Qulun azadlıq arzularından
Qul olduğunu anlamırsansa, sən xoşbəxt qullardansan

Bir vaxt Lermontov həyatını tam kökündən dəyişib Qafqaza ölümünü qarşılamağa gedəndə «Əlvida, Rusiya, qullar və ağalar ölkəsi» deyib çıxıb getdi. Məncə Məmmədəmin Rəsulzadə də Rusiyanın qulu olmağı arzulayan, «ruslar gəlməsə biz duruş gətirə bilmərik» deyib ölkəni onlara bağışlayan həmvətənlərinin çağırışlarını eşidəndən sonra mühacirətə gedəndə də həmən hissləri keçirirdi. Bəlkə də inana bilmirdi ki, öz dövlətini təzəcə qurmuş ölkənin vətəndaşları kiməsə qul olmağa razılaşar. Təkcə bu qətiyyətsizliyimizə görə biz nə qədər qurban verməli olduq.
Quldarlıq zamanı hər şey çox ədalətli idi. Fəhlələr və qulluqçular qul adlandırılırdı. Onlar bilirdi ki, heç bir hüquqları yoxdu, alına və satıla bilərlər. Lazım gəlsə kiminsə arzusuna görə meydanda döyüşüb ölə bilərlər, ya da ki, yeri gəlsə kimisə əyləndirib meymunluq eləməyə borcludurlar. Bundan incimək də olardı, rahat problemsiz yaşamaq da. Onsuz da bəşəriyyətin ən iri, möhtəşəm mədəni abidələrini, dünyanın möcüzələri sayılacaq tikintiləri qullar tikib. Quldarlar belə şeylərə əlini batırmaz. Qul olmayanı belə möhtəşəm ideya ətrafında birləşdirmək daha çətin olardı. Amma kim deyər ki, Misir piramidalarında qaya parçalarını daşıyan qul azadlıq barədə düşünmürdü. Bir vaxt öz istədiyini yemək, öz zəhməti ilə qazanaraq öz evində oturub öz həyatını yaşamaq, istədiyi yerə getməyi arzulamayıb. İmkan olsaydı həmən o qullardan birində soruşardım ki, ən çox nəyi istəyər? Məncə o, bazarda özünə bab ağanı seçib pulla almağı arzulayar. Bu qulun arzularının zirvəsidir, onunla rəftar edildiyi kimi o, da davransın və bir neçə dəqiqəlik ağa ola bilsin. Qul bundan uzağı görə bilməz. Ona görə də qul olmaq istəməyən hər kəs eyni cəhdlə ağa olmaqdan qaçmalıdı. Ağalar da hadisələrin quludur. Hər hansı ağadan soruşsan deyər ki, canlı məxluqun, xüsusilə də insan şəxsiyyətinin qiyməti var, bəlkə də böyükdür deyər.
Bəşəriyyət insanın bir-birinə qul olmamasını həmişə arzulayıb və demək olar ki, buna nail də olub. Qul psixologiyasını özündən qovmağın reseptini peşəcə həkim olan Çexov belə yazırdı: «Qul olmağı özündən damcı-damcı çıxarmaq lazımdı». Bu reseptlə azad olmaq olar, amma özündən çıxıracağın damcıların nə qədər ağrılı olduğunu bilərək bu prosesin fəsadlarını heç kim görməsə daha yaxşıdı. Xəlil Rza isə azadlığı damcı-damcı, qram-qram istəmədi, «zəncirləri gərək qıram» dedi. Kim deyər ki, gündəlik yem dalıyca qaçmalar qul olmaq deyil. Bəyəm taleyinin ağasısanmı? Hər gün ayaqlarının işə sürüyüb bir parça çörəyi zorla qazanan özünə «Azadam!» deyə bilər?
İdeyanın qulu olmaq deyilənə görə şərəflidir. Başqasına qul olmaq da sözünün ağası olmaqdan daha rahatdı. İdeyanın quları varsa, deməli ağası da var. Qul bazarında hər təzə adama sevinərlər və sidq ürəklə qarşılarlar.
Klassik qul bədənini, intellektini taslim edər, modern qullar isə ruhunu. Biz çox vaxt hadisələrin qulu oluruq. Əgər insan gündəlik həyatının dəhşətlərini anlaya bilsəydi, yaşadığı yox, vurnuxduğu həyatının cılız maraqları, mənasız məqsədləri içində fırlanarkən itirdiklərinin miqyasını dərk etsəydi bilərdi ki, insan həyatında bircə normaq məqsəd ola bilər. Ümumi axardan qopub, qanunlardan xilas olub AZAD OLMAQ! Ölümə məhkum insan üçün həyatının son dəqiqələrində onunçün ən ciddi nə ola bilər? Təkcə azadlıq qazanmaq, yalnız xilas olmaq. Bundan başqa heç nə ciddi görünməz. Ölümdən qabaqkı yemək dadlı ola bilməz. Ölümqabağı günahların tövbəsi də həmişəki kimi şirin gəlməz. Axı bilirsən ki, bu sondur. Ona görə də hələ ölümə çatmamışdan çox-çox əvvəl insan azadlığa can atır. Bəzən şüursuz şəkildə azadlığa tərəf dartınır. Çünki bu onun özündən güclüdür. Amma bu dartınmanın özü insanın hər addımında məqsədindən uzaqlaşdırır. Şüurlu insan tez-gec anlayır ki, azadlıq özü illyuziyadır və sonunda bu illyuziyanın özünü də qurban verməyə razılaşır. O, könüllü şəkildə Allahına qul olmağa, taleyinə baş əyib özünü təslim etməkdən qorxmur. Nəyisə itirməkdən, eləcə də tək qalmaqdan, varidatını verməkdən, heç kim olmaqdan... Çünki bilir ki, onun heç nəyi yoxdu. Nəticədə isə o, hər şeyi əldə eləmiş olur.





 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?