Yarımtonlar və naxışlar
Turist gözü sərrast olar(?)


Sözün düzünə gərək xaricidən soruşasan. Necə edirlərsə onlar sözün düzünü deməyi də, eşitməyi də bacarırlar. Bizdə düzünü danışanın basıb gözünü çıxarırlar. Özü də bilmədən, nadanlıqdan yox, elə düzünü dediyinə görə. Bəli, biz şərq ölkəsiyik, burda yarımtonlar, zəngulələr, incəliklər, naxışlar və bəzəklər, eyhamlar alqışlanır, həqiqəti bəzəksiz şappadan ağzından çıxarsan sənə ən yaxşı halda tərbiyəsiz deyərlər. Ona görə də sözünüz olsa xaricidən soruşmalayıq. Elə həmişə soruşmuşuq da.
Onlar, yəni xaricilər gözəllik naminə də yarıbəzənmiş həqiqəti görmək istəmir. Məsələn, bu günlərdə oxuyram ki, İingiltərədə «L'Oreal» kosmetik firmasının rəsmi siması seçilmiş Culiya Roberts ilə reklamı qadağan ediblər. Aktrisaya «Lancôme» tonal kremlərinin reklamına 15 milyon versələr də 40-ı çoxdan adlamış xanımın fotolarını hər yerdən yığışdırmalı olublar. Çünki kompüterdə bütün qırışları silinmiş Culiyanın fotosu camaatda etiraz doğurub. Yəni ki, hamı onun kifayət qədər çoxlu qırışı olduğunu bildikləri halda ipək kimi hamar dərili sifəti görmək istəmədilər. Onları yalan qane etmir. Fotomodel Kristi Terlinqtonun da fotosessiyasının taleyi eynilə oldu. «Təbii, sağlam və parlaq dəri» vəd verən «The Eraser ot Maybelline»nin reklamında çəkilmiş xanımın gözəl, amma qırışsız sifəti heyranlıq deyil, etiraz doğurdu. Elə bil ki, onlara həqiqət hamıdan artıq lazmdı. Ona görə də nə sorğunuz olsa hər şeyə xaricilərin gözüylə baxın.
Məni isə şəhərimiz maraqlandırır. Keçmişə nastalji yazılarla bərabər şəhərin durmadan gözəlləşdiyi barədə rəylər eşidirik. Bəs həqiqət hardadı? Əlimizə bir dəstə turist düşsəydi zəli kimi yaxalarından yapışıb həqiqəti öyrənərdik. Amma kimdi bu istidə özü də həqiqət naminə özünə qəsd edə. Ondansa yerimi klaviatura qarşısında rahlayıb vertual gəzintiyə girişim. Gediş-gəlişli şəhərlərdə biri olan Peterburqa turist gözülə baxaq və arabir Bakı şəhəriylə paralellər də keçirək. Çünki belə tip sorğu Bakıda əlimizə keçən deyil. Xarici turistlər deyir ki, burda qadınlar eyni plastik paketlərlə gəzir, kişilərsə daim yerə tüpürürlər. Hətta özü də siqaret çəkənlər təəccüblənir ki, Peterburqda hər yerdə, hətta ictimai yerlərdə siqaret çəkirlər. Çəkməyənlərsə nə qədər qəribə olsa da, əziyyət çəksələr də dözüb susurlar. Bizdə, yəni Bakıda (bəlkə mötərizədə yazım, gəlmələr duymasın, çox ayıbdı) kişilər 8 kvadratlıq daxmada 5 uşağı və arvadını birdən nikotin tüstüsüylə zəhərləyir, kimsə ona güldən ağır söz deməyi ağlına gətirmir.
Turistlərin bir balaca qılığına girsək təssüratlarını biznən də bölüşərlər. Deyərlər ki, axı kişilər niyə bu qədər tüpürür və cib yaylığının nə olduğunu niyə bilmirlər? Nə təzə təmir, nə də təzəcə cilalanmış daş-divar, nə də od qiymətinə alınmış səkilər kimsənən qarşısını ala bilmir. Sinqapur və Almaniyadan olan turistlər xüsusilə hiddətlənir ki, bəs polis hara baxır, niyə onları cərimələmir? Asiya şəhəri olsa da Sinqapurda küçəyə türüpənləri xüsusi kameralarla güdürlər və hər zibilqabıdan kənara düşmüş tüpürcəyə görə 500 sinqapur dolları qədərində cərimə düşür. Turistlər deyir ki, küçələrdə gül-çiçək azdırsa onları dibçəklərdə yetişdirmək və hər tinbaşı qoymaq olar. Amma onlar bilmir ki, bizdə nəinki küçələrdə, bəzən ofislərdə də zibilqabı əvəzi dibçəyin torpağında siqaret söndürüb ora atıb gedirlər.
Oralara, yəni Rusiyaya gələn turistlər qadınların gündəlik həyatda dikdaban geyməsinə və kosmetikada olmasına təccüblənir. Kişilərin tər iyi verməsi halı onlara dəhşətli gəlir. Xarici turistlər qərib şəhərə gələn kimi birinci olaraq tualetlərimizlə tanış olur və bizim haqqımızda fikir formalaşdırırlar. Onlar anlaya bilmir ki, neçə milyonluq sərnişin daşıyan metro stansiyalarınn hamısında tualet yoxdu. Onlar uşağının hamının yanıda döyən valideyn görəndə də, küçə dilənçiləriylə burun-buruna dayananda da eyni dərəcədə heyrətlənirlər. Xarici turistə küçə heyvanlarının çoxluğunu da, bəzi dükanlarda kondisionerin olmamasını, qazılıb tökülmüş yolları da izah etmək çox çətin olar.
Bakıya da gələnlər çox olur. Tetatet olmasa da gəlib-gedənlərin şəhərimiz barədə dediklərini oxumaq olar. Bilmirəm zarafatdı, yoxsa nəzakət xətrinə hamı şəhərimizi geniş və təmiz adlandırır. Qəribədi ki, Qəbələ festialı ilə bağlı informasiyalarda Qəbələ seçicilərinin parlamentdə təmsil edən deputat da, festavalın bədii rəhbəri Dmitri Yablonski də, festivalda iştirak etmiş ifaçıların əksəriyyəti də ölkəmizdə gedən sürətli inkişafı, durmadan gedən mənəvi –mədəni dəyişiklikləri necəsə görə bildilər. Sən demə Qəbələ dindəyicisi paytaxt tamaşaçısı qədər aktivdi və bütün konsertlərdə həvəslə iştirak edir. Bunu da şəhərimizə qonaq gəlmiş xaricilər dedi. Onlar qonaq kimi olmasa da turist kimi yenə də gəlməyi vəd veriblər.
P. S. Keçən həftə Moskva zooparklarından biri bataqlıqlar gününü qeyd edirdi. Deyirlər giriş azad idi. Görən gələn oldu?..





 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?