Çərçivə içindəki çərçivələr


Subordinasiya deyilən bir anlayış var, insanlar arasında münasibətləri tənzimləmək üçün uydurulub. Müdir və tabeçilikdə olan insanlar, bəzən qadın və kişi arasnda pərdə, müəllim və şagird münasibəti də belə adlana bilər. El arsında buna böyük-kiçik münasibəti, pərdə saxlamaq kimi də deyilir. Yəni ki, insan başqa fərdlərlə münasibətini qurmaq üçün öz əliylə müəyyən sərhədlər çəkir və artıq çərçivələnmiş dünyada daha bir çərçivə yaradır. Bu cızıqdan bir addım qırağa çıxarsa ona tərbiyəsiz, qanmaz, ədəbsiz deyəcəklər. Bizə bu çərçivələrdə yaşamaq rahatdı.
Deyirlər ki, yəhudi ailələrində tərəflərdən birinin nəfəsinin təmiz olmaması boşanmaq üçün tutarlı səbəb sayıla bilər. Düzdü, mən hələ ki, bu səbəbdən boşanan bir yəhudi ailəsi tanımıram. Amma bu onların cızdığı sərhədlərdən biridir ki, icma üzvlərini nəfəsini təmiz saxlamağa məcbur edir. Qüsura yazmayın, amma Sovet dövründə buraxılmış və bir çox məqamlarda bizə yad olan davranış qaydalardan danışan, süni təsir bağışlayan braşürlərdən başqa ədəb-ərkan barədə azərbaycanca yazılmaş kitab xatırlaya bilmirəm. Bizdə belə şeylər folklor kimi dildən dilə şifahi tərzdə ötürülür. Praktikası və tətbiq metodikaları adətən canlı şəkildə diri insanların üzərində nümayiş edilir. Məişətimizdəki kütləvi tədbirlər – toy, nişan, paltarkəsdi, dəfn mərasimi, cümə axşamılar, şappaxeyir – bu metodologiyanı insan psixikasına ürəyin istəyən kimi dərinliyə yerləşdirməyə imkan yaradır. Başqa xalqlar isə bu barədə kitab yazmağı sevir. Məsələn, Rusiyanın ilk etiket barədə kitabı 18 əsrdə çap olnub. Bu kitabı oxuyan Avropa monarxlarının heyrətdən çənəsi düşmüşdü, çünki burada ağlagəlməz şeyləri kitaba salmağı vacib bilmişdilər. Etiket barədə kitabda yazılırdı ki, dirsəkləri stola qoymaq olmaz, əlləri süfrəyə yox, salfetə silmək lazımdı, burnu adam arasında qurtdalamaq olmaz və s. Üstündən 300 il kesməsinə baxmayaraq bəzi adamlar üçün bayaqdan çərçivə adlandırdığımız qaydalar hələ də keçilməz sədd, həlledilmz problem olaraq qalır.
Əslində günah bu qaydaları çıxaranda deyil. Hər xalqın öz qaydası var. Burun qurtdalamağa gəlincə, mənəvi yüksəliş yolunda bizdən xeyli irəlidə olan və hazırda dünyanı dalıyca aparmaq qüdrətində olan Tibet monaxları burun və qulaqlarını təmiz saxlamaqdən ötəri çeçələ barmaqlarının dırnağını uzadırlar. Bu hərəkət onlarda ədəbsiz sayılmaz. (Bu yerində nədənsə dırnaq uzadan bakılı «geyil»ləri xatırladım. Amma onlar dırnaq uzatmağın əsil məqsədini dünyasında boyunlarını almazlar. Uzaqbaşı «Atvyortka» kimi işlədirəm» deyərlər).
Yazıya düşmüş qaydalardan ən qəribələrindən biri Britaniya krallarının dəsmallar haqqında qanunudur. Kral 1-ci Yakobun öz əliylə imzaladığı qanunda başqa insanların psixikasını zədələmədən cib dəsmallardan istifadə qaydaları göstərilir. Bu qanuna əsasən dəsmala cəmi 12 dəfə burun silmək olar. Bundan artıq olarsa dəsmal acınacaqlı görkəmə düşər. İndi subordinasiya məsələsində, yəni ünsiyyətdə ən çox distansiya saxlamaqda çox ciddi mövqedə dayanan ingilislər 16 əsrdə tanış qadını görərkən onun sinəsini sığallaya bilərdilər. Bu o demək idi ki, yəni onlar bir-birini tanıyır və təqdimata ehtiyac yoxdu. Yeri gələndə yazılan qanunları pozmaq da olardı. Məsələn, 17–ci əsrdən bəri başına dəmrov düşmüş sıravi kişilər monarxların qarşısında papağını çıxarmaya bilərdi.
Təbiətcə mühafizəkar, ailəyə qarşı ciddi münasibətdə tanıdığımız yaponlar 20 əsrin əvvəllərinədək tamam fərqli dünya görşləriylə seçilirdi. Evli kişilər üçün 2-3 qeyşa saxlamaq yaxşı və ədəbli davranış sayılırdı. Baxmayaraq ki, bütün gününü bu qadınlarla keçirməkdən kişinin heç arvadının üzünə baxmağa vaxtı olmurdu. Çox yox, cəmi 100 il əvvəl Misirdə zifaf gecəsində gəlini nökərin ixtiyarına verib getmək qəbul edilmişdi. Nökərini iş başında qoyub getmiş bəy bu zaman dostlarıyla meyvə yeyib sərinlənirdi. Ona görə də bizə min şükür! Vacib işlərimizi özümüz edirik. Nə olsun ki, biz özümüzü hələ də bir-birinə tüpürməklə salamlaşan Masai qəbiləsindəki insanlar kimi və uçuşdan əvvəl kosmik gəminin təkərini murdarlayan Yuri Qaqarin kimi aparırıq. İndi bütün kosmonavtlar bu ritualı hər uçuşdan əvvəl edir. Bu son əsrdə çox irəli getmişik və hətta yeməyi məcməyidən əllə yox, qaşıq və çəngəllə yeyirik. Çəngəl demiş, 19 əsrə qədər matroslara çəngəldən istifadə etmək qadağan idi. O vaxtlar çəngəllər 2 dişli olardı və çılpaq qadın ayaqlarını xatırladırdı deyən matroslar hətta çəngəlin də həsrətini çəkərdi. Göründüü kimi çərçivələr də öz çərçivələrini aşıb yenisini yarada bilir…

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?