Valideyn də insandı
Yaxud valideynlərin tərbiyəsi üzrə bəzi məsləhətlər

Hayıf, yeniyetmələr qəzet-zad oxumur. Onlara deyəsi sözüm çoxdu. Qorxuram içimdə qalar, mənə zərər verər. Ona görə də deyim, daha doğrusu yazım, «tutar qatıq, tutmaz ayran». Danışdırsan indi hər cavan öz valideynlərindən narazıdı. Necə də olmasın? Zəhmət çəkib öz başıyla instituta girib, amma vəd verilmiş maşını almırlar. Evə gec gələndə danlayırlar. Axı niyə?! Səhərin açılmağına gör nə qədər qalıb. Bu azmış kimi hələ üstəlik istəyirlər ki, saçını səliqəylə darayasan. Axı bilmirlər ki, «Makaron fabrikində partlayış» adlanan saç düzümü indi ən dəbdə olan görkəmdi. Saçını darasa hamı ona gülər. Həqiqətən də dünya durduqca atalar və oğullar problemi öz həllini tapmır. Bir-birini anlamırlar ki, anlamırlar. Vəssalam!
Ona görə də deyəsən ilk addımı cavanlar eləməli olacaq. Eybi yox, səhv eləsə cavanlığına bağışlarlar. Bir də ki, valideynlər səhv eləməkdən o qədər qorxur ki, ilk addımı eləyə bilmirlər. «Valideyn də insandı» - bu həqiqəti anlamağa çalış. Heç olmasa yanaşı dinc yaşamaq xətrinə. Axı evin döyüş meydanına çevrilməsi sənin də zəhləni töküb. Əlbəttə, onlar da adamdı, sənin nazını çəkməyə məşkum olunmuş maşın deyil. Düzdü, onlar sənin sutkada 24 dəfə dəyişən arzularını həmən reallaşdırmağı çatdırmırlar. İçindən krassovkalar, dəbli mayka və cinslər, kapyuşonlu gödəkcələr və dəbdə olan xırda-mırda səpən sehrli sandıqca da deyillər. Onlar eləcə də zülm verən, əziyyət çəklirən, caza verən və cəllad da deyil. Nəzərə al ki, onlar də sənin kimi həyatda xoşbəxtlik tapmaqçün doğulub. Düzdü, onlar hərdən əsəbi, tərs və haqsız da olur. Amma alicənab da ola bilirlər, sünki səni sevirlər. Ona görə də bilsən yaxşıdı, bütün canlılar kimi onları da tərbiyə eləmək mümkündü. Necə bilirsən, sirkdə ayıları, şirləri əhilləşdirə bilirlərsə ikicə nəfəri yola gətirmək çoxmu çətin olar?
Qulaqda sırğa da eləyə bilərsiz:
1. Onlara maraq göstər. «İşdə nə var nə yox» soruş, sağlamlıqlarıyla maraqlan. Axı sən böyüdükcə onlar ailədən uzaqlaşmağını ürəklərinə salırlar. Onlar lazımsız olmaqdan qorxur. Ata-ana ilə gündə cəmi yarım saat danışa ki, bilərsən? Bir də ki, nəsə lazım olanda diqqətcil uşağın arzusunu ürəyində qoymaq çətin olur. Zəhmətin yerdə qalmaz.
2. Onların keçmişiylə maraqlan, bunu çox sevirlər. Nənəndən onların cavanlığı haqqında çorğu –sual elə. Adamlar onu keçmişə qaytara bilən insanlara çox minnətdar olurlar. Özünçün də çoxlu maraqlı şeylər kəşf eləmiş olacaqsan. Nənənlə danışanda görəcəksən ki, ata-ananın da nə vaxtsa sənin kimi problemləri olub.
3. İnam atmosferi yarat. Özün haqqında söhbət elə. Əlbəttə şəxsi həyatını əlindən alan yoxdu. Sən işgəncə altında susan partizan kimi dilini dişlərində sıxsan onlar elə biləcək ki, böyük günahlarını gizləməkçün susursan. Onlar hardan bilsin ki, ağzını təmbəlliyindən açmırsan. Belə olsa sənin azadlığını məhdudlaşdıra bilərlər.
4. Valideynlərinin qorxularını dağıt. Axı onlar cavanlar haqqında o qədər qorxulu əhvalatlar eşidib ki! Sən zirzəmilərin birində əzələlərini şişirdirsənsə valideynlər bunu düzgün anlamaz. Onların vaxtında zirzəmilərdə gizlənib içki içirdilər. Zirzəmi onlarsün həm də narkotik və əxlaqsızlıq deməkdi. Onların qorxularını dağıtmaqçün dostlarınla tanış elə. Ana rok-kompozisiyanın üzünü köçürsə, atan səninlə əzələ şişirtməyə getsə də pis olmaz.
5. Valideynlərinə formalaşmağa kömək elə. Qoy onlar inanmalı, arxayın olmalı tərbiyəçi obrazına uyğunlaşa bilsinlər. Bununçün arabir cavanların tərbiyəsindən danışan müasir kitabları xəlvəti onlara ötür. Amerika müəllifləri olsa lap yaxşı, orda gənclərin azadlığı, insan haqqları haqqında çox danışılır. Qoy oxuyub öyrənsinlər də…
6. Sübut elə ki, təkcə sən belə deyilsən. Qoy onlar cavanlarçün çap olunan jurnalları oxusun, musiqi daycestlərini və müasir musiqini dinləsin. Başqalarına baxandan sonra hələ sənə şükür eləyəcəklər, inan.
7. Valideynlərinin reaksiyasını bilmək istəyirsənsə dolayısı məsləhət alma yolunu seç. Guya ki, bu sənin dostuna lazımmış kimi onlardan məsləhət istə. Dostlarına gələndə onlar «nə vaxtsa biz də cavan olmuşuq», «səhvlər təcrübəni artırır» kimi ifadələri nostalji tonlarında deyib məmnuniyyətlə ona kömək eləməyə çalışarlar. Axı məsələ onların uşağında deyiil. Onda görərsən ki, valideynlərin təcrübəsi də nəyəsə yarayır. Onlar da cavanların etibarından ruhlanacaq və «hər şeyi anlayan Budda» pozasında yerini bir az da rahlayacaq. Neynəsinlər, bu obrazdan çıxmaq çox çətin olur. Sən də ki, hər yeni xahişini dilinə gətirəndə «imam sifəti» almağı unutma.


 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?