Ağ manjetdə ketçupla qeydlər

Adam adama qonaq olar, elə deyilmi? Nə qədər telefonda hal-əhval tutarlar. Bir-birimizin qapısını açaq. Əlbəttə əvvəl döyək sonra. Yox, yox, əvvəl zəng eləmək lazımdı. Yoxsa ömürlük səndən inciyərlər. Onlara hazırlıq görməyə bir şans verməmək olmaz axı. Adam deyilik bəyəm? Qonaq elə bir təbii fəlakət növüdür ki, hamının başına gələ bilər.
İtalyanlarda belə bir məsələ var. Deyirlər ki, salatı 4 nəfər hazırlamalıdır: simic, filosof, bədxərc və sənətkar. Simic salatın sirkəsini qatmalıdır. Filosov duzunu, istoutunu vurmalı, bədxərc yağını tökməlidir. Bütün bunları axırda sənətkar qarışdırmalıdı. Deyirəm, sənətkarlara növbəti kompliment olmasın, yenə də onlarsız ötüşmür.
Sənətkar oldun, ya yox onsuz da ömrümüz boyu 40 ton ərzaq məmulatını məhv eləyirik. Hələ bir çayçün də ürəyimiz gedir. Amma dünyanın ən çayxor insanları ingilislər sayılır. İngiltərədə hər gün 185 min çaşqa çay içilir. Bizimkilərin sayını itiriblər yəqin. Çayın üzünü ağardan da indi şokoladdı, masada şokolad olmasa olmur. 16-cı əsr Flamand naturalisti Karl Kloziy şokoladın ünvanına görünməmiş «böhtan»lar yağdırıb. O, deyib ki, «şokolad donuzları yemləməkçün daha yararlıdır, nəinki insanları». Hörmətsizliyə bax.
Qapının açan kimi plovun iyi gəlsə, deməli bu günün hədər deyil. Belə məsəlimiz də var: Kasıb plovu bu bayram yeyər, o bayram yeyər. Varlı isə bir bu gün yeyər, bir də ki, eh…, sabahısı gün. Boş yerə yaponların adına söz çıxarıblar ki, onlar düyü yeyəndir. Simic alimlərdən kimsə hesablayıb ki, onlar əti düyüdən çox yeyir. Yox, bizə çata bilməzlər.
Hər bir abırlı sayılacaq yeməli yazının altında bir-iki dadlı, iyli-qoxulu məsləhət də olmalıdı ki, hər kəs istədiyi zaman bu təamdan dada bilsin. Bilməmiş olmazsız, dünyanın ən böyük aşbaz kitabı «Yeyib içən alimlər» adlanır. Cəmi 30 cilddən ibarət imiş, indiyə 15-i salamat qalıb.
Ev şəraitində hazırlanmış əriştə
Evdə ridionu yandırırsız. Xarici stansiyaları axtarmağın mənası yoxdu. Verilişin iriliyinin, yağlılq və şirinlik dərəcəsinin fərqi yoxdur. Açın və dinləyin. Qulaqlarınıza açılan əriştələri vaxtaşırı şilkələməyi də unutmayın. Həmin eksperimenti televiziya verilişi ilə eləyəndə əriştələr o qədər yoğun alınır ki, artıq spaqetti və makaronlara bənzəyir. Onları silkələməklə tökülmürlər deyən əllərinizə zəhmət verib zorla qulaqlarınızdan qoparmalı olacaqsız. Duzu və istiotu zövqə görə.
Marinad altında balıq
Birdən təsadüfən evdə balığınız əmələ gələr. Bu vaxt operativ şəkildə onu sellofan paketə səriyib marinadın altına yerləşdirin ki, qonaqlıq zamanı süfrənizi bəzəsin. Marinadın görkəmi nə qədər murdar olsa balığın salamat qalmaq şansı bir o qədər artır.
Şuba salatı
Sonuncu maaş artımından əmələ gələn fərqə (yəqin ki, maddi durumunuz bundan sonra görünməz dərəcədə yüksəlib) siyənək balığı alırsız. Bu balığı nənənizdən qalma köhnə şubanın altında gizlədərək evə qaçın. Yolda diqqətli olun ki, sizdən də ac olanlar duyuq düşüb onu əlinizdən almasın. Əməliyyat həyata keçsə onu suda bişmiş kartofla yeyib xoşbəxt ola bilərsiz.
Məclisin axırında yorğunluqdan, axmaq söhbətlərdən və yorucu musiqi tərtibatından gözləriniz bağlanmağa başlasa yavaş-yavaş masanın altına sürüşməmişdən əvvəl evin xanımından iki kibrit çöpü xahiş eləməyi unutmayın. Qutudan ən qalın kibritləri seçin. İndi hər şeyin keyfiyyəti pozulub. Yoxsa kibritlər göz qapaqlarının ağırlığını saxlaya bilməyəcəklər.
Axırda veneqretin boşqabdakı izlərini yumağa tələsməyin. Bundan da gözəl maska olarmı? Boşqab dolu olarsa təravətləndirici maskanın effekti birə-on artar.
Əlbəttə, restorana getmək də olardı. Amma bu milləti hər şeyə uyğunlaşdıra bilsələr də qulluq eləməyəi öyrədə bilmədilər. Turizmin inkişafına şans yoxdu! Ofisiant nə qədər hörmətcil olsa da üzünü sevirən kimi ünvanınıza bir-iki yağlı kəlməni dodaqaltı donquldanmasa ürəyi partlar. Ona görə elə evdə yaxşıdı. Restoranda yaxşı tərbiyəni nümayiş eləmək çox çətin olur. Gah ketçup tullanıb salto eləyir, gah da çəngəllər barmaqlarınla döyüşür… Öz aramızdı, ağ köynəkdə ketçub gözəl görünür. Fikir eləmə, yaxşı tərbiyə süfrəyə heç nə dağıtmamaqla ölçülmür. Başqası bunu eləyəndə göz yummağı bacarırsansa deməli hər şey «okey».

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?