5 faizin hikkəsi


Qəribədi, yüz il əvvəl «Kişi necə olmalıdı?», «Qadının cəmiyyətdə rolu nədədir?» kimi suallar baş qaldırmırdı. Çünki hamı bilirdi ki, kişi kimdi, qadın kimdi və fərdlərin cəmiyyətdə özünü necə aparmasını kanonlaşdırmırdılar. İndi bəs nədən bu suallar tez-tez, özü də artan xəttlə baş qaldırır? Bəyəm insanlar cinsi məsələlərdə bu qədərmi azıblar?..
Desək ki, müasir cəmiyyətdə kişi və qadının yeri bəzən səhv düşür, yanılmarıq. Artıq «Qadının gücü onun zəifliyindədir» ifadəsi də dəbdən düşüb və arxivə veriləsidi. Bəxti gətirib kişi doğulanlar indi məmnuniyyətlə cinsini dəyişir və zəif cins olmaqdan qorxmur. Gender məsələləriylə bağlı xəbərlər bəzən adamı dərindən düşünməyə vadar edir. Əgər İspaniyada 15-16 yaşlı oğlan məhkəmə vasitəsilə cinsini dəyişdirmək haqqı qazanırsa niyə də düşünməyək? Yaxud İsveçdə uşağa doğulduğu cinsi boynuna qoymayan uşaq evləri yaradılır. Elə bil ki, cinsini seçmək insanın öz haqqıymış. Orda uşaqları oğlan, ya qız kimi adlandırmırlar. Ümumi, cinsi bildirməyən şəxsiyyət əvəzlikləriylə çağırırlar. Bizdə bu lap söyüş kimi olardı, orda isə normadır.
Əlbəttə, bütün bunlar təbiətə və ilahi qanunlara qarşıdır. Cinsini dəyişmək üzrə əməliyyatlar hətta Qərbin özündə də nadir hadisədir. Hətta elə də olur ki, cinsini dəyişmiş qadın doğmuşdu. Amma əməliyyatdan sonra onun görkəmi də kişiyə uyğun idi, saqqalı və bığı çıxırdı. Sosioloqlar deyir ki, doğulduğu cinsdən narazı qalanlar və bunun harmonal təsdiqini tapanlar cəmiyyətin cəmi 5 faizini təşkil edir. Tibb aləmi hələ ki, bu mövzuda mübahisələri dayandırmayıb. Amma bu 5 faizin yaratdığı səs-küy bitib tükənmək bilmir.
Cəmiyyət qadın və kişi hüquqlarının bərabərliyindən də danışmaqdan bezmir. Feministlərin sevimli statistikası deyir ki, tələbələr arasında qız və oğlanlar bərabər olsa da aspirantlar arasında azalır, namizədlər və doktorlar arasında isə barmaqla sayılası qədər olur. Hamı da bilir niyə? Çünki vaxtı çatan kimi normal qadın ailə qurub uşaq qayğısı çəkmək şansını ötürmək istəmir. Uşaqlı kişilərsə karyera pilləsində ardını irəliləyir. 28 ölkədə aparılmış sorğular göstərir ki, cinsinə görə özünü sıxılmış hiss edən qadınların sayı hamı gözlədiyi kimi Türkiyə (orda cəmi 1 faizdən bir az artıq adam narazıdı) kimi ölkələrdə deyil, İngiltərə (3 faiz) və İsveçdədir (5 faiz). Ona görə də 5 faizlik azlıqda qalmışların məsələsi azlıqları sanki çoxluğa çevirmiş. Cinsi qəribəliyini gizlətməyənlərin həqiqi sayı İsveçdə yəqin ki, 5 faizi ötmür. Bu yerdə qalan 95 faizin həyatını problemlərlə doldurmağa kifayət edir.
Sualın da daima 5 faizin xeyrinə qoyulması əslində 95 yaizin hüquqlarının tapdanmasıdır. Məsələnin əsil mahiyyətini anlamaqçün təbiətə baxaq. Burda da həmin bu 5 faiz öz yerindədi. Eyni cinsli münasibətlər də olur. Amma bu fərdlər ardını yaşamır, nəsil verə bilməyib məhv olub gedir. Yəni ki, aramsız nəsil artırma mexanizmində 5 faiz sapma, mutasiya bilərəkdən nəzərdə tutulub ki, bir cins bütün dünyanı basmasın. Yəni ki, eynicinsli münasibətlər insanın bir növ kimi sıradan çıxmasına yönəldilmiş sosial, bəlkə də təbii prosesdir. Bu prosesdə qısa çubuq kimə düşübsə onun taleyinə acımaq olar. Amma onlara bizim hələ formalaşmamış uşaqlarımızı yoldan azdırmağa imkan yaratmaq olmaz. Qeyri-ənənəvi cinsi oreyentasiyalılar, ürəyinizi buz kimi sazlayın, Avrovijen müsabiqəsində xarici həmkarlarınızı incitməyəcəyik. Onlara küçədə gülən də olmayacaq. Amma əvəzində bizim sağlam uşaqlarımızı rahat buraxın. Danışdıq?
Onsuz da cəmiyyətdə və ailə münasibətlərində kişi və qadın tarazlığı pozulur. Elə bil onlar yerini dəyişməyə meylli olublar. Kişilər birinciliyi il-ildən həvəslə verməkdən qorxmur. Qadınlarsa ailə münasibətlərinə tüpürüb uşağı nigahdan kənar doğub böyütməyi qəbahət bilmir. Zəif kişilər artdıqca güclü qadınlar da artır. İndi qadın uşaq qayğısını çiyninə könüllü şələsə də üstəlik kişini ora dırmaşdırmaq istəmir. Lazım gəlsə pulu özü qazanır, evi də saxlayır, uşağını da böyüdür. Kişi ona bəzi məqamlarda, qaranlıqda işıldaböcəyin işığı kimi bir neçə anlıq lazım olur. Artıq tək qadın və tənha qadın müxtəlif anlayışlara çevrilir. 100 il bundan əvvəlki atılmış, tənha qadın obrazları müasir qadınların obrazından ciddi fərqlənir. Vəhşi heyvanı öldürən, mağaranı o biri erkəklərdən qoruyan və evə yem daşıyan kişi obrazı lazımsız görünür. Mağaranı polis də qoruya bilər, yemi qadın da əldə edə bilər.
Qadınlar bəzən öz aralarında kişilərin dalıyca deyinir: kişilər gül bağışlamağı yadırğayıblar. Çünki gül bağışlamaq artıq heç nəyi həll eləmir. Meymun kimi eyvana dırmaşan və pəncərə altında serenada oxuyan kişi obrazı da lazımsız olub. Bütün bunlarla belə adamların 85 faizi hələ də düşünür ki, sevmədən evlənəndən sonra həyat yoldaşını sevə bilərsən. Bu, o qədər də pis deyil. Yaşamaq şansımız qalır…

 

 


 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?