü.
«Get ay batandan sonra gəl ay oğlan»
«Yara mehman gələndə, durar çıxar qabağa. Ay ləliyəm, ləliyəm, ləli…». Vallah, bu heç oxuya-oxuya da danışalısı söhbət deyil. Amma deyirlər ki, onlar da gələcəklər. Yəni geylər bu Avrovijeni xüsusilə sevirlər, bir yarışmasını da buraxmırlar. Bakıya «Özü bir gül, sözü bir gül, saçı sünbül, gül oğlan»lar gələcək. «Azərbaycan marılı»na rəqib olacaqlar. Oğlanların gözü kor olar, «Sudan gələn sürməli qız»ları görməz birdən… Qızları nənələr ev dustağı edən zaman oğlanların gözünü oğurlayacaqlar. «Qoy gülüm gəlsin ay nənə, qapıda duran oğlana bir rəhmin gəlsin nənə» oxuyancan mavilər «Əyin üzündən öpüm, dünya ölüm-itimdi» deyəcək. «Sarı köynək, sarı çəpkən, badamı çit tumanı»n balağını əlinə alıb pəncərədən qaçan qızlar oğlanlardan «Dedim bir busə ver» , «o da verdi» kimi absurd izahları eşidəcəklər.
Hələ nə qədər «Mən bir bəzəkli gəlin olub sandıqdan çıxsam neylərsən» oxuyanlarımız olacaq. «Qaşın qara, gözün qara, sürməni, vəsməni neylərsən» kimi vəsf elədiyimiz qızlarımız doyunca göbək atacaq. «Halaya gəlin, qızlar. Halaya! Hay-lo-lo-lo-lo…..»
Öz aramızdı, onsuz da çoxdandı ki, «Külək atar ağ örpəyi. O yan bu yana vurar». Oğlanların «Məni dərdə salan dilbər, yaxan düymələ, düymələ!» deməkdən dilləri qabar olub. İndi əksəriyyətinin dilində bir mahnıdı: «Sən məndən busə istə, mən deyim gözüm üstə».
Bir də gördün qapımızı döyüb «Aparmağa gəlmişik, şal almağa gəlmişik» deyib elsiliyə düşüb bu avropalılar. Cavabında «Sizin bağın meyvəsi, bizim bağa tökülsün» deyərik. Bizim də avropalı olmağımıza bir şey qalmayıb ki! Əgər «Xəlqi əfqanım və qara bəxtim oyanmasa» neynək, «Oyadaram öpə-öpə».
«Səni yanasan toyuq tutan, odlanasan toyuq tutan»
«Qızılgül əsdi, səbrimi kəsdi, sil gözün yaşın, qaragilə, ağlama bəsdi!». Bu il ermənilərin çıxışı əvvəlki illərə nisbətən daha yaxşı idi. Nə ağlamaq vardı, nə sızlamaq. «Yaralıyam, dəymə, dəymə» deyən olmadı ki, qıraqda qaldılar. Onlar da «Yeri ha yeri, küsmüşəm səndən» oxuya-oxuya partlamışlıqlarından bizim uğurumuza kölgə salmaq istədilər. Guya nəticələr saxta imiş. Bah! «Elə yar, yar deyirlər, heç məni demirlər» oxumaq sizə qalacaq. Onsuz da bütün reytinq cədvəllərində, radiostansiyaların onluqlarında bizimkilər birinci idi. Müsabiqəyə qalınca «İstəyirsə gəlsin, istəmirsə özü bilsin».
«Ay bu yerlər sərin yerlər, əs ey gilavar, galavar»
Qoy millət həqiqəti bilsin: «Tutu nənəm, nənəm nənəm. Səni sağan mənəm, mənəm». Satmağa ayrı yerimiz yox. Maddi dəyərlərimizin mənbəyi də bura, mənşəyi də. Bizdə yalnız «Qarə tellər, yar könlünü qarət eylər». Ayrı şeyləri ürəyinizə gətirməyin.
«Evləri var xana-xana». Bir də ki, «Dam üstədir damımız, qoşadır eyvanımız. Sən ordanı çıxmən burdan, kor olsun düşmənimiz» deyəndə utanmırıq. Bizim nəyimiz olmasa da ev-eşiyimiz var. «Bu yerlərdə üç yol var, üçü də balam getməli. Biri eniş, biri yoxuş, biri düz». Enişi, yoxuşu düzəldib hamarlarıq. Artıq yol çəkməkdən təcrübə yığmışıq. Kimə nə? «Xal mənim, yar mənim, xalxa nə borcu niyə düzdürmüşəm». Küçəyə asfvalt döşəyirəm, yoxsa az sonra söküb qəmbər döşəyirəm?
«Uca dağlar başında ceyran yol eylər»
«Əzizinəm Qarabağ, yaddan çıxmaz Qarabağ» deyib dünyanın gözünü yaşardarıq. «Şuşanın dağları deyil dumanlı, qırmızı qoftalı yaşıl tumanlı» qızlarımız bəlkə elə 20 illik problemlərimzi bir göz qırpımında çözəcək? «Zərrəcə eşq olanın dərya qədər tabı gərək».
«Görüm səni yanasan» ay erməni, necə ki, yanırsan. Bu il sən zarıyıb düynyaya yazıq kürkündə erməni soyqırımını sırıya bilmədin!
«Gülə-gülə ay canım»
«Pəncərədən daş gəlir, xumar gözdən yaş gəlir» və bir gün gələn qonaq geriyə qayıdır. Nə olar, «Gedərsən yola sallam, qalarsan qadan allam». İnanıram getmək istəməzlər və dilimizdə «Kəklik, gəl qovla məni» oxuyarlar. Biz də cavabında «Həştərxana gedən cəmi bənd olur, qayıdıb gələndə yükü qənd olur» deyərik. Millət, amma «Ver yara dilim dilim» deyə-deyə var-yoxunu paylama ya.
«Onu demə zalım yar»
Mənim də işim-peşəm mahnı oxumaqdı da. «Biçinçiyəm, işim-gücüm biçindi. İşləməyim səadətin üçündü», millət.
… Balam ey-y-y …

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?