Kişimiz
gəlsəydi
Yaxud arvad-arvad danışanda nə olur
Azərbaycan xalqının ümumiləşmiş portretini cızmağa
çalışanda gözlərim qarşısında nədənsə qadın obrazı canlanır. Heç cür
onu kişi kimi təsəvvür eləyə bilmirəm. Kişi olsaydı ən asından başqa
ərazilərə girərdi, başqasının arvadına göz dikər, oğrun-oğrun süzərdi.
Ya da ki, heç olmasa bir dava salardı, çapıqları olardı fəxr eləməyə.
Yox, elə zənnimdə yanılmamışam. Özü də gözlərim qarşısında həmişə pinti,
balaqlarından yağ süzülən gömbul qadın obrazı canlanır.
Fantaziyalarımıza bir meydan açaq. Qorxmayın, xalq təhqir olsa da dözəcək,
bunu ki, bilirsiz. Amma bir qadın kimi hörmətnən yanaşsaq yəqin başucalıq
cətirər bizə, əskikilik yox. Pinti tərəkəmə qadını obrazının beynimdə
nə vaxt yarandığını bilmirəm, amma məncə nəticələrini siz də görürsüz.
Səliqəsiz qadının evinə girəndə nə görürsüz? İlk əvvəl qapının ağzı
kirli ayaqqabılarla dolu olar. Hər dəfə silməməyin dərdindən ucuz-ucuz
alıb yığar kandarına ki, şəpitlərini geyib yola düzəlsin. Biz də paytaxtımıza
lazım olan ləvazimatın bütün dünyada ən ucuzunu, keyfiyyətsizini seçib
doldurarıq küçələrə. Yaraşdı-yaraşmadı «keçirərik ayağımıza». «Əşşi,
yola ver getsin» də deyərik üstəlik. Pinti qadının evinə lapdan girsən
həmişə alt paltarlarının ora-bura səpələndiyi gözə girər. Kirli qabların
həcmi evinin tavanının hündüylüyü ilə müəyyən olunar. Nə qədər sığsa
o qədər də topalanar. Dönüb deyəsən kirlidi, bəs yu da. Geyməyə, işlətməyə
yaramır, onda tulla getsin. Şəhərin kanalizasiya borularını da heç cür
yığışdırıb qurtara bilmirik aradan. Qarnı yortulmaş heyvan kimi sərələnib
ortalıqda. Tikirik, sonra sökürük, dalıyca yığmırıq, hamısı qalaqlanıb
qalır ayaq altda. Küçələrdə gəzişməknən bilmək olar ki, bu şəhər hansı
sağunla əndamını yuyur, hanşı fırçayla dişlərini, yeyəndə nəyi seçir,
içəndə nəyi. Arabir külək utanıb əl–ayağa düşür ki, ayıbdı da, gəlib
gedən olar, xəcalət çəkərik. Sil süpür eləyir, zir-zibili bu küncə,
o küncə qovalıyır. Ona görə də Bakının küləyi dayanmır ki, dayanmır.
İşi çoxdu.
Deyən lazım, bu pinti arvadın nəyini saxlayırlar, görən? Adamın Allahı
var, ev-eşiyinə baxan olmasa da bir ləzzətli yeməklər bişirər ki, gəl
görəsən. Baxırsan cındırından cin hürkən bir evdi, amma içəridən bir
iylər cəlir ki, az qalırsan içəri soxulub «mənə də bir çömçə çək» deyəsən.
Bəs nə bilmişdiz? Xariciləri çirkli-tozlu şəhərin qara gözlərinə vurulmuşdu
ki, doluşublar bura. Birda yaxşı yeyib içmək var, özü də patlayanacan.
Öz aramızdı, hamımız yeyib içən kişiləri yaman sevənik.
Bir də ki, arvaddan nə gözləyəsən, qarnın tox olsun, uşaqlar qaçışsın
ora-bura. Hə, bir də ki, adını çəkmək ayıb sayılan məsələ. Belə məsələlərdə
də ki, bizimki kimi istəsən kölgədə qoyar. Qonşularıynan arası xüsusilə
yaxşıdı, pis çıxmasın, türkün məsəli deyərlər belə olanda, hamıya verəndi.
Şimaldakı qonşusuynan ilişgiləndi, bir dövlət doğuldu. Adını Sovetlər
qoydular. Ürəyinin yarısı amma o tayda qalıb. Uzun əsrlik münasibətləri
unuda bilmir. Oranın qaydaları ayrıdı, ayrılanda uşağı ataya verirlər.
Odu ki, gözü qalıb Arazın o biri sahilində. İndi də deyirlər Türkiyə
ilə oturub-durur, türkçülükdən dəm vürür. Bir az şaiyəyə də oxşayır,
amma bir şey doğulsa, həqiqəti onda biləcəyik. Hələ ki, sakitçilikdi.
Yaxşı, bir soruşan olacaqmı ki, bu arvadın kişisi nə vaxt gəlib çıxacaq
axı! Abrımız getdi ki! Gəlib əl-ayağını yığardı, bəlkə. Vallah gəlib
boşayacaq onu. Deyəcək ki, lazım deyil eeee, mənə belə arvad. Qulaqlara
qurğuşun, üz dəfə talağını oxuyacaq, buraxacaq lüt-üryan küçələrə. Arvadın
ağlı olsaydı bir nigah müqaviləsi bağlayardı ki, yetimçələrini dolandıra
bilsin sonra. Neftin qurtarmağına nə qalıb ki? Budur e, balaları tökülüşüb
yad ölkələrə. Bilsəydi qanunlarını səliqəyə salardı, təhsilinə baxardı,
səhiyyəsinə göz yetirərdi. Özü də yaman qapazlayandı. Balalarından biri
üzünə qayıdan kimi, həqiqətdi, ya yox, elə şey bilməz, ağına bozuna
baxmadan qapazı endirir başından. Sonra da aparıb doldurur qazamata
ki, ağılları başlarına tez gəlsin. Bundan sonra jurnalistlərin nə cür
müdafiə komitəsi gəlsin, nə vecinə? Day demir ki, gedib təmişkar Avropanı,
demokratik Amerikanı görüb gələn pinti arvadın yanına qayıdar? Axı yeməkdən
və nəsil artırmaqdan da vacib məsələlər var. Məsələn, dövlətlər içində
yerin ola, oturuş duruşunu biləsən, ağzını açanda şorba tökülməsin ordan.
Bunu da öyrənirlər. Vallah, fərli geyindirsən, yəni dəbə uyğun, kiminkindən
əskikdi bəyəm? Bəlkə onda adam yerinə qoyarlar. Hə, bir də ki, ayağı
sürüşkənliyi tərgitmək lazımdı. Başımıza çox bəlalar açdı, bəsimizdi.