Qarderob fokusları
Siyasi maraq xətrinə dodaqları boyamaq da olar

Dünya duranı bu belədi: Adamı geyiminə görə qarşlayırlar. Atalar sözünün ikinci hissəsində deyilir ki, ağlına görə yola salırlar, amma müasir təfsirdə bəzən elə geyimə görə də yola salırlar. Belə olmasaydı diplomatik etiket, davranış, geyim qaydalara belə dəqiqliklə riayət edilməzdi. Belə qəbul olunub ki, diplomatik geyim və davranış qaydaları pozulmuş olarsa bu səfər edilmiş ölkəyə təhqir kimi qəbul edilə bilər. Bu səbəbdən də 19-cu əsrin əvvəllərində Vyana konqresində qəbul edilmiş diplomatik davranış qaydalarna çox dəqiqliklə riayət edilir.
İnternetin ən baxımlı səhifələri ulduzların, ya da ölkə başçılarının buraxdığı kiçik səhvlərə həsr olunub. Deyilənə görə hansısa ölkənin başçısının ayağını ayağının üstünə aşırması xəbəri bəzən minlərlə qurbanlar almış fəlakət xəbərlərindən daha çox oxunur. Yəni ki, milləti prezidentin qalstukunun rəngi Afrikada acından köpən zənci balalarının taleyindən daha çox maraqlandırır. Onda niyə də biz müasir olmayaq ki? Bir balaca ən yaxın tarixdə eşələnsək çox maraqlı və gülməli hadisələrlə üzləşərik. Siyasi, ya da iqtisadi maraqları olan ölkələr üçün siyasətçilər bəzən ictimai maraqlar xətrinə zərgər dəqiqliyilə nişanlanmış qaydaları pozub geyimdə, davranışda bir növ inqilablar edirlər.
2007-ci ildə Toni Bler Syerra-Leon səfəri zamanı yerlilərin paltarını geyinməli oldu. Geyim qəhvəyi rəngli pançoya bənzər bir paltar idi. Ola bilər, Bler özünü belə görkəmdə rahat hiss etməmişdi. Axı bu pançonu əyninə ideal biçilmiş şık kostyumun üstündən geyməli olmuşdu.
Dukuduku kəndinin sakinləri şahzadə Çarlzın əyin-başında yeniliklər görəndə çox sevinmişdilər. 1997-ci ildə Cənubi Afrikaya səfər etmiş şahzadə Çarlz bütün bacarığını işə salaraq afrikalıların nizə və qalxanının öhdəsindən gəlməyə çalışırdı.
Britaniyanın xarici işlər naziri Cek Stro Hindistandakı məbədə girərkən gözlənilməz hərəkət etdi. Ondan xahiş edilməsə də ayaqqabılarını çıxardı və başına yaylıq örtdü. Bu sinx məbədinin pozulmaz qanunlarından biridir.
Corc Buş prezidentliyi zamanı Avstraliyada olarkən hərbçilərin baş örtüyünü başına qoymuşdu. Çox heyif ki, ona Avstriya papağı- lələkləri olan yaşıl papağı verməmişdilər. Çünki elə həmin səfəri zamanı o, Avstriya ilə Avstraliyanı çaşdırmışdı.
Britniya kraliçəsi Yelizavetanın ən uğursuz səfəri 1995-ci ildə Yeni Zellandiyaya maori qəbiləsinin görüşünə getdiyi vaxt sayılır. Maori qəbiləsinin ənənəvi taxta üzrə oyma məktəbinə səfər etmiş kraliçə maorilərin quş lələkləriylə bəzədilmiş milli şalını geymişdi. Onu qarşılayan 60 nəfər maorili kraliçənin çəkdiyi zəhmətə dəyər verməyərək ona İngiltərəyə qayıtmağı məsləhət bilmişdi. Belə jestdən tükü də tərpənməyən maori qəbiləsi Yeni Zellandiyanın işinə qarışmamağı məsləhət vermişdi.
Marqeret Tetçerin həyat yoldaşı Dennis Tetçer 1981-ci ildə Dehliyə gedərkən başına iri əmmamə qoymalı olmuşdu. Başında zorla saxladığı çəhrayı əmmaməni yerə salmaqdan ehtiyat edən Tetçer dodaqatı donquldanırdı: «Bu əclaflar deyəsən məni lap axmaq yerinə qoyublar».
Belə qarderob fokuslarının sonu həmişə yaddaqalan olur. Məsələn, əgər siz uzaq Tuva respublikasının sakinlərinin xoşuna gəlmək istəyirsizsə yerli paltarları geyməklə qurtula bilməzsiz. Üstəlik at sürməli və xüsusi oxuma tərzilə boğazdan qəribə səslər çıxarmalısız ki, sizi normal qəbul etsinlər. Risiyanın keçmiş prezidentlərindən olan Boris Yeltsin Tuva xalqını Rusiya tərkibində qalmağa inandırmaq istəyəndə bu ritualdan çiyrənmirdi və hamısını səliqəylə yerinə yetirirdi.
Bill Klinton 1993-cü ildə Siyetl sammitində qonaqları bombardmançı kostyumu geyməyi təkid edəndə heç düşünmürdü ki, davamlı ənənələrin əsasını qoyur. O vaxtdan bəri ev sahibi olan ölkənin paltarlarını geymək adət halını aldı. Ona görə də 2004-cü ildə Corc Buş yanaqları rəngində panço geyəndə heç utanmağı ağlına da gətirmirdi.
Utanmağa gəlincə 2006-cı ildə Buş və Putinin geydyi mavi paltarı başqa ölkələrdə görsəydilər həm camaatı güldürər, həm də özləri utanardılar. Vyetnamlıların milli paltarı olan bu geyimdə, «ao dai»nin kişi variantında ipək paltarın hər iki qıraqlarında yarıq vardı ki, prezidentlərin ayaqlarını bayırda qoyurdu.
Siyasi məqsədə görə əyin –başını dəyişənlər sırasında Aşok Sax adlı hindli birinci yer tuta bilər. O, seçki kompaniyasıqda qadınlar arasında səs toplamaq xətrinə sari geyərək dodaqlarnı rəngləmişdi. Yerli mətbuata bunu belə izah etdi ki, hərəkəti sayəsində ani olaraq məşhurlaşdı və xalq arasında tanınmağa başlandı. Amma hindli piarının qarşısını siyasətçinin zirək arvadı aldı. Son dərəcə əsəbləşmiş arvadı ərinin seçki kompaniyasını yarıda qıraraq ona qalib gəldi. Ərini udduğu azmış onu ev dusdağı da etdi. Seçkidən sonra kişi utandığından evdən çıxa bilmirdi, sünki qonşuları onu ələ salıb gülürdü.





 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?