Qulaqfalı
Yaxud pıçhapıçın yıxmadığı «evlər»


Deyirəm, gəl qapı dalından kimisə püsaq. Bunun adını qulaqfalı qoyarıq, belə yaxşı səslənir. Bilirəm, bilirəm, siz də bunu çox sevirsiz! Məşədi İbad filmindəki yengə kimi əllərimizi dalımızda cütləyib əyilək və ləzzətlə burnumuzu başqasının işinə soxaq…
Xeyr, ayıb-zad deyil! Əgər ayıbdısa qonşunuz sizə qeybət eləmyə gələndə ağzındlan vurun, qaytarın. Sarı mətbuatı və şou xəbərləri oxumayın, onun bunun dediyini fakt kimi qəbul eləyib yaymayın. Sizdə alınsa gəlin üzümə dayanın ki, düz eləmirsən. Onda mən bu köşəmin izlərini nəinki internetdən, hətta kompüterimin yaddaşından silərəm.
Biz şaiyələr inanmasaq, qeybət eləməsək heç olmur e… Elə şeylər var ki, onu kitablarda yazmırlar, danışanda isə bir əlləriylə ağızlarını qapayırlar ki, dodaqların tərpənişindən heç kim duyuq düşməsin. Məsələn, əfsanəvi Misir çariçası Kleopatra deyilənə görə balacaboy və gömbul qadın imiş. Onun kifirliyini pıçhapıçla bizim günlərə qədər çatdıranlar üstəlik deyir ki, kişilərin ağlını başından ona görə qoparırmış ki, paryümeriya və ətirlərdən bacarıqla istifadə edirmiş. Əlbəttə, mənə də inandırıcı gəlmir. Yəni o boyda Roma imperiyasının Sezarının arvadı özünə abırlı bir ətir ala bilməmişdi?
Ya da ki, Napoleonun Jozefinasını götürək. Napoleonun onunçün ürəyi gedirmiş demək bir yana, ərə gələndə bösböyük uşaqlarını yanına salıb gəlməsinə də göz yumaq. Napoleondan yaşca çox böyük olmağı da problem deyil. Amma onun üstəlik iki qabaq dişləri də yox imiş. Mırıqdişli imperatriça olar, özü də lap görsənən yerdə?
2-ci Aleksandra bomba tullamış terrorist Qrenivitski həyatda çox yumşaq, dostcanlı adam olub. Ona görə hamı onu «Kotik» (yəni pişik) çağırırmış. Ciddi yazıçı kimi ad çıxarmış Lev Tolstoyun isə axmaq və yüncül komediyalara, vodevillərə baxmaqçün ürəyi gedirmiş. Ordan çıxandan sonra isə heç də evə tələsmirmiş, sonacan qalıb aktrisalarla tanışlıq, ünsiyyət yaradırmış.
Amerika prezidenti Bencamin Franklin quldarlığa qarşı mübariz olsa da evində bir-iki düjün qara qullar saxlamaq adətini tərgitməmişdi. Bu işə burnunu soxanlara isə deyirdi ki, evdəki qadını və qızları öz paltarlarının ilməsini bir-birinə keçirməkdə o qədər acizdirlər ki, bu boyda qulluqçu saxlamağa məcburdur. Məşhur komik Benni hill isə həyatda qaraqabaq və adamayovuşmaz olub. Onun bir dənə də dostu yox imiş, çünki heç kim onunla ünsiyətə dözə bilmirmiş.
Bakirə kraliça imicini yaratmış Yelizaveta Tüdorun məşuqlarını dənə ilə yox, dəstəylə ölçürdülər. Düzdü, ömrünün sonuna kimi o, ərə getmədi. Multfilmlər kralı Uolt Disney isə siçanlardan dəhşətli dərəcədə qorxurdu. Mikki Mausun yaradıcısı bir dəfə siçanla üzbəüz çıxanda qadın kimi qiyyə çəkərək yaxınlıqdakı kətilin üstünə dırmaşmışdı. Təsvvür edirsiz, hamının gözü qarşısında.
Bu siyahıda reputasiyasını ən çox Ceyn Fonda korlayıb. O, orqanizmin bərkidilməsi, kamilləşdirilməsi və sağlam həyat tərzinin dünya səviyyəli carçısı kimi ad çıxarsa da özü tiryək çəkir, güclü təsirli dərmanlar qəbul edirdi. Eyni zamanda anoreksiya və bulimiya xəstəliklərindən əziyyət çəkirdi. O deyirdi ki, kosmetik cərrahiyyəyə qarşıdır. Amma özü göz yarıqlarını böyütmüş və döşlərinin implantasiyasını da eləmişdi. Dünyanın kapilistlərini və əyyaşlıq eləyən milyonerlərini tənqid eləyən xanımın 100 min dollardan artıq varidatı vardı.
Ona görə də xalqım, kitab və qəzet oxumaq adətindən düzgün eləyib, əl çəkmisən. Nə düzünü deyəcəklər, nə də yazacaqlar. Elə el adətiylə pıçhapıç eləməyində ol. El abəti demiş, yuxarıda yazılanlara el içində ikiüzlülük də deyirlər. Üzdən nə istəyirlər bilmirəm. İrad tutmağa dursan, gərək mədənin üzünü mürdəşir kimi danlıyasan. Axı hər iki həftədən bir qabığını dəyişir ki, öz-özünü həzm eləməsin. Heç gör ona ikiüzlü deyən var? Necə deyərlər, «Qarın başdan irəlidir»…





 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?