Tıxsız balıq


Bu yaxınlarda vəkilimlə söhbətdə ilk baxışdan qəribə görünəcək faktlar eşitdim. Sən demə onun müştərilərinin əksəriyyəti qadındı. Hətta onların həddən artıqlığı vəkilin xanımını da narahat eləməyə başlayıb. Mülki məsələlərdə qadınların sayının çox olması bəlkə də adi sayıla bilər. Amma indi cinayət işlərində də cavabdehlər arasında qadınlar normadan artıq görünür. Bu məsələyə qısqanc ev xanımı mövqeyindən baxmaqdan çəkinib axtarışa qurşandım. Sən demə internetdə bu mövzuda kifayət qədər material varmış. Mövzu dünya psixiatrlarının da diqqət mərkəzindədi.
Qadınların öz emosiyalarının əsiri olması fikri qəbul edilib. Ağıllı kişilərdən bir misal də çəkim. Deyirlər, qadın nəsə istəsə bunu ona mütləq vermək lazımdı, yoxsa özü götürəcək. Ona görə də hiddətlənmiş qadından nə istəsən gözləmək olar. Hətta quzu kimi sakit, dilsiz-ağızsız qadınlar, təqaüdçülər, evdar xanımlar bəzən ağlasığmaz işlərdən çıxır. Həddinə çatdırılmış qadın cinayətə də gedə bilər. Məsələn, Treysi Foks adlı ingilis qadını paltaryuyan maşını ustasının əlindən o qədər bezir ki, cinayət törədir. Usta hər dəfə gəlib maşında eşələnib işi yarımçıq görüb gedirmiş. Nəhayət, qadın ustanı çağırıb onu girov götürdüyünü elan eləyir. Ona deyir ki, işini tamamlamasa onu buraxmayacaq. Qorxudan rəngi ağarmış usta menecerinə zəng eləyir, o da polis çağırır. Qadın polisləri «Nəhayət ki, məni dinləyəcəklər!» sözləri və sevinclə qarşılayır. Girov götürməyin cəzası onun heç eyninə də deyildi. Əlbəttə ki, o qətiyyətli addımı atmağa məcbur olmuş yeganə qadın deyil. Məsələn, Ukraynada bir qadın suyu süzülən unitazını təmir elətdirməkçün anoloji addımı atmalı olub. O, bəyan eləyib ki, təhsilinə görə metallurqdur və Marten sobalarından başı yaxşı çıxır. Ona görə də unitazın təmirinin keyfiyyətini gözübağlı müəyyən edə biləcək. İş keyfiyyətlə yerinə yetirilməsə usta azadlığı bir də yuxusunda görəcək. Bu hadisədə məsələ polisssiz ötüşdü. Belə hədələrdən sonra ustanın başına at təpməyib ki, işi keyfiyyətsiz görsün.
Keçən il olardı, Moskvanın mərkəzində toxumaq üzrə kurslarda qarət baş vermişdi. 35 yaşlı qadın toxumağı öyrənmək üçün kassaya 10 min rubl keçirmişdi. Amma dərsin keyfiyyəti onu qane eləmədiyindən pulunu geri almağı qət eləyir. O qədər də asan olmayan məsələdə özünə arxa kimi təqaüdçü anasını, anası isə elektroşok aparatını götürür. Ofisin katibəsi onlarla bir-iki kəlmə soyuq və qaba danışmağa bəndmiş qadınlar çantalarındakı aləti çıxarıb işə salır və kobud katibəni kötük kimi yerə sərirlər. Bu azmış kimi pullarını qaytarmaq ümidini itirdiklərindən gedəndə katibənin çantasını da qoltuqlarına vurub aparırlar. Əlbəttə, bu dəfə polis özünü vaxtında yetirdi.
Bu ilin yanvar ayında isə Florida ştatında polis 77 yaşlı Luiza Devidsonu həbs eləyib. Həvəskar təqaüdçü-«avtoş» yolun qırağında durmuş kişini vurub heç sürətini azaltmadan sürüb getmişdi. Dindiriləndə o, boynuna alır ki, bərbərxanaya çox tələsirmiş. Təsəvvür eləyirsiz, bu qadın bərbərxanadan çıxanda polis onu yaxalayıb aparanda başında ideal şəkildə yığılmış gözəl saç düzümü vardı. Floridanın başqa bir sakini isə qadın çantaları dükanında ucuzlaşma kompaniyası zamanı bir çantaya görə özünə qəsd eləyib. O, (çantanın dəyəri 1200 dollar idi) dükandan çıxanda maşında qaçmaq fikrində imiş. Amma tələsdiyindən ayağı sürüşüb yıxılır və onu maşın vurur. Sonra o, yenidən ayağa qalxıb maşının kapotuna dırmaşır. Amma yenə də sürüşüb yıxılır və yenə də növbəti maşın onu bir də vurur. Nəhayət o, üçüncü dəfədən sonra qaçmağa müvəffəq olur. Amma oğurladığı çantanı əlindən buraxmağı heç ağlına da gətirmir.
Qadınların dözümünü nümayiş edəcək daha bir nümunə: Amerikalı qadın meşədə qaçan vaxt bir tülkü ona hücum çəkib dişlərini onun əlinə batırır. Qadın nəinki ağrıya dözür, hətta 1,5 kilometr bu türkü ilə birlikdə qaçaraq onu maşınına qədər gətirib heyvanı baqajda kilidləyir. Axı tülkü quduz ola və başqalarını da dişləyə bilərdi. Həqiqətən də tülki quduzluğa yoluxmuş idi. Qadın meşədəkiləri xilas elədi, amma tülkü həkim məntəqəsində daha bir neçə nəfəri də dişlədi.
Gördüyünüz kimi kişilərin həm qəhrəman, hə də cinayətkar olduqları dövran arxada qalıb. İndi arenaya qadınlar çıxır. Bu bizim həyatımızı gözəlləşdirə də, tamam məhv eləyə də bilər. Bu qadının əhvalından asılıdı.
P. S. Nə olsun, mənim nənəm də uzaq keçmişdə saçımı dəmir daraqla yolub-darayıb, dartaraq hörük hördüyü vaxtlarda cınqırımı çıxarmadığıma görə mənə «tıxsız balıq» deyərdi. Başlığı ona görə yeməli mövzuda qoydum ki, heç olmasa mətbəxdə qəzetdən istifadə edərkən qadınların gözünə bu yazı sataşsın.

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?