Hardan başlanır axı, bu Vətən?


Bəlkə evinin kandarından? Bəlkə yatağından, yemək masasından, soyuducunun, ya da qaz sobasının qarşısından? İllərini yataqda, yemək yeyərkən, ya da unitazda oturub şirin xəyallara dalarkən keçirəndə özünü arxayın, təhlükəsiz hiss edirsənsə deməli öz vətənindəsən. Bizim Vətən haqqında təsəvvürlərimiz bundan çox da uzağa getmir.
Ola bilər kimsə ata-anasına, qan qohumlarına, sevgilisinə duyduğu ilıq hissləri də Vətən anlayışına daxil edir. Sonra ilk dəfə ayaq açdığı, gəzib dolandığı, üstündə uzanıb ulduzları seyr etdiyi, sonradan sevdiyi adamları basdırdığı torpağı Vətən adlandırıb. Burdan getmək istəməyib. Uşaqlarına ata-anasının yanında dəfn edilməyi vəsiyyət edib. Vətən anlayışı bir qarış torpaq qədər kiçilib. Əgər elə olsaydı doğulduğu yerləri tərk etmiş adamlar dünyanın ən bədbəxt adamı olardı və Vətən qüssəsi onları yaşamağa qoymazdı.
Vətən bəlkə qan qohumluğu, genetik kodunda şübhəsiz yaxanlığı olan adamların lap uzaqdan olsa da hiss edilməsi duyğusuna bir az yaxındı? Biz qarasaçıq, yoxsa sarışın? Bəstəboyuq, yoxsa ucaboy? Biz qarabuğdayı, əsmər dərili, yoxsa ağcayıq? İçimizdə eləsi də var, beləsi də. Amma biz əzəli qohumluğu çox incə səviyyələrdə, baxışından, duruşundan duyuruq. Qan qatışıqlığını o saat, lap yüzdə bir nisbətində də hiss edirik. Nə qədər qəsbkarlar olub, əsrlər boyu əsarətdə saxlayıb bizi. Qız verib, qız almışıq, qarışmışıq. Saçımız, rəng-rufumuz, ləhcəmiz və dilimiz dəyişib. Qıyıqgözlərdən tutmuş qaradəriliyə qədər nə qədər millətlər içimizə müdaxilə edib, amma nəsə daha vacib bir məqam var ki, o hələ də dəyişməz qalıb.
Əksəriyyətimiz müsəlmanıq. Dini ritualları dəqiqliyilə yerinə yetirənlər artmaqdadır. Başını bağlayanlardan, əmmamə geyib təsbeh fırladanlardan olmasaq da müsəlmanlığımızı itirmirik. İçimizdə krişnaçılar da, dinini dəyişib xristian olanlar da var. Onlara naxələf övlad kimi baxırıq, yoldan azmış uşaq, həqiqətdən aralanmış insan kimi. Amma bununla belə onlara da biz deyirik. Yəqin bu da bizim kimliyimizə bir damcı da xələl gətirmir.
Dünya milliyətçiliyi tənqid edir. Çünki müharibələrin, qırğınların, qəsdlərin başında olan hisslərdən biri olduğunda əmindir. Bir millətin özünü o birindən üstün tutması Yer kürəsində yaşayan xalqların başına bəla olub həmişə. Amma bizimçün milliyətçilik hələ ki, yeganə sağ qalma mexanizmlərindən biridir. Bu VƏTƏN anlayışı nədisə bütün millətlərdə güclü deyil. Bu bizim ilişdiyimiz, həmişə büdrədiyimiş kötük, aça bilmədiyimiz düyündür ki, yerimizdən qopmağa, qanad açmağa imkan vermir. Ölməyə vətən yaxşı deyib nə qədər sızlayarlar axı?! Biz xarici ölkələrdə də yaşayırıq, yad dilləri də öyrənirik, başqa quruluşlu cəmiyyətlərə də qatılırıq, amma «BİZ» olmaqdan əl çəkmirik. Çoxsaylı «biz»lərin içində müxtar BİZ kimi yaşamaqda davam edirik.
Ola bilər bir gün gələcək yer üzünün bütün canlılarına biz deməli olacağıq. Təsəvvür edək ki, Yer kürəsi üçün nə zamansa çox ağır günlər başlaya bilər. Fəlakətlər nəticəsində millətlər, dövlətlər, böyük ərazilərdə həyat formaları dağılar. Təsadüf nəticəsində bir qrup adam sağ qalıb yaşamağında davam edər. Həmin anda o bir qrup adam sağ qalmış heyvanat aləmi və bitkilərə də BİZ deməli olacaq. Çünki yer üzündə həyatı davam etdirmək kimi missiyanı çiyinlərində daşıyacaq. Məncə həmin vaxtlar kimsə söykəndiyi adamın erməni olduğundan narahatlıq çəkməsəyəcək.
Alimlər deyir ki, insan üçün ağır zamanlar yer üzündə dəfələrlə olub. Salamat qalmışlar bütün mənəvi qüvvələrini toplayıb yeni sivilizasiyanın bünövrəsini qoymalı olublar. Bizim yeni gün adlandırdığımız Bahar bayramı da həmin zamanların yadigarıdır. İnsanlar Günəşin çıxmasına sevinər, həyatı yaradan 4 ünsürü (su, od, torpaq və hava) çərşəmbələrlə vəsf edər və yəqin ki, yaşamaqda, tərəqqü etməkdə davam edərdilər. Yəqin ki, o zamanlar sərhədlər və insanları bir-birindən ayrı salan dinlər, mənsəblər yox idi. İnsan vahid Vətəndə, ünvanı Süd yolu adlanın qalaktikanın Günəşə müəyyən məsafədə yer tutmuş Yer adlı planetində yaşayardı. İndiki vətənlər hamısı yalançı və sonradan yaranmış vətənlərdir. Hələ ki, insanın Yer kürəsindən savayı getməyə yeri yoxdu.
Ola bilər kiminsə qan yaddaşında bir vaxtlar çiyin-çiyinə sağ qalmaq üçün çalışan ilkin insanlar barədə informasiya o qədər güclüdür ki, onu minlərlə, bəzən milyonlarla adamın içindən ayıra bilir. Amma bir vaxt Yer kürəsindəki həyatı bərpa etmiş insan heç vaxt razı olmaz ki, irqi, milli, dini ayrıseçkiliyə görə belə çətinliklə yaranmış həyat yenidən məhv olsun. AZ Ərlər, yəni ki, vaxtilə az olmuş ərlər həyatın qiymətini çox yaxşı bilər. Martın 31-də həmrəylik günündə bəlkə də dilə gətirilməyən ən vacib məsələ elə budur.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?