Dünyaya
gəldim, gördüm və istədim…
Yaxud öz-özünlə diplomatik münasibətlər
Bizim gündəlik həyatımız göz qırpımında ürəyimizin alovunu söndürərək
ardını yaşamaqdan ibarətdir. Biz bunu meşə yanğınından qorxan bir pioner
kimi çox tez, keyfiyyətli və əsaslı şəkildə etməyi öyrənmişik. Elmi
dildə qəlbi alovlandıracaq qığılcıma drayv deyirlər.
Tonqallar da müxtəlif olur. Hamı bilir ki, tonqalnan ehtiyatlı davranarlar.
Çünki onların bir göz qırpımında ətrafını külə döndormək xasiyyəti var.
Bütün dinlər ürəyin alovunu söndürməyi, ya da heç olmasa nəzarətdə saxlamağı
tövsiyyə edir. Hamı da bilir ki, ürəyin odu sönən kimi həmən adam artıq
üzü o yanadı. Yəni bu drayv nədisə olanda da, olmayanda da yaşamaq olmur.
Qorxu, istək, aqressiya, xoşbəxtlik kimi emosiyalar təəssüf ki, ixtiyarını
bizə vermir, onları kənardan isə salırlar. Biz sevginin oyatdığı drayvı
söndürə bilirik, sevginin özünü yox. Məsələn, Adeksandr Blok öz arvadı
ilə sevişmirdi ki, bu qadın onun «ürəyinin xanımı», ilham pərisi olaraq
qalsın. Özü isə küsədən keçən ilk xanıma, ya da fahişəyə vurulur və
bununla da ürəyində yaradıcılıq üçün ona lazımi şəraiti yarada bilirdi.
Biz, ortabab Allah bəndələri belə kreativ üsullarla yaşaya bilmərik.
Bizlərdən bəziləri ürək odunu söndürməkdə artq ustalaşıb. İnamsızlıq,
xainlik, şübhələr, «O, mənim arzuladığım adam deyil», «Mən belə cındır
evdə yaşaya bilmərəm», və janrın klassikası «Emosiyalar yaxşıdı, amma
nə vaxtsa real həyatla üzləşməli olacağıq» kimi fikirlərlə drayvı da
qiymətdən salır. İnsanın ağrı çəkmək qorxusu o qədər böyükdür ki, onun
ucbatından sevgini yaşamaq şansını əldən verir. Sevinc yaşanmadı, amma
tənhalıq qorxusu qaldı. Bu impuls lazımi bioloji prosesləri işə sala
bilmədikdə üzr istəyib beynimizdən çıxıb getmir. O, gecə yatmazdan əvvəl
yeyilmiş bir tikə ət kimi enerji yaratmaq əvəzinə içəridə qalıb olan-qalan
enerjini həzmə sərf eləyir. Bəzən bu tikəni həzm eləməyə illər lazım
olur.
Əgər siz paranoik deyilsizsə qorxu da keçici vəziyyətdir. Bir balaca
diksinmə, məsələn filmdəki səhnədən yaranan qorxu hissi drayv yarada
bilər. Ya da başqasınnı sevgisində qəlbin uçunar. Amma sonra «ya xan
ölər, ya da eşşək» prinsipiylə ardını yaşayırıq. Kənardan baxanda hər
şey yaxşıdı. Amma hər axşam bədənin evə çatdırmaq arzularınn ən alisi,
ən lazımlısına çevrilir. Bu şəraitdə dəvə quşu kimi davranmaq da nəticə
vermir. Zaman keçdikcə başını qumun altından çıxarmaq istəyi öz-özünə
yoxa çıxır. Müasir psixoloqlara qulaq assan hər birimiz sanki əlimizdə
sehirli çubuq gəzdirirmiş kimi yaşamalıyıq. Gəldim, görldüm və istədim.
Yəni «Arzuladığın hər bir şey sənindir» deyənlərə inanmaq istəyirsən.
Amma sənin bir tərəfin maşın sürmək istəyir, o biri tərəfin «Hələ imkan
yoxdu, bilmirəm hardan əldə edim» deyirsə enerjin aşsüzəndən tökülən
su kimi bir göz qırpımında yoxa çıxır. Şəxsiyyətin natamamlığı bizim
çətin zamanımızda icazə verilməz israfçılıqdır.
Drayv belədir ki, onu oyatmaq yalnız öz əlimizdədi. Əgər oxuduğun kitab
ürəyinə toxunmursa, baxdığın televiziya verilişi heç bir emosiya oyatmırsa,
ünsiyyət ləzzət vermirsə deməli başqa yollar axtarmaq olar. Əgər həyatına
itdiyədək duymadığın emosiyanı gətirmək fikrindəsənsə deməli indiyədək
etmədiyin bir işi, hərəkəti görmsəlisən. Drayv adlı divi yuxudan oyadan
ən yaxşı vasitə yenilikdir. Yeni ölkələr görmək, yeni şəraitə düşmək
imkan xaricindədirsə yeni insanların həyatına yaxın gəlmək heç bir sərfiyyət
tələb etməz. İnsan iç-içə yığılmış oyuncaq kimidir. Bir qatı soyundursan
altdan o birisi çıxar. Heç kim də sonunda nə görünəcəyini bilmir.
«Mən hər şeyi görmüşəm, məni heç nə ilə təccübləndirmək olmaz» kimi
klassik ifadəni deməklə biz artıq nəyinsə sonunda olduğunu, axtarmaq,
yeniləşmək ehtirasına köklənmiş psixikamıza zorla yeridirik. Hər gün
eyni masada oturmaqla, eyni işi görməklə, eyni adamlarla ünsiyyətlə
özümüzü inandırmışıq ki, dünya havasız iş otağımız, palçıqlı marşrut
avtobusu və narahat evimiz boydadır. Bizim seçim hüqüqümüz olduğu barədə
düşünməyə imkanımız yoxdu. Dünya evimiz qədər cılızlaşanda biz sevdiklərimizi
itirməkdən, tək qalmaqdan qorxmağa başlayırıq və ətrafdakı sevdiyimiz
insanları tələbkarlığımızda incidirik. Ola bilər kimsə ətrafında buğda
boyda istedadını gözə soxur. Bu zaman sən hardasa basdırdığın bir sandıq
bacarığının yerini artıq xatırlaya bilmirsən.
Vikipediya da drayv instiktiv arzu kimi təqdim edilir. Yəni ki, fərdin
bu arzunun reallaşması uğrunda apardağı hər hansı hərəkətin doğurduğu
razılıq hissi. Onun keçib-gedər olduğu yazılır. Bu duyğu arzuya, xəyala,
məqsədə donənə qədər insanı irəli çəkir, qısa müddətli olsa da həyat
sevinci yaşamağa məcbur edir. Bu drayv yalnız daxili «mən»in senzurasını
keçir. Bu, elə sahədir ki, kimsə bura soxula və öz arzusunu yeridə bilməz.
Azadlığın bütün mümkün formaları əlimizdən alınandan sonra yenə də kimsənin
burnunu soxu bilməyəcyi azad zona hər kəsin itiyarında olur. Bu azadlığı
əlimizdən ala bilməzlər…