Arzunun içindən doğan arzular


Adətən hər il yeni ildən sonra bütün arzularım qəsdimə dayanır. İlaşırında hamısı yadıma düşmür ki, Şaxta Babaya mesaj yazım. Amma müsəlmanların yeni ilinə - Novruza qədər hamısını səliqəyə salıb cütləyirəm. Bəzən mənə elə gəlir ki, təqvimi yeni il və Novruz arasındakı müddətdə necə yaşadınsa bütün il belə keçəcək. Ona görə bütün arzularımı səfərbərliyə almalıyam. Bəlkə yerinə yetdi?..
Ay Allah, olmaz ki, bütün insanlar xeyirxah, mən isə gözəl olum? Vaxtın olanda kişiləri ağıllandır. Deyirsən, yenə başladın?! Yaxşı onda yeni maddələr mübadiləsi istəyərəm. Xahiş eləyirəm mənimçün qarabatdaq quşununkundan göndər. Bu quş öz çəkisindən artıq yesə də heç vaxt bizim kimi eninə artmır. Bu da dünyanın haqsızlıqlarından biri. Axı qadınlara qamətli bədən qarabatdaq quşundan daha lazımlıdır! Mən səhərlər dadı sərindiyi kağızdan fərqlənməyən qara çörəyi yeyə bilərəm və özümü inandıraram ki, gec-tez mən də Keyt Moss kimi görünərəm. Amma sən də bilirsən ki, bu belə deyil. Yadındı qaldı, bəli, qarabatdaq quşu…
İndi saçlar barədə. Elə elə ki, mən hər həftə bərbərxanada bir qucaq pul qoyub çıxmayım. Havanın nəmini çəkəndən sonra pırpızlaşan saçıma təsadüfən əlimi vursam barmaqlarım kilkələrin arasında ilişir. Hər gün insanlara necə başa salım ki, mən gecəni vəhvi siçanlarla bir qəfəsdə keçirmirəm. Ay Allah, sən hes bilirsən ki, epilyasiya necə ağrılı prosesdi? Söz güləşdirmirəm ha, qadın olmağın da çoxlu müsbət cəhətləri var, bilirəm. Gəmi batanda bizi qayığa birinci otuzdururlar (faktlar yadıma düşmədi, amma hamı belə düşünür). Biz yeməyi bağlı ağızda çeynəyib hətta uda da bilirik. Kişiləri qenekoloji terminlərlə qorxutmağın ləzzətindən heç danışmıram. Amma kəllədən başqa bütün bədən boyu arzuolunmaz tüklərlə vətəndaş müharibəsi dözülməzdir. Ya bizə ağrısız prosedur göndər, ya da tüklü qadınları dəbə sal. Biz ki, inkvizisiya dövründən qalmış alt paltarlarını geymək zülmündən deyinmirik ki?! O vaxtlar yəqin qadınların qarşısında seçim vardı: ya ocaqda yanmalısan, ya da daxili orqanlarını poliamid və elastan vasitəsilə sıxıb əzməlisən. Razılaşmayanların hamısını yandırdılar. Salamat qalmaq istəyənlər indi nəfəs alım, yoxsa gözəl görünüm qarşısında baş sındırır. Təbii pambıqdan da geyinmək olar. Düzdü onlar adətən inkişaf eləməkdə olan dövlətlər boyda olub hadisəni gözüylə görmək istəyənləri hürkütməkdən başqa heç bir effekt vermir. Birdən qəzaya düşüb canımı sənə tapşırdım. Axı sən istəməzsən ki, morqda «paraşütlərə baxın!» deyib milləti başıma yığsınlar.
Yadında qaldı? Yemək azkalorili, göyçək kişiləpsə qeteroseksual olsun. Hə, bir də ki, sevdiyimiz insanlar danışmağa söz tapsınlar. Deyirsən alınmaz, öyrənə bilməzlər? Bəs biz güzgüyə baxmadan bir hərəkətlə dodaq boyamağı, iş, ev, məişət qayğılarıyla dolu «torba»nı dalımıza şələməyi necə öyrənmişik? Yalvarırıam, qoy onlar özlərini göylərin hədiyyəsi saymaqdan bezib usansınlar. Sonra onların qulağına pıçılda ki, evdəki də işdə qadınlara göstərdiyi flirtə layiqdir, simiclik eləməsin.
Sonra nə deyəcəkdim, hə, elə elə ki, gələn 8 marta qədər qırışlara qarşı krem nəhayət ki, əmələ gəlsin. Birdən onlar sənə yalvarıb 8 martı yığışdırmağı xahiş eləsələr, qulaq asma. Onlar bu qədər bədbəxt qadının baxışlarından utanıb ölərlər. Az qala unutmuşdum, sellülit! Bağırsaq infeksiyasının adına bənzəsə də bu qadınların qarğışıdır. İndi o, hamıda var, arıqda da , kökdə də… Eh, keçmişdə kişilər belə şeylərə baxmazdı. İndi sən yüngül qadın, ya da Klara Kroft kimi sərdabə oğrusu olsan bunu sənə bağışlarlar, amma selüliti yox. Sən yu, yığışdır, dahilər doğ, şahzadələyə ərə get, Nobel mükafatı al, dövləti idarə elə - fərqi yoxdu. Əgər selülitli şəklin qəzetlərə düşsə dünya çönər: «Vay, vay! Filankəsin sellüliti var! İlahi, bundan sonra necə yaşayasan?». Belə duaları eşitsən qulaq ardına vur. Ya da selüliti yığışdır. Heç birinə vaxtın çatmasa onda kişilərimizi gözütox və ağıllı elə. Çaşdırmazsan ki?


 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?