Dünyanın ən qəribə qanunları
Bizim qanunlara min şükür!


Söhbət əlbəttə ki, yazılmış qanunlardan gedir. Bilirsiz də, xaricilər öz qanunlarına belə nəvazişlə yanaşır, onun qızılı hərflərlə nəfis kağızlarda yazırlar. Oxumağa götürəndə əlləri əsir, ucadan oxuyanda hərdənbir gözləri də yaşayır. Sıravi, məsələn ingilis bu qaqnunları eşidəndə bir neçə əsr tarixi olan herbinin əksi olan batist yaylığıyla yaşarmış gözünün nəmini çıxarır. Heç ağlınıza gələrdi ki, London küçələrində taksidə quduz itləri və meyitləri gəzdirməyi qadağan edən qanun var? Ya da «Britaniya parlamentində ölmək qadağandır» kimi qanunlar da Böyük Britaniya qanunvericiliyində hərfbəhərf yazılıb.
Bu ölkədə monarxın şəkli çap olunmuş markanı baş-ayaq yapışdırmaqla dövlətə xəyanət etmiş olursuz.
Fransada donuz balasına Napaleon adı verməklə qanunu pozmuş olacaqsız.
Alabamada gözləri bağlı şəkildə maşın idarə etmək qanuna zidddir.
Oqayo ştatında balıqları sərxoş olanadək içirtmək olmaz.
London limanına daxil olan gəmilərdən hər biri qanuna görə Tauerin konsteblinə bir boçka rom hədiyyə eləməlidi.
Britaniyada qanun hamilə qadına icazə verir ki, harda beyninə düşdüsə ordaca təbii ehtiyacını ödəsin. Əgər o, bununçün əvvəlcədən nəzakətlə icazə alıbsa polisin papağı gecə qarşoku rolunu əvəz edə bilər.
Lankaşir qraflığında polis konstebli kimisə dayanmağa çağırıbsa o, itini onun üstünə qısqırda bilməz.
Mayami ştatında polis məntəqəsində skeytbordda gəzişmək olmaz.
İndoneziyada masturbasiyaya görə baş kəsirlər.
İngiltərədə 14 yaşını keçmiş hər kişi xeylağı hər gün iki saat ox atmaqda məşq eləməlidi.
Londonun yalnız fəxri vətəndaşları vergi ödəmədən qoyunlarını körpüdən, qazlarını Çipsaytdan keçirə bilər.
Salvadoredə sərxoş halda sükan arxasına oturmağa cəsarət etmiş adamı güllələnmə gözləyir.
İngilis kişisi qovrulası vəziyyətdə olarsa ictimai yerdə təbii ehtiyacını bir neçə punkta əməl eləmək şərtilə ödəyə bilər. O, sağ əlini maşının üstünə qoyub su şırnağını maşının arxa təkərinə yönəltməlidi.
Floridada bazar günləri paraşütdən tullanmaq istəyən ərli qadınları türmə gözləyir.
Çesterdə yerlilər gün çıxana qədər şəhərə daxil ola bilməzlər və gün batandan sonra da şəhərdən qırağa çıxa bilməzlər.
York şəhərində isə qədim şəhərin daxilində şotlandiyalını öldürmək qadağan deyil, əgər o, ox və kamanını özüylə götürübsə.
Kolorado ştatında Boulderdə quşları şəhər daxilində öldürmək qadağandır. Bu şəhərin vətəndaşlarına yalnız heyvanların qulluqçusu olmaq icazəsi verilib. Şəhər sakinlərindən heç kim ev heyvanlarına «mənimki» deyə bilməz.
Vermontlu qadınlar protez dişlərdən yalnız ərinin yazılı icazəsi olduğu halda istifadə edə bilərlər.
Bəhreynli kişi həkimlər qadınların cinsi orqanlarını müayinə edə bilərlər, amma birbaşa yox, güzgüdən əksinə baxarkən.
Böyük Britaniyanın sahillərində ölmüş balinanın başı qanuna görə krala məxsusdur. Quyruq isə kraliçənin ola bilər, əgər ona korsetçün sümüklər gərək olacaqsa.
Yazılanları müəllifin zarafatı kimi qəbul eləməyin. Bu qəribə siyahını aşkarlamaqçün bir dəstə ağıllı kişilər zəhmət çəkiblər. Hələ nə qədər özünü heç də axmaq saymayan kişilərsə qəribə qanunların çıxarılmasında baş sındırıb, tər töküb, nə qədər müzakirələr aparıb öz dediyinin üstündə dayanmaqçün mübarizə də edib, yəqin. Əgər bütün bunlardan sonra kimsə yenə də naşükürlük edib qanunlarımızdan şikayətlənsə deməli mövqesi əvvəldən qərəzli imiş. Gül kimi qanunlarımız var. Heç yazılmamış qanunlarımız da bir elə də pis deyil. Daha nə lazımdı, yaşayın da özünüzçün! İngilislər nə qəribə məxluqlarmış? Elə bil qanuna salmasaydılar birlikdə ömürgün çürütmüş kral və kraliça balina ölüsünün başıyla quyruğunu bölüşdürə bilməyəcəkmiş? Bizdə nəinki dənizin qırağında, hətta içində, torpağın üstündə və altında kimə nə məxsusdu hamı bunu bilir. Yazmağa nə lüzum?





 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?