Sən mənimsən, mən sənin
Yaxud məhəbbət üçbucağında artıq bucaq kimdir?


Soruşursan, məhəbbət üçbucağı nədi? Bax, «Sən o yanda, mən bu yanda» olanda, «Ceyran tək boynun buranda» tərəflərdən birinin səbri çatmır, ayağı sola sürüşür və üçüncü bucaq yaranır. Sonra xoşuna gəlir, daha sonra isə adətkarlığa çevrilir və s. Yəni ki maili müstəviylə sürüşə-sürüşə gedir…
Günlərinin bir günü milli adətlərlə yaşamış bir insan başa düşür ki, vağzalıdan da başqa çıxış yolları varmış. Adam boyda qoçun buynuzuna qırmızı lent bağlayıb qızın qapısına gətirməsəydi də tək qalmazdı. Çeşid-çeşid qızılları nişanlısının boyun qulağına doldurmasaydı da, top tüfənglə cəh-cəlallı toy eləməsəydi də. «Adımız, sanımız var» deyb bütöv bir nəsli 20-30 il ərzində cehiz toplamağa məhkum eləməsəydi də uşaqları doğulacaqdı və hətta böyüyəcəkdi. Amma bunu anlamaq üçün əvvəl bütün sadalanan sınaqlardan keçməlisən. Hətta deyərdim ki, Anna Karenina, Tolstoyun özünü qatarın altına atmış məşhur qəhrəmanı dünyada olan nikah formalarından xəbərdar olsaydı bəlkə də «Bıy, başıma xeyir. Qatar altına nöş atılım ki?!» deyib özünə qımazdı. Həyatının ardını sevgilisi və əriylə bərabər şad-xürrəm yaşayardı. Düzdü, bununçün o biri bucaqlara da bəzi şeyləri anlatmaq lazım gələrdi.
Qədimdən bəri çoxuşaqlı ailələr firavanlıq simvolu sayılıb. Yəni ki, nə qədər çox uşaq olarsa ailə də o qədər bəxtəvər və təminatlı idi. Bu mənada ən firavan xalqlardan biri olan bizlər uşaqlarımızı qocalıqda altımızı təmizləməyə, həyət bacada iş görməyə, ev-eşikdə əl tutmaq xatirinə doğuruq. Ona görə də keçmişdə çoxarvadlılıq təqdirəlayiq sayılırdı. Çünki bir arvad bu qədər uşaq doğandan sonra ulduz altında şeir deməyə yaramırdı. Bununla belə hətta Quranda da deyilir ki, 4 nəfərdən artıq arvad lap ağdır. Deməli 4 nəfərə qane olub xoşbəxt yaşayanlar da var.
Çinlilərin isə ikinci arvadı çox vaxt fahişələdən seçirdi. Bu qadının evində uşaq əlindən tərpənməyə yer olmasa da, ataları onlarla qan qohumluğunda əmin olmasa da bu evin yolunu unutmazdı və vaxtaşırı buralara gələrdi. Bəzən isə çinlilərin ikinci arvadları onun validenləriylə bir evdə yaşayardı.
Qadın üstündə müharibələr çox olub. Amma didişmələr qadını ələ alanadək davam edir. Sonra hamısının nənəm demiş «pısı yatır» və sonrakı həyatını təlatümlərsiz yaşayırdılar. Sezarın müşahidələrinə inansaq qədim keltlərdə qəhrəman-ananın uşaqlarının, (özü də bütün uşaqlarının) atası qapıdan isçəri girmiş birinci kişi sayılırdı. Sezardan soruşardıq, görəsən bu qapıdan neçə dəfə içəri girmək olardı?
Orta əsrlərdə həddi buluğa çatmış qızı hələ balaca oğlan uşağıyla adaxlaya bilərdilər. Oğlan böyüyənədək gəlin uşağın qohumlarının mülkiyyəti saylırdı. Çox vaxt qaynata öz hüquqlarının icrasıyla məşğul olurdu. Amma qaynatadan doğulan uşaqlar hələ boyüyəcək oğlanın uşaqları sayılırdı. Hindistanda isə əksinə, kişi azyaşlı qızla nişanlana bilərdi. Qız böyüyənədək kişi kimlə istəsə yaşaya bilərdi. Bəzən kişilər dul arvad alaraq hüququ arvadının böyüməsini gözləyirdi. Sonra qız ərinin yanındakı qanuni yerini tutanda bu qadın evin qulluqçusu olardı. Belədi də, təzə ay doğanda köhnəsini ulduz kimi doğrayıb göyə səpirlər.
İndi ərəblərin qadınlara qarşı münasibətini görəndə, onların nə vaxtsa matriarxat dövründə yaşadıqlarına inanmaq çətin olur. Qədim ərəblərdə qadının 10 nəfərə qədər kişiyə sahib olmaq icazəsi vardı. Uşaqların atası isə ümumi iclasda «evin kraliçəsi» tərəfindən seçilir və elan edilirdi. Bəlkə ərəblər hələ də keçmiş hörmətsizliklərin acığını bütün dünyanın qadınlarından çıxırlar?
Çukçaların arvadı hələ əri sağ olarkən onun qardaşı, ya da yaxın qohumu ilə yaşaya bilərdi. Bəzən evə çox hörmətli qonaq gələndə çükçalar yemək-içməklə bərabər yatağı və üstündə arvadını da əziz qonağa təklif edirlər.
Nubiya qassaniyye ərəb qəbilələrindən olan qadın ərindən həftədə 3 gün azad olduğu günlərin danışıq yoluyla icazəsini ala bilərdi. Həmin bu 3 gündə kimlə istəsə, harda istəsə, hətta nə etsə də kişinin razılığını almış kimi sayılırdı. Qədimlərdə bəzən qadınlar kefinə düşsə qapıya xüsusi bayraq sancmaqla kişilərə him-cim edirmişlr. Kim istəsə qapıdan nəinki içəri keçər, hətta ürəyi istəyənədək, daha doğrusu ev sahibəsinin ürəyi istəyənədək orda qala bilərdi. Amma uşaq məsələsinə gələndə demokratiyaya son qoyulurdu. «Hər kişiyə öz uşağı» şüarı burda keçmirdi. Uşaqların atasını qəbilənin ağsaqqalı müəyyən edirdi. Amma kişilərin «öz xoşbəxtliklərindən» imtina etmək hüququ da vardı.
Dünya tarixini vərəqlədikcə düşünürsən ki, bu mənada Tibetin qadınlar ən xoşbəxti olublar. İndi yox, qədim poliandriya zamanında, yəni çox ərlilik dövranında. O vaxtlar kişilərin də işi pis deyildi. Onlarn əsas vəzifəsi qadını uşaqla təmin etmək idi. Bu səadətin əvəzində onlar bütün təsərrüfatı öz çiyinlərin alır və fiziki işlə, yəni elə bacardıqlarıyla məşğul idilər. Evin yeməyini kim bişirir, qabını kim yuyur sualına dəqiq cavab verən yoxdu. Yəqin bu yerində perqament cırılıbmış. Tibetdə o qədər yaxşı vəziyyət idi ki, bura qaçıb gəlmiş qərbli qadınlar geri qaytmaq istəmirmiş. İndi isə Qərb monoqam olub və demokratiyadan danışır. Biz də onlara zü tuturuq. Deyim ki, o qədər də alınmır. Yalandan demokratıq deyə də bilərik, amma biz ayrı mahnı oxuya bilmərik! Vallah dilimizi elə öz babalarımız kəsər:
…Sən mənimsən, mən də sənin!,
…Özgə xəyal eləmə!
…Balam ey!..


 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?