Balalı bəlalım


Az qalıb!... Bir az da dözün. Maydı. Gözünü açıb yuman kimi dərslər bitəcək. Ölüm-zülümlə dərs ilini yola verdik. Çox danlandıq, əsəbləşdik, uşağımızı çəngələdik, müəllimin üzünə qayıtdıq, iki gündən bir Allahı çağırıb dəng elədik… İyun ayında uşağın müəllimləri tezbazar imtahanları hə-yox edəcək və dərindən nəfəs ala biləcəyik. Valideyn olmaq asan deyil!
Uşağı hələ məktəbə getməyəni var. Onun pampersini, yoqurtunu, bananını, Hipp çayını, süni südünü, oyuncaqlarını çatdırmaq lazımdı. Körpəsi olan valideynə lap çətindi. Söz qanmır üstünə çığırasan. Multik başa düşmür qoyasan saatlarla televizor qabağına. Danışmalısan, oxumalısan, lazım olsa oynamalısan… Fırfıra kimi başına fırlanacaq, gözdən qoymamalısan. Birdən yıxılar, başı dəyər, alnı çatlayar, sonra həkimə aparıb tikdirmək lazım olar, zərbədən gözü çəp düşər. Yaxşısı budu gözün üstündə olsun. Bu da bir qismətdi, daşıyın, valideynlər!
Elə deməyin, hamı bizim kimi deyil. Bütün millətlər nəsil qayğısına eyni ehtirasla qalmır. Ortabab amerikalı öz uşağına həftədə cəmi 4,5 saat vaxt ayırır. Fransız ondan da az, ikicə saat. Əgər amerikalı qadın üstəlik işləyirsə həftədə cəmi 7 saat uşağına vaxt ayıra bilir, artıq heç alınmır da. Bu məsələdə yenə də fransızlar daha arsızdı. Qadın işləyirsə heç günə bir saat da uşağıyla bir yerdə ola bilmir.
Ortabab avropalı təxminən 29 yaşında valideyn olur. Rusiyada cavanlar bu səhvi daha tez edir, orta hesabla 20 yaşında. Hindistanda 19 yaşında valideyn olurlar. Bu da istidəndi və darıxmaqdan. Bu məsələdə tələsgənlik heç yaramır. Yetkinlik yaşına çatmayanadək uşağımıza körpə kimi baxırıq. Amma 8-9 yaşında da valideyn olanlar var ki, ağır qisməti çiyinlərinə alıb daşıyırlar. Ən cavan valideyn Çində qeydə alınıb. Bu 1910-cu ildə baş verib. Valideynlərin 8 və 9 yaşı vardı. Yəqin bu valideynlərin valideyni yaxşı olmayıb.
Valideyn olmaqçün evlənmək bəs eləmir. Gərək özünü zülmə qatıb heç olmasa bir uşaq doğasan. Bəşəriyyət tarixində bir qadının 69 uşaq doğması halı rekord sayılır. Rekord vurmuş kişi valideyn isə faraon Ramzesi sayırlar. Onun müxtəlif qadınlardan 160 uşağı vardı. Maraqlıdır ki, prezervativ buraxan məşhur firmanın adı da «Ramzes»dir. Yəni ki, bu malı işlədənə üstündə bir qucaq uşaq da arzulayırlar.
Bir uşaq, ya da ki, bir-iki illik fasilylə növbəti uşaq doğularsa nəfəs almağa macal tapırsan. Amma birdən əkiz oldu?! Biri ağzını bağlamamış o birisi açır. Eyni vaxtda qarşoka gedirlər, eyni vaxtda da acırlar. Dəhşət! Deyirlər ki, bu dəşhətdən Nigeriyada daha çox olur. Hər 11 doğuşdan biri əkiz olur. Yaponlarsa əkizlərə tamarzıdır. Onlarda 250 doğuşdan biri əkiz ola, ya olmaya. Allahın onlara yazığı gəlir, bilir axı yerləri-yurdları darısqallıqdı.
Ola bilər biz öz aramızda qürurla «Valideynin pisi-yaxşısı olmur», ya da «Valideynləri seçmirlər» kimi ağıllı kəlamları qürurla deyirik. Amma İngilis həkimləri deyir ki, hər şeyin pisi yaxşısı olan kimi valideynin də yaxşısı və pisi olur. Onlar bir həftədə doğulmuş 7 yaşlı 6574 uşağı müşahidə ediblər. Onlardan hər 20 nəfərdən birinin valideyni boşanıb. Sən demə boşanmış valideynlərin uşaqları həmyaşıdlarından geri qalmağa başlayır. Deyirəm axı, valideyn olmaq asan deyil. Uşağın xətrinə sevmədiyin adamlar da yaşamalı olursan.
Ailə hərarəti deyilən bir anlayış var. Bu yalnız yola gedən valideynlər arasında baş verir. Bu münasibəti rəqəmə çevirib demək də olar. 2 böyük, 2 uşaqdan ibarət ailə il ərzində 1300 kilovatt/saat istilik enerjisi istehsal edir. Əlbəttə, ürək yandırırıq, sonra istisinə qızınıb ovunuruq. Uşaqlarımıza lap son pulumuz olsa da oyuncaq alıb çevindirirk, sonra gözümüzün qarşısında onu sındırmasına dözüb köks ötürürük. Bu çoxdandı ki, elə belə də gedir. Ən qədim oyuncağın 3 min il yaşı var. Onu Arazın o tayından tapıblap. Amma indi Luvr muzeyində qorunur. Xasiyyətimizə bələddirlər yəqin, uşaqlarımız oyuncaq sındırarsa bir bunu ürəyimizə yaxın bilənlərdən deyilik. Odur ki, əlimizdən alıb yaxşıca saxlayırlar. Avropa standartlarına görə tüklü ayının başını qoparmaq üçün uşağın əllərinə 10 kiloqramlıq yük düşür. Görürsüz də, bu torpaqlar həmişə bahadırlar yetişdirib! Bunu milyonlarla qopardılmış ayı kəllələrinə vurmuram day, gözə gələrik. Uşaqlarımızı ərköyün böyüdürük fikrindəyik. Amma alman çoçuqlarının 40 faizi artıq 9 yaşında böyüklərin köhnəlmiş mobill telefonunu işlədir.
Biz bir ucdan oyuncaq sındırdıqca bütün dünya ondan da artıq sürətlə oyuncaq istehsal edir. 1947-ci ildən bəri konstruktor istehsal edən «Leqo» firması o qədər plastmas detal yaradıb k, bölüşdürsən Yer üzünün bütün sakinlərinin hərəsinə 30 detal düşər.
Dünyanın ən tələbkar uşağı ingilis kralı 4-cü Henrix sayılır. O, 9 ayında taxta çıxıb. Onun ilk imzaladığı fərmanda (daha doğrusu barmağını mürəkkəbə batırıb basdığı kağızda) dayəyə müəyyən günlərdə özünü şappıldatmağa icazə vermişdi ki, özbaşına qalıb ağını çıxarmasın. Görürsüz, onsuz da valideynsiz olmuş, lap padşah olsan da. Bir az da dözün, valideynlik zülmünün də bitən bir günü olur. Uşaqlar özləri valideyn olanda…




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?