Bəstəkarların vida simfoniyası


Bəstəkarlar İttifaqına yeni sədr Firəngiz Əlizadə seçiləndən sonra Xəyyam Mirzəzadənin ardınca bu günlərdə Qara Qarayevin oğlu Fərəc Qarayev də ərizə yazıb ittifaqın üzvlüyündən imtina etdi. Bu etiraz formasının səbəblərini araşdıraq. Hər iki bəstəkar hökümətə müxalif mövqedən çox uzaq adamlardı. Xəyyam Mirzəzadə dövlətin (sovet yaxud hazırki, fərq etməz) hər hansı addımını dəstəkləyən, yeri gələrsə kütləvi informasiya vasitələrində tərifləməkdən çəkinməyən bir şəxsdi. Ola bilər ki, əlində seçim hüququ olmasını düşünən bəstəkar qurudtaydan sonra məyus olub. Fərəc Qarayevin etirazının səbəbi daha maraqlıdı. Görəsən bu, iki əmioğlu Fərəc və Əbülfəz Qarayevlərin şəxsi söhbətidi, ya yox. Əbülfəz Qarayev hələ idman naziri olan vaxt Fərəc Qarayevin xarici musiqiçilər, dirijorlar cəlb etmklə, seminarlar, silsilə konsertlər, nəfis tərtibatlı dəvətnaməylə təşkil elədiyi bahalı layihələri İdman Nazirliyi maliyyələşdirirdi. Adətən belə tədbirlərə Mədəniyyət Nazirliyinin pulu çatmırdı. Yoxsa bu etiraz bəstəkarın mədəniyyət nazirinin iş üsuluynan barışmamasıdı? Adətən işin çoxluğundan başını qaşımağa vaxtı olmayan Əbülfəz Qarayev və Fatma Abdullazadə Bəstəkarlar İttifaqına sədr seçilərkən səhər saat 10-dan iclasa gəlib gecə yarısı Firəngiz Əlizadənin seçildiyinə əmin olandan sonra oranı tərk ediblər. İclas vaxtı danışanvn ağzından vurmağı, müzakirələrin başqa, sərfəli olmayan məcraya keçməsini şəxsən nəzarət etməkdən də çəkinməyiblər.
Bəstəkarlar bu seçkidən çox şey gözləyirdilər. 17 il həsrətində olduqları qurultayın konsertlərində birdən anladılar ki, ittifaqın üzvlüyündə qeyri peşəkar bəstəkar çoxdu, çox biabırçı səviyyədə əsərlər ortalığa çıxarılıb. «Samouçka» bəstəkarlar ittifaqa yol tapıbsa sabah onlar respublikanı da təmsil eləməyə cəsarət edəcək. Bu iradlar müzakirələrdə «filankəs Özbəkistanda fakultativ dərslər alıb», «filankəs Naxçıvanda bəstəkar olub» (hamı bilir ki, Naxçıvanda ali musiqi ocağı yoxdu) kimi qəribə formada cavablandırılıb. Hələ rəhmətlik Tofiq Quliyevin sədrliyi dövründən bəri ürəkləri dolu olan bəstəkarlar onda da sözlərini deyə bilməmişdilər. «Mənim ən dahi əsərim nəvəmdi» deyib bəstəkarlıqdan əlini çoxdan üzmüş, halal təqaüdçü həyatını yaşamağa çalışan Tofiq Quliyevə sədrlikdən getməyi təklif eləməyə heç kim ürək eləməmişdi. «Birdən ölüb eləyər, günahı üsiümüzdə qalar» deyə düşünmüşdülər. Vasif Adıcözəlov ağır xəstəlikdən əzab çəkəndə də eləcə.
Əslində bizim bəstəkarlar itirməyə öyrəncəlidi. Xəqani küçəsindəki binanı əllərindən alıb Türkiyə səfirliyinə verdilər. Hazırda Səadət Sarayının binasındakı yerlərindən yenə də didərgin düşməli olacaqlar. Zuğulbadakı yaradıcılıq evini də itirdilər. Oradakı avadanlıq, alətlər, açılıb yığılan fin evlərinin kimin vicdanında, kimin cibində olduğunu bir tək Allah bilir. Belə şaiyə gəzir ki, Bəstəkarlar İttiifaqının hazırki sədri Firəngiz Əlizadə seçki ərəfəsində gözü yolda, qulağı səsdə olan bəstəkarları öz tərəfinə çəkməkçün seçiləcəyi halda həmin o Xəqani küçəkindəki «Azadlıq» qəzetinin keçmiş binasını və hətta Şəkidə yaradıcılıq evini də təşkil edəcəyinə söz verib. Bəlkə də bu şaiyədən başqa bir şey deyil. Amma Firəngiz xanım mətbuatda bəstəkarlara söz verdiklərini eləməkdənsə 20 il əvvəl eşitdiyi təhqirlərin hayfını çıxmağa başlasa onun uzun müddət «razborkalardan» başı ayılmayacaq.
Avstriya bəstəkarı Yozef Haydnın «Vida simfoniyası» adında bir əsəri var. O vaxtlar da sarayda lakeylə bir səviyyədə tutulan musiqiçilər dövlətlilərin əlinə baxaraq acınacaqlı həyat sürürdülər. Qraf sarayında şəxsi simfonik orkestrin rəhbəri olan və hər bazar yeni simfoniyasıyla sahibinin qulağını oxşamalı olan Haydn yaşam prblemlərini üstüörtülü tərzdə sahibinə çatdırmaqçün həm də «Şamlarla simfoniya» adlandırılmış əsərini yazır. Burada musiqiçilər öz partiyasını çalıb qurtarandan sonra qarşısında yanan şamı söndürüb səhnədən gedirdilər. Axıra qalmış skripkaçı sonuncu şamı söndürüb gedəndə qraf anlamalıydı ki, musiqiçiyə qayğı lazımdı, yoxsa o məhv olar. İndi də bizim bəstəkarlardan artıq ikisi «şamı söndürüb çıxıb gedib». Cənablar, növbə kimindi?..




 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?