Qar qiyamı
Yaxud göydə bakteriyalar inqilab edəndə qar yağır


Mən istəyirəm… Sən istəyirsən… O, istəyir… Biz istəyirik… Mənim həyatım mən istəyən kimidir. Yəni ki, ətrafımı, yaşamımı istəyimə uyğun biçib oturmuşam, yəni ki yaşayıram. Deməli, bizim də həyatımız biz istəyən kimidir. Biz istəməsəydik tamam başqa cəmiyyətdə yaşayardıq. Daha doğrusu arzuladığımız cəmiyyəti qurardıq. Azad cəmiyyət istəyən xalqların demokratik cəmiyyəti, qarın dolu yemək istəyən xalqların isə zəngin süfrə mədəniyyəti olur. Qarınqulular üstəlik çalıb oxumağı da çox sevir deyən ətraflarında səslənən və dingildəyən təbəqə yaradır. Mərhəmət hissindən boğulanlar isə planetin qəzalı bölgələrindən kimisə zəlzələdən xilas edir, ya da Afrikanın acından köpmüş körpələrinə çörək aparıb üstəlik su verəndə əyilib onun başını sığallamağa təmbəllik eləmir. Bu artıq şəxsiyyətin istəyindən asılıdır.
İstəməyənlər inqilab edirlər, yaxud qiyam qoparırlar. Sonra onlara inqilabçı damğası vurub cəmiyyətdən ayırırlar. Çünki onlar hamının istədiyini etmədilər, fərqli şeylər istədilər. Kiməsə azadlıq, kiməsə bərabərlik, kiməsə Allaha yaxın olmaq, müqəddəslik lazım oldu. İnqilabçı vitrinlərə daş atıb çındıran, bombanı tanka tullayan, ya da partlayıcını polisin ayağının altına atana demirlər. Bu təxribatçının quracağı cəmiyyətdə nə polis, nə də adi vətəndaş özünü rahat hiss edə bilərdi. Yemək arzulayan kütlədən fərqli olaraq savadlı olmaq istəyən, ya da oxumuşlar içində yaşayarkən mətbəxdə eşələnməyə üstünlük verənlər də əslində inqilab edir. O, nüvə üzərində təcrübələr aparmaq əvəzinə məsələn, zeytun yağı ilə filan ədvənin qarışığından alınan tamı tapmaq istəyir. Ona görə bir də deyirəm, istəmək lazımdı.
İndi Bakı qar içindədi. Sizcə niyə? Ona görə ki, göydən yerə maye tökülərkən yolda şaxtayla üzləşib donub? Bunu təbiət kitablarında belə yazırlar. Alimlər isə tamam fərqli şeylər danışır. Onların fikricə qar və yaxış fiziki yox, həm də bioloji prosesdi. Çünki «Rseudomonas syringae» adlı bakteriyalar yağış və qar dənəciklərini nəqliyyat vasitəsi kimi istəfadə edərək evə gəlirlər. Bu mikroorqanizmlər həm yerdə, həm də buludlarda yaşayır. Onlar kristallaşma və kondensasiya prosesində bilavasitə iştirak edərək buludların üzərində quru qar yaradırlar. Yerdə olanda isə külək onları atmosferə aparır. Amma onlar buludları gəzib «darıxırlar» və orda çox qalmaq istəmirlər. Daha doğrusu onlar evlərinə qayıtmaq istəyirlər. İstədiklərinə görə özlərinə arzularının reallaşdırmaq üçün şərait yaradırlar. Tədqiqatçılar dünyanın bütün nöqtələrində qar nümunələrində bu mikroorqanizmlərin şüurlu fəaliyyətinin izlərini tapıblar. Onlar buzun kristalik şəbəkəsini yaradan zülallar ifraz edir. Ona görə də bəzən müsbət tempraturda da qar dənəciyi yarana bilir. Hava çox isti olarsa həmin kristallar yarı yolda əriyib yağışa çevrilirlər. Bu bakteriyaların həyatı yer və göy arasında səyahət edərək yağış və qar yaratmaqdan ibarətdir. Bir pəncərədən bayıra baxın. Milyardlarla gözə görünməz mikroorqanizmlərin istəyinin reallşmasını bir də seyr edin. Bunu uşağa başa sala bilməzsən ki, hansısa məxluq buludların üstündə darıxıbmış deyən qar yaradıb ki, evinə qayıda bilsin. Bunu heç böyüyə də başa salmaq mümkün deyil. Böyüklər istəyin gücünə çətinliklə inanır. Kitablarda yazılanlara, və ya Yaradanın göydə oturub ovcundakı qar dənəciklərini bizim şorbaya düz tökdüyümüz kimi başımıza səpələməyinə inanmaq daha rahatdı. Mikroorqanizmin evə gəlmək istəyini Allah da nəzərə alırsa insan bunu niyə anlamasın? Üstəlik hələ deyirlər ki, Marsda da qar dənəciyi tapılıb. Birdən Marsda bu qar dənəciklərindən həyat yaranarsa necə? Əlbəttə ki, istəsələr əgər.
Qar bakteriyanın inqilab etmək cəhdidir. O, istəyini həyata keçirir və insanın bu barədə nə düşündüyünü heç vecinə almır. Onun nəyinə lazımdı ki, küçələr buzlayıb keçmək olmur, qocalar yıxılmaqdan qorxub heç çörək dalıycan da bayıra çıxmır, ya da ki, şəhər meriyası küçələri təmizləməyə nə vaxt başlayacaq, yaxud başlayacaqmı? Onun istəkləri bizimki ilə üst-üstə düşmür. Bayırda bakteriyaların istəyinin real mənzərəsini seyr edərkən istəklərdən yazmaq çox rahat olur. Çünki qar yağmazdan əvvəl balaca oğlum baxçadan evə dönərkən qarı elə ürəkdən arzuladı ki, qar yağacağında şübhəm qalmadı. Səhəri gün o, qarı görüb sevindiyindən atılıb düşdü. Axı istəyi reallaşmışdı…





 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?