Adətlərin güzgüsündə
Gül gözləməyən qadınlar da oxuya bilər


Bəzən kimliyini anlamaqçün dərin düşüncələrə dalmalı olursan. Sağına soluna baxır, müşahidələr eləyir, nəticələr çıxarırsan. Sənə birtəhər baxırlarsa cumub güzgüyə pənah aparırsan. Çünki gözlərinə və qulaqlarına daha çox inanırsan. Ona görə də «Biz belə millətik.., elə xalqıq.., o cür xasiyyətliyik…» deyənlərə də elə birtəhərcəsinə baxıb müvafiq nəticələr çıxarmaq lazımdı. Həqiqət başqa millətlərin xasiyyətlərini öyrəndikdən sonra avtomatik olaraq peyda olacaq. Yenə də hər şey oxuyub öyrənməyin üstünə gəldi çıxdı…
Ortabab amerikalı məmur öz təkərli kreslosunda bir il ərzində təxminən 13 kilometrə qədər yol gedir, yəni işləyir. Amma Avropa ofislərində bu əbədsiz hərəkət sayılır. Fransada 260 parfüm firmaları var. Onlar hər il 172 min ətir flakonu satır. Avropada ən çox gülsevər adını isveçrəlilərə vermək olar. Bu ölkənin 15 yaşdan böyük hər bir sakini hər il büdcəsindən 94 avro təkcə güllərə xərcləyir. Gülə simiclik eləyənlər isə yunanlardı. Onların gülə cəmi 16,3 avro dəyərində qıyımı olur. Finlər cəmi 5 milyon əhalisi ilə 1milyon 400 min saunaya malikdilər. Yəni ki, hər ailənin öz saunası var. (Onlar bizim kişilər kimi sauna adıyla evdən sifişib çıxa bilmirlər). İrlandlar ən çox süd içəndi, təxminən adambaşı ildə 156 litr. Ortabab italyan isə ilə 28 kiloqram makaronu içəri ötürür, adi alman isə 101 lit mineral suyu. Almanlardan əhalinin 8 faizi işə gedəndə itlərini yanlarına salıb aparırlar. Müdiri narazılıq eləyərsə onlar cavab verir ki, dördayaqlı dostu ona stressdən çıxmağa kömək eləyir.
Bilmirəm ruslar özünə ən çox oxuyan xalq niyə deyir? Çünki İslandiyada adambaşına kitab və kitabxanaların sayı dünyada ən çox sayılır. Sizcə mobil telefon danışıqlarıyla efir nə vaxt ən çox yüklənmiş olur? Elə bilirsiz Nyu-York birjası, ya da Olimpiya oyunları zamanı stadionda. Xeyr. Hər il Həcc ziyarəti zamanı edilən zənglər rekord səviyyəyə çatır. Çünki Kəəbəni dolaşıb eyforiyaya düşmüş müsəlmanlar ən birinci əlini telefona uzadır ki, sevincini yaxınlarıyla bölüşə bilsin. Rusiyada 19-20 əsrlərin qovşağında ev tikməkçün 10-12 sotdan aşağı torpaq almaq əbədsizlik sayılırdı. Rusların malikanələrində söhbət zamanı müsahibinə yanpörpü dayanan adama «abırsız» deyib sözünü ağzında qoya da bilərdilər. Adətən rus zadəganları içəri girən adamı başdan ayağa süzməyi özlərinə sığışdırmazdı.
Bolqariyada uzun müddət kişilərin günə yarım litrdən az şərab içməsinə də pis baxardılar. Çünki Bolqariyada şərabın su qiymətinə satıldığı zamanlarda bu içki qonaqpərvərlik simvoluna çevrilmişdi. Tailandda başqasının başına toxunmağı, söhbət zamanı çiynini şappıldatmağı tərbiyəsiz adamlar özünə rəva bilər. Çünki bu hərəkətlər incəlik, nəvaziş bildirir və buralarda hər yoldan keçən adama qarşı edilə bilməz. Tailandda olduğu kimi Finlandiyada da adam arasında kompliment demək qəbul olunmayıb. Allah eləməsin, birdən ağzınızdan çıxar ki, «Necə də gözəl paltarınız var». Tailandlı qadın da bunun üstündə kişinin gözünü çıxarar. Bəlkə elə bu adətlərinə görə finlilər tanımadıqları adamla danışmaz. Onlar düşünür ki, yad adamla söhbətə girişməklə onun həyatına müdaxilə eləyirsən. Oralarda küçədə tanış olmayan adamla ya qoca qarılar, ya da sərxoşlar danışır.
Çində evin xanımına gül vermək söyüş kimi qəbul edilir. Yəni ki, gör evin nə gündədir ki, bəzəyi də özümlə gətirməli olmuşam. Amerikalı qadınlar heç vaxt kişilərin yanında kosmetikasına əl gəzdirməz. Ümumilikdə adam arasında güzgüyə baxmaq da yaxşı sayılmır. Norvecə gedənlərin nəzərinə çatdıraq ki, orda ictimai nəqliyyatda qocalara yer vermirlər. Qəbul edilib ki, bununla qocadan fiziki cəhətcə üstün olduğunu vurğulamaq istəyirmişsən deyən inciyə bilər və həyat haqqında qəmli fikirlər ürəyinə gələr. İngiltərədə qadınların toxumaq adətini indi ingilis kişiləri qadınların əlindən alıblar. Düzdü adam arasında toxumaq barədə danışmaq hələ ki, ədəbsiz vərdiş olsa da sorğulara görə İngiltərədə toxumaq mövzusunda söhbət futbol və siyasətdən sonra 3-cü yerdədir. Kişilər arasında ya…
Keçən əsrin 20-ci illərində rus məktəblərində səhvsiz yazı yazmaq ədəbsizliyin bir növü idi. Yəni ki, proletarsayağı hərəkət deyildi. Savadlı yazmaq üstündə sizdən donos yaza bilərdilər. Ona görə də düşünürəm ki, köşədə buraxdığım səhvləri qəzetimizin redaktorları mənə bağışlar. Yəni ki, bilərəkdən eləmişəm, bir növ kanspirasiya məqsədilə.





 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?