Nataraz yaşam


Həyatının tarazlıqda olub olmamasını ölçmək axtaran insana xas cəhətdir. Simmetriyanı o, bədən quruluşunda, ev-eşiyinin tərtibatında, həmçinin sifət cizgilərində axtarır. Sifəti simmetrik, taraz olanlara gözəl deyirik. Xəttlər bir-birinə uyğunlaşanda memarın nə demək istədiyini daha asan anlayırıq. Rənglərin tarazlığı, uyğunluğu bizə rəngkarlıq əsərini sevdirir. Bəzən simmetriyaya olan həvəsimiz bizə müasir sənət axtarışlarında məna tapmağa mane olur. Çünki müasirlik bütün tarazlıq sistemlərini, məlum çərçivələri darmadağın edir.
Alimlər asimmetriyanın cəhətlərini tədqiq edərkən tapıblar ki, simmetriyanın mərkəzi oxu olduğu halda sağ və sol tərəflərin bərabərliyi yoxdur. Fiziklər deyir ki, sol kanallı sistemlərdə zaman müsbət, sağ kanallı sistemlərdə isə mənfi keyfiyyətlidir. Lui Pastor isə protoplazmanın, yəni hüceyrənin əsasını təşkil edən maddənin qeyri simmetrik olduğunu deyir. Çünki sola fırlanan qlükozanı bədən həzm edə bilmir. Sola fırlanan nikotin daha zəhərlidir. Alimlərin fikricə nəsildən nəsilə ötürülən orqanizm asimmetrikliyi təsadüfi ola bilməz.
Yer kürəsinin şimal və cənub yarımkürələrinin asimmetriliyi də məlumdur. Cənub yarımkürəsinin daha gərilmiş, uzunsov olmasını sübut edən faktlar var. Deməli yerin səthinə təsir edən ağırlıq qüvvəsi də müxtəlifdir. Peykdən müşahidələr sübut edir ki, şimal yarımkürəsindən aya qədər olan məsafə cənub yarımkürəsindən olan məsafədən fərqlənir.
İnsanın sifəti də asimmetrikdir. İnternetdə bunu dəqiqləşdirib görmək və simmetriklikdən xeyli məzələnib gülmək üçün onlarla proqram var. Hər kəs fotosunu proqramın ixtiyarına buraxıb sifətin sol və sağ yarımkürələrini eyniləşdirəndən sonra bir-birindən fərqli və orijinala qətiyyən oxşamayan 2 foto alır. Onların heç biri gözəgəlimli olmur. Simmetriya bəzən eybəcər, gülməli də görünür. Yəni ki, ən gözəl insanın da sifətində sol və sağ tərəfləri bir-birinə bənzəmir. Biz insanı məhz bu cür, simmetriklikdən uzaq şəkildə normal qəbul edirik. Yarpağın da bir tərəfi o birinə düz gəlmir. Ağacın da, heyvanın da. Buna görə utanmaq lazım deyil. İnsan nə qədər mənəvi tarazlıqda yaşasa, Allaha yaxın olsa onun sifəti və bədən quruluşu o qədər simmetrik olar. Sifətində natarazlıq olan siyasi liderlərin portreti seçki kompaniyası zamanı əla platforması olduğu halda da namizədin ziyanına işləyir. Çünki insan şüuraltı duyğularıyla liderini simmetrik və fikirlərində tarazlıqda görmək istəyir.
Hər kəsin sifətinə diqqətlə baxıb mənəvi dəyərlərdə də onun sağa, yoxsa sola meyl etdiyini müşahidə etmək olar. Əlbəttə, hər kəs həyatı boyu dəfələrlə tərəddüd keçirir, hansı işin, hansı qüvvənin dalıyca gedəcəyi, hansı istiqaməti seçəcəyi barədə seçim etməli olur. İlahi mayakdan 0,5 torsion saniyə qədər sapma norma sayılır. Bundan artıq sapma artıq sol inersiya siteminə girməkdir. Sağa sapma isə müsbət yüklü sapmadır. Hər iki tərəfə meyllik mərkəzdən, yəni Allahdan uzaqlaşma deməkdir. Mərkəzə yaxın olan adamın İlahi dünyalarla tam harmoniyası var. O, ümumbəşəri mənəvi vibrasiya sisteminə daxil olub orda xaric vibrasiya yaratmır. Biz hər hansı alətdə çalmazdan əvvəl onu lazımi nota kökləməsək çaldığımız musiqi qulağımızı incitməkdən başqa bir iş görməyəcək. Hətta ifaçı bütün gücünü səfərbər edib çalışsa da. Deməli insana yaxşı yaşamaqçün, ruhi, fiziki rahatlıq almaqçün heç bir tərəfə sapmayan ilahi enerji sisteminə qoşulmaq lazımdır. Deyirlər ki, mələklərin vibrasiyası etalon sahənin 0 dərəcəsi həddindədir. Ona görə də pirlərə, məscidlərə gedib ibadət edəndə yüngülləşirik və sanki üstümüzdən lazımsız bir yük tullayıb rahatlaşırıq. Əslində biz ordakı sapmasız vahid enerji sahəsinə yüklənirik. Dini cərəyanlar, müxtəlif çağırışlar edən «dindarlar», sektalar hamısı eyni fikri deməsinə baxmayaraq hamı üçün vacib olan enerjidən insanları qopardırlar.
İnsanın mənəvi eqreqordan, yəni vahid enerji mənbəsindən qidalanması prosesini bir növ kabel televiziyası ilə müqayisə edirlər. Müqəddəslər kabel kimi birbaşa əsas mənbəyə qoşulublar və yerə, insanlara lazımi enerji formalarını ötürürlər. Kim ki, bu «translyasiyaya» qoşulmaq istəyir, qoşulub xeyrini də görür. Qoşulmaq istəməyənlərsə Yer üzünün bütün haqsızlqları, cinayətləri ilə təkbətək qalıb bütün suallarına cavabı təkbaşına axtarmalı olur. İlahi mərkəzdən yayınmalar şeytanlar, qarabasmalar, polterqeyslər şəklində insanın gözünə görünə bilir. İblis şeytanlar vasitəsilə mərkəzdən 0,5-dən artıq sapanların enerjisini mənimsəyir və güclənir. Amma mərkəzə doğru vibrasiyaya onun gücü çatmır.
Həyatına qəsd edənlərin əksəriyyətində asimmetrik sifət quruluşu olur. Bu ilahi mərkəzdən yayınmağın əsas əlamətidir. Adi insanlarsa dünyasını dəyişməyə hazır olduqca əksinə, iki dünya arasında tarazlıq taparaq cizgilərini də tədricən dəyişirlər. Deyirlər ki, ölümdən bir neçə gün əvvəl insanın sifəti dəyişib simmetrikləşir. Bu, başqa, ali dünyalara keçidə hazırlıq kimi qəbul edilir. Bizim asimmetrik dünyamızdan fərqli olaraq o biri dünyalar simmetrikdir. Dünyasını dəyişən insanın ruhu keçid məqamında ona artıq lazım olmayan torsion qüvvəni atır və sıfır dərəcəli simmetrik görünüşə keçir. Həmişə tarazlıqda!

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?