Söyümmü, ya söyməyimmi?
Yaxud susmaq qızıl olmayanda


Dünən qarların əriyib suya, palçığa çevrildiyi gün elə bil ki, şəhərdə söyüş günü elan edilmişdi. Sürücülər sərnişinləri təhqir edir, sərnişinlər az qalırdı sudan yaş olmuş ayaqqabılarını sürücülərin gözünə soxa. Maşın sahibləri təkər altında qalan piyadaları, piyadalar palçığı üstünə sıçradıb təpədən dırnağa qədər sulayan nadan sürücüləri söyürdü. Mən də asfalt üstündə axan süni çayın içində dayanıb avtobus gözləyə-gözləyə nifrətimi sözə çevirməyə cəhd edirdim. Deyim ki, ilk cəhdim olmasa da yaxşı alınmırdı. Köşə yazmaq daha asansmış. Tərbiyənin mənfi fəsadları da olurmuş. Söyməyi bilsəydim məncə daha rahat olardı.
Müasir alimlər deyir ki, söyüş stresi çıxarmaq və enerji balansını tənzimləməyin ən yaxşı yoludur. Bəziləri lap ağ eləyib söyüşü «fiziki bədəni lazımi astral enerji ilə zənginləşdirən «mantrlar» adlandırır. Vaxtilə Mark Tven tamamilə ciddi şəkildə gəmi kapitanlarını söyüş söyən fonoqrafla əvəz etməyi təklif etmişdi. Çünki matrosları yalnız söyüşlə işləməyə məcbur etmək mümkündü. Orta əsrlərdə inkvizitorlar kafirləri söyməyi alqışlayırdı. Ona görə də inkvizisiya məhkəmələrində söyüşdən qulaq tutulurdu. Orda həm də məhkuma müxtəlif əşyalar tolazlamağı da məsləhət bilirdilər. Amma ikinci məsləhəti aradan götürməli oldular. Çünki əşyalar arabir hakimlərə də dəyirdi.
Etiket sahəsində də ilk yazılı qanun söyüşlə bağlı olub. İngilis kralı 5-ci Qeorq nahar süfrəsində əsəbləşib söyür və yumruğunu masaya çırpır. Sonra sakitləşəndə yeni qanunu diqtə edir. Həmin etika qanununa görə çəngəllər süfrəyə dişləri aşağı halda qoyulmalı idi. İndi bizimçün təmkin və sakitlik simvolu olan daos monaxlarını 4 üsulla tərbiyə edirlər: qışqırıq, hərəkət, kötək və söyüş. Hətta belə bir əfsanə də var ki, ürək sözünü məktubda yazıb göndərməyin də tarixcəsi söyüşlə bağlıdır. Bu hadisə İtaliyada baş verib. Monax öz müəlliminin əlindən o qədər hirslənir ki, öz otağına qayıdandan sonra hirsi ndən paltarını cırıb dişləriylə parçanı qoparıb tüpürsə də özünə gələ bilmirdi. Sonra o, oturub fikirlərini məktubda yazan kimi sakitləşdi. Deyilənə görə bu, hirsi soyutmaq üçün yazılmış və yəqin ki, göndərilməmiş bir məktub idi.
Söyüş telefonda eşidilmiş ilk söz olub. Telefonu icad etmiş Bell və Vatson iş prosesində hansısa məftili düz qoşmamışdılar. Ona görə də başına yığılmış camaat arasında biabır olmaq fikri ilə çalışan və məftilləri hər dəfə yeni üsulla bağlayan alimlər hər ikisi o ki var söyüş söydü. Ona görə də məftillər düz qoşulan kimi ilk eşidilmiş söz söyüş oldu. İnsan yaddaşını itirəndə yalnız ana dilində söyüşləri xatırlayır. Həkimlər bununla onun yaddaşının itmə dərəcəsini müəyyənləşdirirlər.
Bir neçə il əvvəl Bolqariyada futbol arbitrları üçün «Qarğış ensiklopediyası» adlı kitabça hazırlanıb ki, onlar oyunçuların söyüşlərindən baş aça bilsinlər. Deyirlər ki, indi bu kitab çempionatlar zamanı universal danışıq kitabçasına çevrilib. Melburnda evlilər üçün psixoloji gərginliyi aradan qaldırma xidməti var. Əgər dava-dalaş zamanı qadın qab-qacaq sındırıb ailə büdcəsinə ziyan gətirmək, kişi isə arvadını kötəkləmək və türməyə düşmək istəmirsə bu nömrəyə zəng edir. Telefonda söz əvəzinə söyüş yağışı eşidən kimi onlar hər ikisi yumşalıb muma dönür və sakitləşib quzu kimi yatağa girirlər. Söyüşün belə sehrləri də var.
Söyüş elə bir qüvvədir ki, onunla mübarizə etmək mmükün deyil. Nə qədər çarlar, krallar söyüş söyənləri kötəkləməklə ağla gətirmək istəyib. Amma bu qərarı yerinə yetirməyə bəzən cəlladlar kifayət etmir və tez-tez sıradan çıxırdı. Görün nə qədər söyüş söyənlər varmış. Hətta 2-ci Ekaterinanın yazdığı pyesi söyüş ucbatından qadağan edilmişdi. Senzor Gedeonov başını itirmək təhlükəsi altında olsa da bu 2 pyesi səhnəyə çıxarmağa imkan vermədi. Söz ustadlarından Puşkin də söyüş söyməyilə tanınır. Onun evində saxladığı və şəxsən «tərbiyə» etdiyyi sağsağan quşunu söyüş söydüyünə görə həbs etmiş və başqa məşbuslardan aralı saxlayırdılar ki, «yağlı» ifadələri heç kim eşitməsin. Lev Tolstoy da «Yasnıy polyana»da uşaqlara nəzakət dərsi keçməzdən əvvəl Qafqazdakı əsgərlərə mərifət dərsi verirdi. Əsgərlər onun söyüşlərini xatırlayanda gülümsəyirlər. Tolstoy onları söyməkdən daşındırmaq üçün yeni ifadələr təklif edirdi. Amma özü də söyməyindən qalmırdı.
Deyirlər ki, Sovetlərdən qurtulan kimi Kaunasda söyüş söyməyi qadağan ediblər. Amma təkcə rus dilində olan söyüşləri küçədə səsləndirmək olmaq, öz dillərindəki söyüşlərə qadağa yoxdu. Almaniyada sürücülər yol qaydalarını pozmağa görə yox, sükan arxasında söyüş söydüklərinə görə daha çox cərimə ödəyirlər. «Cüntlimenlərin oyunu» adını daşısa da tennis ən çox söyüş söyülən oyunlardan biridir. Uimbildonda söyüş böyük cərimələrlə qiymətləndirilsə də onların arası kəsilmir.
O biri tərəfdən Zərdüşt peyğəmdərin «Saf fikir, saf söz, saf əməl» məsləhətini də unutmayaq. Saf fikir carçıları deyir ki, təmiz olmayan fikir və söz fəzada eybəcərliklər yaradır və sonra onlar kabuslara çevrilib bizi təqib edir. Bu çirkin qarın bircə kabusu çatmırdı…


 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?